Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1614/2021 18.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X16, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 07 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələbləri pozularaq vət. X22, X13, X14, X3, X17, X10, X23, X5 və X7 «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC-də əmək müqavilələri bağlanmadan, yəni əmək müqaviləsi qüvvəyə minmədən «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC-nin balansında olan və faktiki olaraq ünvan 1 ünvanında fəaliyyət göstərən “Lake Palace” otelinə məxsus “Meyhane Baku” restoranında müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da, «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X28 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, 09 iyun 2021ci il tarixdə X3 və digərləri kollektiv ərizə ilə Xidmətə müraciət edərək bildirmişlər ki, «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC-nin balansında olan və faktiki olaraq ünvan 1 ünvanında fəaliyyət göstərən “Lake Palace” adlı obyektin həyatyanı sahəsindəki “Meyhane Baku” restoranında may ayından etibarən 01.06.2021-ci il tarixədək əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Bu müddət ərzində onlara əmək haqqı ödənilməmişdir. Həmçinin qeyd edilmişdir ki, əmək müqaviləsinin bağlanması üçün şirkət tərəfindən onlara məxsus şəxsiyyət vəsiqələri alınmasına baxmayaraq müqavilə bağlanılmasından imtina edilmişdir. İşlədikləri müddət ərzində isə onlar adi gündəlik 8 saatlıq iş rejimi qaydasında işləyib işə götürən tərəfindən üzərlərinə qoyulan vəzifələri tam şəkildə icra etmişlər. Daxil olmuş müraciət əsasında aidiyyəti üzrə Xidmətin Bakı şəhər idarəsində müvafiq araşdırma aparılmış və araşdırma zamanı şikayətçilər göstərilən xüsusatları bir daha yazılı izahatlarında təsdiq etmişlər. Şikayətçilər həmçinin obyektdə işləmələrinə dair fotoşəkilləri və videogörüntüləri təqdim etmişlər. Araşdırma ilə müəyyən edilmişdir ki, şikayətçilər, yəni X22, X13, X14, X3, X17, X10, X23, X5 və X7 2021-ci ilin may ayının 10-dan etibarən müxtəlif günlərdən başlayaraq, 01.06.2021-ci il tarixədək “Meyhane Baku” restoranında əmək müqaviləsi olmadan işə cəlb olunmuşlar. Araşdırma zərurəti ilə bağlı aidiyyəti qurumlara, o cümlədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış sorğuya əsasən daxil olmuş 12 iyul 2021-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, uçot məlumat bazasında ünvan 1 ünvanında “Meyhane Baku” adlı restoranın uçotda olması barədə məlumat aşkar edilməmişdir. Araşdırma zərurəti ilə bağlı “Meyhanə Baku” adlı restoranın yerləşdiyi “Lake Palace” mehmanxanasına faktiki rəhbərliyi həyata keçirən «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC-yə 17 iyun 2021-ci il tarixli məktubla müraciət edilərək müvafiq sənədlərin 7 gün ərzində DƏMX-nin Bakı şəhər idarəsinə təqdim edilməsi tələb edilmiş, lakin qanunla müəyyən edilmiş vaxtda sənədlər təqdim edilmədiyindən, həm Cəmiyyət barəsində, həm də onun təşkilati-sərəncamverici funksiyasını həyata keçirən vəzifəli şəxs hesab edilən direktoru X18 barəsində ayrıayrılıqda inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Cəmiyyət barəsində tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmiş və direktor X18 isə idarə rəisi tərəfindən qəbul edilmiş 17.07.2021-ci il tarixli ******* nömrəli qərarla İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Protokol tərtib etmiş orqanın nümayəndəsi X28 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cəmiyyətin etibarnamə üzrə nümayəndəsinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, idarədə aparılan araşdırma zamanı Cəmiyyətin nümayəndəsi qismində məhz hazırkı məhkəmə baxışında iştirak edən nümayəndə özü iştirak etmişdir. Həmin dəlillərlə ona görə razılaşmır ki, Cəmiyyətə verilmiş sorğuya əsasən direktor Azad Əhmədov tərəfindən idarəyə daxil olmuş 22.07.2021-ci il tarixli məktubda şikayətçilərin heç biri ilə Cəmiyyətə məxsus otel arasında əmək münasibətləri qurulmadığı, 04.06.2021-ci il tarixdən etibarən “Lake Palace” mehmanxanasının daxilində açılması nəzərdə tutulan “Meyhane Baku” restoranının X19 tərəfindən icarəyə götürülməsi və həmin şəxsləri şəxsən Kamranın özünün dəvət etdiyi, onların şəxsiyyət vəsiqələrinin isə otelin qeydiyyat şöbəsi tərəfindən istənilməsi onların qonaq qismində siyahıya alınması ilə bağlı olması bildirilmişdir. Lakin şikayətçilər izahatlarında bildirmişlər ki, işçilərlə keçirilmiş iclas zamanı onlara rəhbər qismində Cəmiyyətin direktoru X18 təqdim edilmişdir. X28 göstərilənlərə əsasən «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «PLANET HOTEL AND TOURİSM MANAGMENT” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X11 izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi Cəmiyyətin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, qanuni mənafeyini təmsil etdiyi Cəmiyyətə məxsus otel arasında əmək münasibətləri qurulmamış, 04.06.2021-ci il tarixdən etibarən “Lake Palace” mehmanxanasının daxilində açılması nəzərdə tutulan “Meyhane Baku” restoranı X19 tərəfindən icarəyə götürülmüş və həmin şəxsləri şəxsən Kamran özü dəvət etmişdir. Şikayətçilərin şəxsiyyət vəsiqələrinin ksero surətlərinin isə otelin qeydiyyat şöbəsi tərəfindən istənilməsi onların qonaq qismində siyahıya alınması ilə bağlı olmuşdur. X11 həmçinin qeyd etmişdir ki, “Lake Palace” marka adı olaraq ona məxsusdur, lakin obyekti aralarında bağlanmış müqavilə əsasında «PLANET HOTEL AND TOURİSM MANAGMENT” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X18 idarə etmişdir. X11 həmçinin bildirmişdir ki, «PLANET HOTEL AND TOURİSM MANAGMENT” MMC 18.05.2021-ci il tarixdə hüquqi şəxs olaraq qeydiyyata alınmaqla faktiki fəaliyyətə başlamışdır, hazırkı iş üzrə müəyyən edilir ki, işçilər 10 may 2021-ci il tarixdən işə cəlb edilmişlər belə olan halda Cəmiyyətin hər hansı məsuliyyətindən söhbət gedə bilməz. Bundan başqa “Meyhane Baku” restoranının X19 tərəfindən idarə olunması nəzərə alınaraq Cəmiyyətin hazırkı xəta üzrə təqsiri olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, o, «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC-nin nəzdində fəaliyyət göstərən “Meyhane Baku” restoranında 21.05.2021-ci il tarixdən 02.06.2021-ci il tarixədək salatçı vəzifəsində işləmişdir. Otelə məxsus restoranın rəhbəri Behbud bəy işçilərlə keçirilmiş iclas zamanı digər işçilər kimi ondan da şəxsiyyət vəsiqəsinin surətini alaraq əmək müqaviləsi bağlanacağına dair vəd verməsinə baxmayaraq, bu vədinə əməl etməmişdir. Eyni zamanda ona əmək haqqı verilməsindən imtina etdiyi üçün restoranda kollektiv olaraq iş fəaliyyətlərini dayandırıb aidiyyəti quruma şikayət ərizəsi ilə müraciət etmişlər. X3 əlavə olaraq bildirmişdir ki, restoranın administratoru Kamran Abasov, baş meneceri Rauf bəy olmasına baxmayaraq, açılış öncəsi işçilərlə keçirilmiş iclas zamanı X18 və onun oğlu X20 orada iştirak etmişlər. Həmin vaxt bildirilmişdir ki, onlara Azad və onun oğlu Behbud bəy rəhbərlik edəcək və əmək müqaviləsi Azad bəylə bağlanacaqdır. Hazıradək günə 17 manatdan hesablanmaqla 11 günlük əmək haqqı məbləğləri ödənilmədiyindən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X24 izahatında X2 göstərdiyi xüsusatları təsdiq edərək əlavə olaraq bildirmişdir ki, o, «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC-nin nəzdində fəaliyyət göstərən “Meyhane Baku” restoranında 10.05.2021-ci il tarixdən 02.06.2021-ci il tarixədək barmen vəzifəsində işləmişdir. Ondan da otelə məxsus restoranın rəhbəri Behbud bəy işçilərlə keçirilmiş iclas zamanı şəxsiyyət vəsiqəsinin surətini alaraq əmək müqaviləsi bağlanacağına dair vəd verməsinə baxmayaraq, bu vədinə əməl etməmişdir. Restoranın administratoru Kamran Abasov olmasına baxmayaraq, açılış öncəsi işçilərlə keçirilmiş iclas zamanı X18 və onun oğlu X20 orada iştirak etmişlər. Həmin vaxt bildirilmişdir ki, onlara Azad və onun oğlu Behbud bəy rəhbərlik edəcək və əmək müqaviləsi Azad bəylə bağlanacaqdır. Hazıradək əmək haqqı məbləğləri ödənilmədiyindən şikayətçidir. Bundan başqa o, «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC-nin adını restoranın ödəniş çeklərində görmüşdür. Belə ki, restoranın rəsmi açılışı 01.06.2021-ci il tarixdə nəzərdə tutulsa da, restoran faktiki fəaliyyət göstərərək müştərilərə açıq olmuş, hətta bəzən banketlər təşkil edilmiş, restoranın bütün personalı isə həmin müştərilərə xidmət göstərmişlər. Müştərilərin ödəniş çekinə əsasən bütün ödəniş məbləğləri «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC-nin hesabına köçürülmüşdür. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş X17 izahatında göstərmişdir ki, o, «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC-nin nəzdində fəaliyyət göstərən “Meyhane Baku” restoranı faktiki fəaliyyətə başladığı ilk günlərdən, yəni 11.05.2021-ci il tarixdən 02.06.2021-ci il tarixədək kababçı vəzifəsində işləmişdir. Otelə məxsus restoranın rəhbəri Behbud bəy onunla müqavilə bağlanması üçün şəxsiyyət vəsiqəsinin surətini almasına baxmayaraq bu vədinə əməl etməmişdir. Bundan başqa restoranda banketlər olan zaman Behbud bəy onun işi ilə yaxından maraqlanıb müştərilərə keyfiyyətli kabab təklif edilməsinə görə ona tapşırıqlar vermişdir. Aparılan danışıqlara görə ona günə 35 manat ödəniş edilməsi ilə bağlı şifahi razılıq əldə edilməsinə baxmayaraq onunla nə əmək müqaviləsi bağlanmış, nə də işlədiyi 22 iş gününə görə əmək haqqı ödənilməmişdir. Ona görə də şikayətçi olmaqla əmək haqqının ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 da digərilərinin izahatında göstərilmiş xüsusatları təsdiq edərək bildirmişdir ki, o, «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC-nin nəzdində fəaliyyət göstərən “Meyhane Baku” restoranında 10.05.2021-ci il tarixdən 02.06.2021-ci il tarixədək ofisiant vəzifəsində işləmiş, lakin hazırdək onunla əmək müqaviləsi bağlanmamış və əmək haqqı ödənilməmişdir. O, əlavə olaraq bildirmişdir ki, işəgötürən olaraq onunla danışıqları aparmış Cəmiyyətin rəhbəri Azad bəy tərəfindən iclasda ona günü 20 manat olmaqla işlədiyi 20 günə görə 400 manat əmək haqqı ödəniləcəyi barədə vəd verilmişdir. Lakin hazıradək əmək haqqı ödənilmədiyindən şikayətçidir. Onunla müqavilə bağlanmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 da digərilərinin izahatında göstərilmiş xüsusatları təsdiq edərək bildirmişdir ki, o, «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC-nin nəzdində fəaliyyət göstərən “Meyhane Baku” restoranında 10.05.2021-ci il tarixdən 02.06.2021-ci il tarixədək ofisiant vəzifəsində işləmiş, lakin hazırdək onunla əmək müqaviləsi bağlanmamış və əmək haqqı ödənilməmişdir. Restoranın müdiri olaraq Azad bəy və onun oğlu Behbud bəy bütün işçilərə iclasda təqdim edilmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X19 izahatında bildirmişdir ki, o, «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC-nin rəhbərliyi tərəfindən “Meyhane Baku” restoranında administrator kimi işə cəlb edilməsinə baxmayaraq onun əmək müqaviləsi bağlanmamış, formal olaraq iş icrası kimi müqavilə ilə rəsmiləşdirilmişdir. Lakin faktiki olaraq “Meyhane Baku” restoranına «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC-nin direktoru Azad Əhmədov və onun oğlu Behbud rəhbərlik edib, müvafiq tapşırıqlar vermiş, restoranın fəaliyyəti nəticəsində əldə edilmiş gəlir Cəmiyyətin rəhbərliyinə məxsus olmuşdur. Hazırda isə qeyd olunan oteldə işləmir. Şikayətçilərlə əmək müqaviləsi onunla deyil, Cəmiyyətlə bağlanması nəzərdə tutulsa da onlar müqavilə bağlanmadan işə cəlb edilmişlər. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından müəyyən edilir ki, X22, X13, X14, X3, X17, X10, X23, X5 və X1 ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə müraciət edərək bildirmişlər ki, «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC-də əmək müqavilələri bağlanmadan, yəni əmək müqaviləsi qüvvəyə minmədən Cəmiyyətin balansında olan və faktiki olaraq ünvan 1 ünvanında fəaliyyət göstərən “Lake Palace” adlı otelə məxsus “Meyhane Baku” restoranında müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər, lakin hazıradək əmək haqları ödənilməmişdir. Zərərçəkmiş şəxslərin təqdim etdikləri fotoşəkillər və videogörüntü məhkəmə iclasında tədqiq edildikdə onların “Meyhane Baku” restoranında işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, X22, X13, X14, X3, X17, X10, X23, X5 və X7 10.05.2021-ci il tarixdən 02.06.2021-ci il tarixədək olan dövr ərzində ünvan 1 ünvanında fəaliyyət göstərən “Meyhane Baku” restoranında əmək müqavilələri bağlanmadan müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Həmçinin işin hallarından müəyyən edilir ki, inzibati xəta hadisəsi 10 may 2021-ci il tarixdə başlamış və 02 iyun 2021-ci il tarixdə başa çatmışdır. Xəta hadisəsi şikayətçilərin aidiyyəti quruma ünvanlamış müraciətinin 09 iyun 2021-ci il tarixdə DƏMX-nə daxil olması nəzərə alınaraq həmin tarixdə aşkar edilmişdir. Hazırki xətaya münasibətdə İXM-nin 38-ci maddəsinə əsasən cəlbetmə müddətinin xətanın başa çatdığı vaxtdan, yəni 02.06.2021-ci il tarixdən hesablanması nəzərə alınaraq 3 aylıq məsuliyyətə cəlb etmə müddəti başa çatmamışdır. Protokoldan göründüyü kimi, aşkar edilmiş xəta ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış "xxxx" MMC-nin təqsirinin olub-olmaması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi DVXnin İnternet Vergi İdarəsinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışdan, məhkəmə tərəfindən verilmiş sorğuya əsasən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən təqdim edilmiş 10.08.2021-ci il tarixli məktubdan müəyyən edilir ki, VÖEN **********, hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu Moskva prospekti ev 3168, mənzil 19 olan "xxxx" MMC 18 may 2021-ci il tarixdən vergi orqanında qeydiyyata alınmışdır. - İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi DVX-nin 12.07.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, uçot məlumat bazasında ünvan 1 ünvanında “Meyhane Baku” adlı restoran haqqında məlumat aşkar edilməmişdir. - İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişlərdən müəyyən edilir ki, X18 «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC-nin direktoru vəzifəsində, X20 isə menecer vəzifəsində işləyir. X8 əmək müqaviləsi 18 may 2021-ci il tarixdə, X9 əmək müqaviləsi isə 10 iyun 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. - DƏMX-nin Bakı şəhər idarəsinin 17 iyun 2021-ci il tarixli məktubundan görünür ki, araşdırma zərurəti ilə bağlı "xxxx" MMC-dən 7 iş günü müddətinə zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir. Cəmiyyətə verilmiş sorğuya əsasən direktor Azad Əhmədov tərəfindən idarəyə verilmiş 22.07.2021-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, şikayətçilərin heç biri ilə Cəmiyyətə məxsus otel arasında əmək münasibətləri qurulmamış, 04.06.2021-ci il tarixdən etibarən “Lake Palace” mehmanxanasının daxilində açılması nəzərdə tutulan “Meyhane Baku” restoranı X19 tərəfindən icarəyə götürülmüş və həmin şəxslər oraya Kamran Abasov tərəfindən dəvət edilmış, onların şəxsiyyət vəsiqələrinin surətlərinin isə otelin qeydiyyat şöbəsi tərəfindən istənilməsi qonaq qismində siyahıya alınma ilə bağlı olmuşdur. - İş materiallarında olan 07.07.2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan və DƏMX-nin Bakı şəhər idarəsinin rəisi tərəfindən qəbul edilmiş 17.07.2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan müəyyən edilir ki, eyni fakta görə «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC-nin direktoru X18 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq qeyd edir ki, işin faktiki halları ilə xətanın törədildiyi ünvan 1 ünvanında yerləşən “Meyhane Baku” adlı restoran "xxxx" MMCnin nəzdində olmaqla onun fəaliyyətinə faktiki rəhbərliyi Cəmiyyətin direktoru X18 həyata keçirmişdir. Baxmayaraq ki, Cəmiyyət 18.05.2021-ci il tarixdə qeydiyyata alınmışdır, artıq 10.05.2021-ci il tarixdən etibarən həmin Cəmiyyətin direktoru X18 və meneceri X20 restoranın 01.06.2021-ci il tarixə olan rəsmi açılışınadək əmək müqaviləsi olmadan işçiləri müəyyən işlərin yerinə yetirilməsinə cəlb etmişlər. Məhkəmə həmçinin qeyd edir ki, inzbati xəta haqqında qanunvericiliyin tələbinə əsasən eyni xəta üzrə hüquqi şəxsin vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi, həmin hüquqi şəxsin özünün məsuliyyətə cəlb edilməsini istisna etmir. Cəmiyyətin 18.05.2021-ci il tarixdə qeydə alınmasını, həmin vaxtdan 01.06.2021-ci il tarixədək olan müddətdə şikayətçilərin Cəmiyyətin mənafeyi üçün əmək müqaviləsi bağlanmadan restoranda işlərin yerinə yetirilməsinə cəlb edilməsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta 18.05.2021-ci il tarixdə törədilmişdir. Bununla da, «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə görə həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərə min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslərə üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə növündə tənbeh tədbiri təyin edilməklə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 38, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «PLANET HOTEL and TOURİSM MANAGMENT” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1614/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1614/2021
18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver