Məhkəmə qərarları › İş №3(004)-1603/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1603/2020

09.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1603/2020 09.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, x1 23 iyun 2020-ci il tarixli İXP ******* protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayətinə baxaraq, m ü ə y y ə n e t d i m: x2 şikayətlə məhkəməyə müraciət edərək, 23 iyun 2020-ci il tarixli İXP ******* protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və şikayətə rəsmi cavab verilmədən ödəniş sisteminə yerləşdirilmiş cərimə məbləğinin xiatmı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, x2 23 iyun 2020-ci il tarixli İXP ******* protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etsə də, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Eyni zamanda x2 protokolu tərtib etmiş səlahiyyətli orqanı da konkret olaraq qeyd etməmişdir. Belə olan halda isə məhkəmə tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə kimin tərəfindən qərar qəbul edilməsi və həmin qərarın nəyə əsaslanaraq qəbul edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129-cu maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verilə bilər. Məhkəmə hesab edir ki, x2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin MN ******* saylı protokolunun ləğv edilməsi barədə şikayət ərizəsi Azərbaycan Respublikası İXM-nin 128-ci və 129-cu maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: x1 23 iyun 2020-ci il tarixli İXP ******* protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar