Məhkəmə qərarları › İş №3(004)-1618/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1618/2020

13.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1618/2020 13.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət x3 (DYPİ) tərəfindən tərtib olunmuş protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 29 iyun 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin DYPİ-dən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş protokol və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, törədilməsi iddia edilən Azərbaycan Respublikasının İXM-nin 334.1ci maddəsinin sanksiyasında inzibati həbs növündə tənbeh tədbirinin nəzərdə tutulmasına baxmayaraq tərtib edilmiş protokolun dərhal məhkəməyə təqdim edilməsi və bu kateqoriya işlərdə iştirakı məcburi hesab edilən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış şəxsin iştirakı təmin olunmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 103.2-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilməli olmasına baxmayaraq Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş 29 iyun 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati protokol və ona əlavə olunmuş sənədlər 11 gün sonra, yəni qeyd olunan normanın tələbi pozulmaqla 10 iyul 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bundan başqa iş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsini idarə etmiş şəxsin alkoqoldan istifadəsinin müəyyən edilməsi üçün keçirilmiş alkotesterin nəticələrinə dair 23 iyun 2020-ci il tarixli 03528 nömrəli protokollaşdırma vərəqindən görünür ki, vərəqədəki yazılar pozulduğundan alkotester müayinəsi göstəricilərinin oxunması mümkün deyil. Eyni zamanda iş materiallarına əlavə edilmiş Bakı şəhəri BPİ DYPİ-nə bilavasitə tabe olan YPXA alayının İİİ taqımının YPX inspektoru x1 tərəfindən tərtib edilmiş 28 iyun 2020-ci il tarixli “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan müəyyən edilir ki, Azərbaycan Respublikası İXM-nin 69.2-ci maddəsinin tələbi pozularaq sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Halbuki, qeyd edilən norma imperativ xarakterli olmaqla ən azı iki hal şahidinin iştirakı məcburi müəyyən edilmiş və onların iştirakı protokolda qeyd edilməlidir. Hazırki protokolda isə hal şahidlərinin iştirakı barədə heç bir qeydiyyat aparılmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 61.5-ci maddəsinə görə inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 69.1-ci maddəsinə görəişin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, sanksiyasında inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulan hazırki işə barəsində inzibati xəta haqqında icraat başlanılmış şəxsin iştirakı ilə protokol tərtib olunduqdan dərhal sonra və protokol daxil olan gün baxılmalı olduğundan, inzibati xəta haqqında protokolu tərtib edən orqan tərəfindən barəsində icraat başlanmış şəxsin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, sənədlərdəki mövcud natamamlığı tamamlamaq, o cümlədən “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokolda mövcud nöqsanları işə baxılarkən aradan qaldırmaq mümkün olmadığından Şəxs Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 29 iyun 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 100, 101, 103, 106, 109, 110, 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 29 iyun 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət x2 geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar