Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1601/2021 12.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X1 barəsində Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 noyabr 2020-ci il tarixli AZA seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və eyni tarixdə qəbul edilmiş MN seriyalı 07818040 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : X2 09 iyul 2021-ci il tarixli şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş 13 noyabr 2020-ci il tarixli AZA seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə X1 şikayət ərizəsini və ona əlavə edilmiş müvafiq sənədlərin surətlərini işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət ərizəsinin məzmunundan göründüyü kimi, X2 barəsində tərtib edilmiş protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, İXM-də inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin, indiki halda şikayətdə inzibati xəta haqqında protokolun ləğv edilməsi xahiş edilsə də, iş materiallarında əlavə edilmiş sənədlərdən həmin protokol əsasında 13 noyabr 2020-ci il tarixli MN seriyalı 07818040 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi müəyyən edilir. Şikayət isə məhkəməyə 09 iyul 2021-ci il tarixdə daxil olmuşdur. Lakin ərizəyə qərarın nə vaxt şikayətçiyə rəsmi qaydada təqdim edilməsinə dair sübut əlavə edilməmiş, ərizənin məzmununda isə hansı üzrlü səbəblərlə bağlı prosessual müddətin ötürülməsinə dair qeydiyyat aparılmamış, o cümlədən şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatət məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürüldüyündən X1 şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmçinin şikayətçiyə barəsində qəbul edilmiş qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43 və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət vermək və ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlə müraciət etmək hüququnun olması şikayətçiyə izah edilsin. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1601/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1601/2021
12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver