Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1608/2025 01.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Vəsatət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli EQ ******* saylı qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli EQ ******* saylı qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edərək, qərardan şikayət verilməsində ötürülmüş müddəti üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlarla bağlı məlumatı 2020-ci il tarixdə almış və dərhal X4 müraciət etmişidir. Həmin qurum tərəfindən ona bildirilmişdir ki, qərarların icrası dayandırılır və müvafiq araşdırılma aparıldıqdan sonra müsbət həll olunacaq. Lakin heç bir nəticə olmadığına görə o yenidən Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Bundan sonra heç bir nəticə olmadığını görüb məhkəməyə müraciət etmişdir. Məsələni aydınlaşdırmaq üçün inzibati orqana müraciətlər etdiyindən qərarlardan şikayət vermə müddətini ötürmüşdür. Buna görə də nəzərə alınmasını xahiş etmişdir. Vəsatət vermiş şəxs X2 vəsatəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinin tələbinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə buraxılmış maddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, vəsatət vermiş şəxs, barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli EQ ******* saylı qərarından vaxtında xəbəri olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, müəyyən halların formal olaraq sadalanması buraxılmış müddətin bərpası üçün tutarlı hallar hesab edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli EQ ******* saylı qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli EQ ******* saylı qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1608/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1608/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver