Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1615/2021 27.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X1 Şikayətçi "xxxx" MMC-nin direktoru X4 iştirakları ilə, "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilən MN ******* saylı, 29.06.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: "xxxx" MMC-nin direktoru X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilən MN ******* saylı, 29.06.2021-ci il tarixli qərarının ləğv edilməsi inzibati xəta haqqında protokolun toplanmış materiallarla birgə aidiyyəti üzrə baxılması üçün hadisənin baş verdiyi ərazi üzrə X8 Xidmətinin İmişli regional ərazi şöbəsinə göndərilməsi və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin direktoru X9 şikayətini onunla əsaslandırmışdır ki, 17.02.2021-ci il tarixdə Saatlı şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan X10 ilə əmək müqaviləsi bağlanılmışdır və o şirkətdə fəhlə çilingər vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi üzrə sənədləşmə işləri yekunlaşmadığı üçün onlar ona hər hansı işin aparılmasını tapşırmamışdırlar. 22.02.2021-ci il tarixdə o, Bakı şəhərində olduğu və hər işə başlamaq haqda hər hansı göstəriş vermədiyi halda Rəmzi dama qalxmış və oradan yerə yıxılaraq aldığı xəsarətlər nəticəsində vəfat etmişdir. Bundan sonra X8 Xidmətinin İmişli regional ərazi şöbəsindən ünvanına 08.04.2021-ci il tarixli, ********** saylı məkub daxil olmuş, baş vermiş hadisə ilə bağlı həmin ərazi şöbəsində araşdırma aparıldığı nəzərlərinə çatdırılmaqla, məsələyə aydınlıq gətirilməsi xahiş edilmişdir. 010 saylı, 21.04.2021-ci il tarixli məktubla onlar X8 Xidmətinin İmişli regional ərazi şöbəsinə cavab verib, həqiqətən də belə bir hadisənin baş verdiyini təsdiq etmişdirlər. Daha sonra X8 Xidmətindən ünvanlarına 30.04.2021-ci il tarixli, **********70 saylı məkub daxil olmuşdur. X5 təcrübə keçməsi üçün Təhsil müəssisəsi ilə bağlanmış müqavilənin surətinin təqdim edilməsi xahiş edilmişdir. 14.05.2021-ci il tarixli məktubuda belə bir müqavilənin bağlanmadığını bildirdik. İnzibati xəta haqqında işə hadisənin baş verdiyi Saatlı rayonunda və yaxud rayonun yerləşdiyi X6 Xidmətinin İmişli regional ərazi şöbəsində yox, Bakı şəhərində baxılmış və onun bununla bağlı hər hansı vəsatəti olmamışdır. Belə ki, qanunvericiliyin aidiyyətlə bağlı bu tələbi şahidərin dindirilməsi, zəruri olduğu halda hadisə yerinə baxış keçirilməsi və s. prosessual hərəkətlərin yerinə yetirilməsi üçündür. Hadisə ilə bağlı çoxsaylı şahidlər, o cümlədən mərhum Ramizin ailə üzvləri vardır ki, şahidlik edə, həqiqətən də əmək müqaviləsinin bağlandığını göstərə bilərdilər. İşə Bakı şəhərində baxılması səbəbindən onların iştirakı mümkün olmamışdır. X8 Xidməti ******* saylı, 29.06.2021-ci il tarixli qərar qəbul edərək vəzifəli şəxs kimi onu İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilib, 3000 manat məbləğində cərimə etmişdir. ******* saylı, 29.06.2021-ci il tarixli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, inzibati xəta haqqında protokol toplanmış materiallarla birgə aidiyyəti üzrə baxılması üçün hadisənin baş verdiyi ərazi üzrə X8 Xidmətinin İmişli regional ərazi şöbəsinə göndərilməli və ya inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X9 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 29.06.2021-ci il qərarının ləğv edilməsini, inzibati xəta haqqında protokolun toplanmış materiallarla birgə aidiyyəti üzrə baxılması üçün hadisənin baş verdiyi ərazi üzrə X8 Xidmətinin İmişli regional ərazi şöbəsinə göndərilməsi və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi X2 qəbul edilmiş qərarın qanuni olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hadisə Saatlı rayonunun Varxankənd kənd ərazisində yerləşən quşçuluq müəssisəsində baş vermişdir. İnzibati xəta haqqında işə hadisənin baş verdiyi Saatlı rayonunda və yaxud rayonun yerləşdiyi X8 Xidmətinin İmişli regional ərazi şöbəsində deyil, Bakı şəhərində baxılmış və İnzibati Xətalara Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə işə baxaraq X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibinin olması barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin aidiyyətlə bağlı tələbləri pozulduğundan, işin hallarını tam, obyektiv və hərtərəfli araşdırılmadan X4 barəsində formal olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, sonda isə həmin protokol əsasında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq və bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin aidiyyətlə bağlı tələbləri pozulduğundan əlavə araşdırmanın aparılması inzibati xətanın törədilməsini tam müəyyən etmək üçün zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2- ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, qanunvericiliyin aidiyyətlə bağlı tələbləri pozulduğuna görə X4 şikayəti qismən təmin olunmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilən MN ******* saylı, 29.06.2021-ci il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələbləri baxımından yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X9 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilən MN ******* saylı, 29.06.2021-ci il tarixli qərar ləğv edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 göndərilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1615/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1615/2021
27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver