Məhkəmə qərarları › İş №3(004)-1605/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1605/2021

12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1605/2021 12.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 22, mənzil 55-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 12.07.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində 20 Yanvar metrostansiyasından “Qəbələ” istiqamətində 90CD422 nömrəli, Toyota Corolla markalı avtomobili idarə edərkən, həmin avtomobilin ödənilməmiş vaxtı keçən cərimələri olduğundan və avtomobilin saxlanılması və cərimə duracağına yerləşdirilməsi barədə qərar olduğundan, Yol Patrul Xidməti əməkdaşları həmin avtomobili saxlatmış, sürücüyə saxlatma səbəbini izah etmiş, sürücü Şəxs sənədləri tələb edilmiş, sürücü avtomobilin “rentacar” məxsus olduğunu bildirib yol vərəqəsini təqdim etmiş. Yol vərəqəsi 24.06.2021ci il tarixdən 30.06.2021-ci il tarixədək olduğu halda, yol vərəqəsində “30 iyun” yazısı “30 iyul” tarixinə avtoqələm ilə qaralanaraq düzəldilmişdir. Avtomobilin üzərində 1000 manatdan artıq cərimə olduğunu, yol vərəqəsinin etibarsız olduğu və həmçinin cərimələrin vaxtı keçdiyi üçün avtomobilin saxlanılması və cərimə duracağına yerləşdirilməli olması sürücüyə izah edilmiş, sürücü cərimə olub olmamasının aydınlaşdırılması üçün YPX əməkdaşından vaxt istəmiş, YPX əməkdaşı sürücüyə bunun üçün şərait yaradıb vaxt vermiş, lakin sürücü telefonla kiminləsə danışaraq, hər hansı bir nəticə olmadıqda, YPX əməkdaşı avtomobilin duracağa yerləşdirilməli olması, sürücünün özünün isə polis bölməsinə getməli olması təklif edilmiş, lakin sürücü avtomobili duracağa yerləşdirməkdən imtina etmiş, YPX əməkdaşı ilə mübahisə etmiş. YPX əməkdaşının tələbinə əməl etmədiyi üçün YPX əməkdaşı hadisə yerinə evakuator çağırmış, evakuator vasitəsilə avtomoli duracağa yerləşdirilmiş, sürücünün Rolis Bölməsinə aparılması üçün isə Post Patrul Xidməti əməkaşları çağırılmış, PPX əməkdaşları vasitəsilə sürücü Polis Bölməsinə aparmışlar. Bununla da Şəxs polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsi tərəfindən 12.07.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, 12.07.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində 20 Yanvar metrostansiyasından “Qəbələ” istiqamətində 90CD422 nömrəli, Toyota Corolla markalı avtomobili idarə edərkən, YPX əməkdaşı onu saxlatmış, YPX əməkdaşı özünü təqdim edib sənədləri istəmişdir. O da saxlanılma səbəbini soruşmuş, nəqliyyat vasitəsinin ödənilməmiş cəriməsinin olduğunu bildirmişdir, ona nəqliyyat vasitəsinin cərimə meydançasına aparılacağını bildirmişdir, məlumatı dəqiqləşdirmək üçün vaxt istəmiş, əgər gecikdirilmiş cərimə varsa dərhal kart vasitəsilə ödəyəcəyini bildirmiş, digər YPX əməkdaşı hörmətsiz şəkildə yaxınlaşaraq digər YPX əməkdaşına əmr etmişdir ki, çağır Post Patrul gəlsin, demiş. PPX əməkdaşları gəlmiş ona 29-cu PŞ-yə getməyini istmişlər. O avtomobilin duracağa aparılmasından imtina etmiş, buna görə də YPX əməkdaşı evakuator çağırmışdır. Nəqliyyat vasitəsinin Qələbə dairəsində qoyaraq polis maşını ilə 29-cu PŞ-yə gətirilmişdir. Həmçinin yol vərəqəsi tam doğru olmuşdur, qeyd dəftərində kökü vardır. Oan görə də heç bir xəta törətmədiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X7 Şöbəsinin yol-patrul xidməti inspektoru X2 izahatında bildirmişdir ki, xidmətdə olarkən 12.07.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində 20 Yanvar metrostansiyasından “Qəbələ” istiqamətində 90CD422 nömrəli, Toyota Corolla markalı avtomobili idarə edərkən, həmin avtomobilin ödənilməmiş vaxtı keçən cərimələri olduğundan və avtomobilin saxlanılması və cərimə duracağına yerləşdirilməsi barədə qərar olduğundan, həmin avtomobili saxlatmışdır. Sürücünün Şəxs olduğu müəyyən edilmiş, sürücüyə saxlatma səbəbini izah etmiş, sürücü Şəxs sənədləri tələb edilmiş, sürücü avtomobilin “rentacar” məxsus olduğunu bildirib yol vərəqəsini təqdim etmiş. Yol vərəqəsi 24.06.2021-ci il tarixdən 30.06.2021-ci il tarixədək olduğu halda, yol vərəqəsində “30 iyun” yazısı “30 iyul” tarixinə avtoqələm ilə qaralanaraq düzəldilmişdir. Avtomobilin üzərində 1000 manatdan artıq cərimə olduğunu, yol vərəqəsinin etibarsız olduğu və həmçinin cərimələrin vaxtı keçdiyi üçün avtomobilin saxlanılması və cərimə duracağına yerləşdirilməli olması sürücüyə izah edilmiş, sürücü cərimə olub olmamasının aydınlaşdırılması üçün vaxt istəmiş, o da sürücüyə bunun üçün şərait yaradıb vaxt vermiş, lakin sürücü telefonla kiminləsə danışaraq, hər hansı bir nəticə olmadıqda, o avtomobilin duracağa yerləşdirilməli olması, sürücünün özünün isə polis bölməsinə getməli olması təklif edilmiş, lakin sürücü avtomobili duracağa yerləşdirməkdən imtina etmiş, mübahisə etmiş, onun tələbinə əməl etmədiyi üçün hadisə yerinə evakuator çağırmış, evakuator vasitəsilə avtomoli duracağa yerləşdirilmiş, sürücünün Rolis Bölməsinə aparılması üçün isə Post Patrul Xidməti əməkaşları çağırılmış, PPX əməkdaşları vasitəsilə də sürücü Polis Bölməsinə aparmışlar. Bununla da polis əməkdaşı kimi onun normal fəaliyyətinin həyata keçirməsinə maneçilik törətmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin sahə inspektoru X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 12.07.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində 20 Yanvar metrostansiyasından “Qəbələ” istiqamətində 90CD422 nömrəli, Toyota Corolla markalı avtomobili idarə edərkən, həmin avtomobilin ödənilməmiş vaxtı keçən cərimələri olduğu üçün YPX əməkdaşı tərəfindən saxlanılmış, avtomobilin duracağa aparılmalı olması sürücüyə bildirilmiş, lakin sürücü YPX əməkdaşları ilə mübahisə etmiş, onların qanuni tələblərinə tabe olmamış, bu səbəbdən də hadisə yerinə PPX əməkdaşları dəvət edilmiş və PPX əməkdaşları vasitəsilə sürücü PB-yə gətirilmiş, avtomobil isə evakuator vasitəsilə duracağa aparılmışdır. Bununlada Şəxs polisin qanuni tələblərinə tabe olmamış, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Yasamal RPİ DYPŞ YPX inspektoru Z.Cangirovun tərtib etdiyi 12.07.2021-ci il tarixli Raport, ƏÇPA 6-cı PB-nin əməkdaşları R.Abdullayev, E.Həbibzadə, A.Hüseynlinin tərtib etdiyi 12.07.2021-ci il tarixli Raportlarla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı, şahid ifadəsi, yuxarıda sadalanan sübut növləri ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı 12.07.2021-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 14:30 radələrində tutulmuşdur. İXM-in 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 12.07.2021-ci il tarixindən, saat 14:30 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar