Məhkəmə qərarları › İş №3(004)-1609/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1609/2021

29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1609/2021 29.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-1103/21 nömrəli 25 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/014139 nömrəli 27 may 2021-ci il tarixli raportda Şəxs MMC-nin ünvanına 17 may 2021-ci il tarixdə MA440Nİ/LL149V nömrəli nəqliyyat vasitəsi ilə gəlmiş və 17 may 2021-ci il tarixdə **********2596 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün verilmiş qısa idxal bəyannaməsinin 31-ci qrafasında malın adında və 33-cü qrafasında malın kodunda uyğunsuzluq aşkar edildiyi qeyd edilmişdir. “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursundan çıxarışlara əsasən, Bakı Baş Gömrük İdarəsində **********2596 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş yklər MA440Nİ/LL149V nömrəli nəqliyyat vasitəsi ilə 16 may 2021-ci il tarixdə saat 22:13-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmədən əvvəl yükə dair **********3837 sorğu nömrəli qısa idxal bəyannaməsi 06 may 2021-ci il tarixdə saat 15:29-da tərtib edilərək, 06 may 2021-ci il tarixdə saat 15:37-də gömrük orqanına elektron formada verilmişdir. Lakin Gömrük bəyannaməsinin 31-ci qrafasında malın adı “volvo markalı ekskavator üçün nəzərdə tutulmuş tırtılın üst qapağı” 33-cü qrafasında malın kodu ********** göstərildiyi halda, Qısa idxal bəyannaməsinin 31-ci qrafasında malın adı “ekskavator tırtılının üst rezini”, 33-cü qrafasında malın kodu ********** kimi qeyd edilmişdir. Bununla da, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən idxalatçı tərəfindən gömrük orqanına təhrif olunmuş məlumatlar verildiyi müəyyən olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla da Şəxs MMC barəsində İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, gömrük inspektoru tərəfindən gömrük bəyannaməsi doldurularkən malın üzərində yazılmış ad və kodun düzgün, yəni fərqli kodun qeyd edilməsi tələb edilə bilər. Lakin gömrük inspektorunun bu hərəkətindən yuxarı vəzifəli şəxsə və yaxud orqana şikayət nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, onlara daxil olmuş proforma invoysa əsasən qısa idxal bəyannaməsi doldurulmuşdur ki, oradada malın adı “ekskavator tırtılının üst rezini” malın kodu ********** olaraq qeyd edilmişdir. Lakin mallar gömrük məntəqəsinə daxil olduğu zaman malın üzərində malın adı “volvo markalı ekskavator üçün nəzərdə tutulmuş tırtılının üst qapağı” malın kodu ********** olaraq qeyd edildiyindən gömrük inspektoru gömrük bəyannaməsinə göstərilən şəkildə daxil etmişdir. Göstərilənlərə əsasən yaranmış fərqin səbəbinin "xxxx" MMC olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, gömrük inspektorunun hərəkətlərindən şikayət edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 00100-1103/21 nömrəli 06 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/014139 nömrəli 27 may 2021-ci il tarixli raportda Şəxs MMC-nin ünvanına 17 may 2021-ci il tarixdə MA440Nİ/LL149V nömrəli nəqliyyat vasitəsi ilə gəlmiş və 17 may 2021-ci il tarixdə **********2596 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün verilmiş qısa idxal bəyannaməsinin 31-ci qrafasında malın adında və 33-cü qrafasında malın kodunda uyğunsuzluq aşkar edildiyi qeyd edilmişdir. “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursundan çıxarışlara əsasən, Bakı Baş Gömrük İdarəsində **********2596 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş yklər MA440Nİ/LL149V nömrəli nəqliyyat vasitəsi ilə 16 may 2021-ci il tarixdə saat 22:13də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmədən əvvəl yükə dair **********3837 sorğu nömrəli qısa idxal bəyannaməsi 06 may 2021-ci il tarixdə saat 15:29-da tərtib edilərək, 06 may 2021-ci il tarixdə saat 15:37-də gömrük orqanına elektron formada verilmişdir. Lakin Gömrük bəyannaməsinin 31-ci qrafasında malın adı “volvo markalı ekskavator üçün nəzərdə tutulmuş tırtılın üst qapağı” 33-cü qrafasında malın kodu ********** göstərildiyi halda, Qısa idxal bəyannaməsinin 31-ci qrafasında malın adı “ekskavator tırtılının üst rezini”, 33-cü qrafasında malın kodu ********** kimi qeyd edilmişdir. Bununla da, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən idxalatçı tərəfindən gömrük orqanına təhrif olunmuş məlumatlar verildiyi müəyyən olunmuşdur. Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi Gündüz Əliyev tərəfindən verilmiş raportdan görünür ki, Şəxs MMC-nin ünvanına 17.05.2021-ci il tarixində MA440Nİ/LL149V nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********2596 sorğu nömrəli GB ilə bəyan olunan mallar üçün qısa idxal bəyannaməsinin bəyan edilməsi zamanı 31-ci qrafada malın adı və 33 qrafada kodunda uyğunsuzluq aşkar edilmişdir. 06.05.2021-ci il tarixli **********3837 nömrəli qısa idxal bəyannaməsindən görünür ki, 31-ci qrafada malın adı “ekskavator tırtılının üst rezini” 33-cü qrafada malın kodu ********** olaraq qeyd edilmişdir. 17.05.2021-ci il tarixli **********2596 nömrəli gömrük bəyannaməsindən görünür ki, 31-ci qrafada malın adı “volvo markalı ekskavator üçün nəzərdə tutulmuş tırtılının üst qapağı” 33-cü qrafada malın kodu ********** olaraq qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/014139 nömrəli 27 may 2021-ci il tarixli raportda Şəxs MMC-nin ünvanına 17 may 2021-ci il tarixdə MA440Nİ/LL149V nömrəli nəqliyyat vasitəsi ilə gəlmiş və 17 may 2021-ci il tarixdə **********2596 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün verilmiş qısa idxal bəyannaməsinin 31-ci qrafasında malın adında və 33-cü qrafasında malın kodunda uyğunsuzluq aşkar edildiyi qeyd edilmişdir. “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursundan çıxarışlara əsasən, Bakı Baş Gömrük İdarəsində **********2596 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş yklər MA440Nİ/LL149V nömrəli nəqliyyat vasitəsi ilə 16 may 2021-ci il tarixdə saat 22:13-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmədən əvvəl yükə dair **********3837 sorğu nömrəli qısa idxal bəyannaməsi 06 may 2021-ci il tarixdə saat 15:29-da tərtib edilərək, 06 may 2021-ci il tarixdə saat 15:37-də gömrük orqanına elektron formada verilmişdir. Lakin Gömrük bəyannaməsinin 31-ci qrafasında malın adı “volvo markalı ekskavator üçün nəzərdə tutulmuş tırtılın üst qapağı” 33-cü qrafasında malın kodu ********** göstərildiyi halda, Qısa idxal bəyannaməsinin 31-ci qrafasında malın adı “ekskavator tırtılının üst rezini”, 33-cü qrafasında malın kodu ********** kimi qeyd edilmişdir. Bununla da, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən idxalatçı tərəfindən gömrük orqanına təhrif olunmuş məlumatlar verildiyi müəyyən olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 485.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar