Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1620/2023 18.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X6 müdafiəçisi X4, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X6 müdafiəçisi X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 06 mart 2023-cü tarixli MN № ******* saylı İnzibati xəta haqqında Protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1 maddəsinə əsasən, 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Qərarın qəbul olunmasına səbəb kimi “işçi X11 ilə xx.xx.2021-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə DƏMX-ə həmin gün məlumat verilməməsi ” göstərilmişdir. Sözügedən qərarı qanunsuz və əsassız hesab etdiyindən ləğv olunmasını tələb edir. Qərarın qanunsuz və əsassız olmasını sübut emək üçün, ilk növbədə Qərarı qəbul etmiş orqan tərəfindən Qərarın qəbul edilməsinə qədər toplanmış materialın qanunvericiliyin tələblərinin pozulması ilə müşaiyət edildiyini qeyd etmək və bu pozuntuları məhkəmənin diqqətinə çatdırmaq istəyir. Belə ki, X11 “X17 və Ginekologiya İnstitutu” PHŞ-in Zahılıq şöbəsində tibb bacısı vəzifəsində işləyir. Onun iş vaxtı növbəli iş qrafikinə uyğun müəyyən edilmişdir. Sevinc Quliyeva iş qrafikinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə saat 08.00-da növbəyə gəlmişdir. xx.xx.2021-ci il tarixdə 07.30 radələrində növbənin sonuna az qalmış yıxılmışdır. Bu barədə rəhbərliyə məlumat verməmiş, növbəsini bitirib evə getmişdir. Lakin sonrada ağrıları şiddətlənmişdir və ona xəstəlik vərəqəsi açılmışdır. İşçinin yıxılması yalnız 2022-ci ilin mart ayında məlum olmuşdur. Bununla bağlı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə məlumat verilmişdir. Xidmət tərəfindən bir ilə yaxın aparılmış araşdırmanın nəticəsi olaraq hadisənin səbəbi işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinin “Əməyin mühafizəsi” hissəsinin 4.13-cü (işçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur) tələblərinə riayət etməməsi qeyd edilmişdir. Lakin buna baxmayaraq xx.xx.2023-cü il tarixli qərarla C.F.Qurbanovanın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1000 (bir min) manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Qəbul edilmiş qərar rəsmi şəkildə təqdim edilməmişdir. Məhkəmə iclasında X6 müdafiəçisi X7 şikayətdə göstərilənlərə uyğun izahat verərək bildirdi ki, X13 Xidməti tərəfindən X9 barəsində xx.xx.2023-cü il tarixdə çıxarılmış inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Şikayətində qeyd olunanları nəzərə alaraq şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X5 izahatında bildirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 06 mart 2023-cü tarixli MN № ******* saylı İnzibati xəta haqqında Protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1 maddəsinə əsasən, 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar əsaslı və qanunidir. Şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan X13 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolunda qeyd olunur ki, X18 və Ginekologiya İnstitutu PHŞ-də Zahılıq şöbəsində tibb bacısı vəzifəsində işləyən X11 xx.xx.2021-ci il tarixdə istehsalatda bədbəxt hadisəsi baş vermiş, lakin hadisə barədə həmin gün X13 Xidmətinə məlumat verilməmişdir; İş materiallarında olan X13 Xidmətinin xx.xx.2023-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə yuxarıda qeyd edilən faktla bağlı X1 Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir; Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə görə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Beləliklə, iş materiallarında olan sənədlərdən görünür ki, hadisə xx.xx.2021-ci il tarixdə baş vermiş və bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə xx.xx.2022-ci il tarixdə məlumat verilmişdir. Xidmət tərəfindən bir ilə yaxın aparılmış araşdırmanın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli qərarla C.F.Qurbanovanın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1000 (bir min) manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci məddəsinə əsasən İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 16 mart 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv olunmalı, X9 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.6-cı, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 16 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1620/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1620/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver