Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1625/2020 13.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 324.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Dövlət x2 daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli TYP seriyalı 133783 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri BPİ-nin DYPİ-i tərəfindən tərtib edilmişxx xxxxx 2020-ci il tarixli TYP seriyalı 133783 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki,Şəxs müvafiq icazə olmadan “Mercedes” (minik) markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə xüsusi çoxavazlı səs siqnalı və sayrışan işıqlar quraşdıraraq idarə etmişdir. Bununla da Azərbaycan Respublikasının İXM-nin 342.9-cu (Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair protokol tərtib edilmişdir. İş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Dövlət x5 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli TYP seriyalı 133783 nömrəli inzibati xəta haqqında yuxarıda qeyd edilən protokolu və ona əlavə edilmiş material natamam olması səbəbi ilə Yasamal Rayon Məhkəməsinin əsaslandırılmış xx xxxx 2020-ci il tarixli 3(004)-1042/2020 nömrəli qərardadı ilə natamamlıqların aradan qaldırılması məqsədilə onu tərtib etmiş quruma geri qaytarılmış, lakin həmin protokol və material Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Dövlət x5 tərəfindən əvvəl mövcud olan qüsurlarla baxılması üçün yenidən məhkəməyə göndərilmiş, iş xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş və 3(004)-1625/2020 nömrəli yeni inzibati xəta haqqında iş üzrə icraat açılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyil. Ona görə də material geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli TYP seriyalı 133783 inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, həmin protokol sürücü Şəxs idarə etdiyi “Mercedes Benz E250” (minik) markalı **- AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən “Danq-danq” tipli səsgücləndirici siqnalın və sayrışan işığın aşkar edilməsi faktına görə tərtib edilmişdir. Həmçinin məhkəmə tərəfindən iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, qeyd olunan protokol məhkəmədə ilk baxılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri BPİnin DYPİ-nin baş inspektoru x1 tərəfindən xx xxxxx 2020-ci il tarixdə 2016-cı ilin mart ayının 1-dən qüvvədən düşmüş İXM-nin köhnə redaksiyasında əks olunmuş 403-cü maddəyə istinad edilərək “Mercedes Benz” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Bu hal Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(004)-1042/2020 nömrəli qərardadında nöqsan kimi qeyd edilərək aradan qaldırılması üçün protokol onu tərtib etmiş Bakı şəhəri BPİ-nin DYPİ-sinə geri qaytarılmışdır. Buna baxmayaraq Bakı şəhəri BPİ-nin DYPİ-si xx xxxxx 2020-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokola aşkar surətdə ağardıcı vasitəsilə düzəliş etməklə Azərbaycan Respublikası İXM-nin 403-cü maddəsini 96 kimi qeyd edib işi yenidən əvvəl mövcud olan nöqsanlarla bir daha baxılması üçün məhkəməyə göndərmişdir. Baxış protokolunda yenə də qanunvericiliyin düzgün normasına istinad edilməmişdir. Belə ki, nəqliyyat vasitəsinə baxış keçirilməsi qaydaları həmin Məcəllənin 93-cü maddəsində əks olunmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, protokol qanunvericiliyə əsasən prosessual sənəd olduğundan müvafiq düzəliş həmin qanunvericiliyə uyğun olaraq təsdiq edilməlidir. Lakin Bakı şəhəri BPİ-nin DYPİ-si tərəfindən qeyd edilən qüsurlu düzəliş də lazımi formada təsdiq edilməmişdir. Bu halda isə nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokol sübut kimi məhkəmə tərəfindən qəbul edilə bilməz. Bundan başqa, Yasamal Rayon Məhkəməsinin əsaslandırılmış xx xxxx 2020-ci il tarixli 3(004)-1042/2020 nömrəli qərardadından müəyyən edilir ki, nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli 133783 nömrəli protokolda avtomobilin mühərrik hissəsində xüsusi (çox avazlı) səs siqnalının və sayrışan işığın quraşdırılmasının qeyd olunmasına baxmayaraq, sayrışan işıq barədə, o cümlədən aşkar edilmiş cihazların götürülməsi və onların xüsusi əlamətləri, baxış zamanı istifadə edilən texniki vasitələr barədə nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokolda heç bir qeydiyyat aparılmamışdır. Protokola printer cihazından çıxarılmış A4 formatında şəkillər əlavə edilsə də, həmin şəkillərin hansı yolla əldə edilməsi, necə və hansı nəqliyyat vasitəsindən aşkarlanması barədə heç bir qeyd əlavə edilməmiş və buna dair mötəbər sübutlar işə əlavə edilməmişdir. Ehtimal edilsə ki, şəkilləri işə əlavə edilmiş cihaz sözü gedən nəqliyyat vasitəsindən aşkar edilmişdir, bu halda belə cihazların nəqliyyat vasitəsində tam şəkildə təchiz edilib-edilməməsini məhkəmə baxışı zamanı iş materialları əsasında müəyyənləşdirmək qeyri-mümkün olmuşdur. Qərardadda məhkəmə tərəfindən həmçinin qeyd edilmişdir ki, YPX-nin inspektoru x1 tərəfindən 2016-cı ilin mart ayının 1-dən hazıradək qüvvədə olan, yəni yeni redaksiyadakı Azərbaycan Respublikası İXM-nin 93-cü (Nəqliyyat vasitəsinə baxış) maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, həmin maddənin tələbinə görə nəqliyyat vasitəsinə baxış onun qanuni sahibi ilə yanaşı iki hal şahidinin iştirakı ilə keçirilməli, yalnız təxirəsalınmaz hallarda baxış qanuni sahibin iştirakı olmadan videoyazı aparılmaqla keçirilə bilər. Eyni zamanda baxış zamanı aşkar edilmiş əşyaların növü, miqdarı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar tərtib edilmiş protokolda göstərilməli, maddi sübutların qeydə alınması məqsədi ilə fotoşəkillərin, videoyazıların aparılması tətbiq edilməli, protokolda fotoşəkillərdən, videoyazıdan istifadə edilməsi barədə qeyd aparılmalı və əldə edilmiş materiallar müvafiq protokola əlavə olunmalıdır. Hazırki işin materiallarından göründüyü kimi Yasamal RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru x1 nəqliyyat vasitəsinə baxış keçirən zaman inzibati xətanın törədilməsi istinad edilən vaxt qüvvədə olan inzibati xətalar haqqında qanunvericiliyin normalarının deyil artıq öz qüvvəsini itirmiş köhnə redaksiyada olan Azərbaycan Respublikası İXM-nin 403-cü maddəsini tətbiq etmişdir. Bu isə inzibati xətalar qanunvericiliyinin həm qanunçuluq prinsipinə, həm də onun zamana görə qüvvəsi prinsipinə təmamilə ziddir. Məhkəmə qeyd edir ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası İXM-nin məzmunundan da göründüyü kimi inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız həmin Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir və inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə qətiyyən yol verilmir. Bu isə, həmin qanunvericiliyin preventiv xarakterli olmasından irəli gəlir. Məhkəməyə yenidən daxil olmuş protokol və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, Yasamal Rayon Məhkəməsinin əsaslandırılmış xx xxxx 2020-ci il tarixli 3(004)-1042/2020 nömrəli qərardadında göstərilən nöüsanlar aradan qaldırılmadan bir daha qüsurlu formada baxılması üçün məhkəməyə göndərilmişdir. Bu halda isə işə məhkəmədə işə baxılması qeyri-mümkündür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 1.3-cü maddəsinə görə inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Həmin Məcələnin 6-cı (Qanunçuluq prinsipi) maddəsinə görə inzibati xətaya görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 11-ci (Azərbaycan Respublikası İXM-nin zamana görə qüvvəsi) maddəyə görə Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 93.2-ci (Nəqliyyat vasitəsinə baxış) maddəyə görə nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan videoyazı aparılmaqla keçirilə bilər. 93.3-cü maddəyə görə nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib olunur və bu protokolda protokolun tərtib edildiyi tarix və yer;protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; nəqliyyat vasitəsinin sahibi barəsində məlumatlar; nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün əsaslar; nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar; aşkar edilmiş əşyaların növü, miqdarı və digər eyniləşdirmə əlamətləri, o cümlədən silahın markası, modeli, seriyası və nömrəsi, döyüş sursatının növü və miqdarı barədə məlumatlar; aşkar edilmiş sənədlərin növü və rekvizitləri göstərilir. Lakin hakırki işin faktiki hallarından, barəsində protokol tərtib edilmiş Şəxs idarə etdiyi “Mercedes Benz E250” (minik) markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) siqnalının təchiz edilibedilməməsi, əgər təchiz edilmişdirsə hansı növ əlamətlərə malik səs siqnalının təchiz edilməsi və ya həmin avtomobilin hansı hissəsində təchiz edilməsini müəyyən etmək mümkün deyildir, həmçinin qeyd olunan inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-sinin nümayəndəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Bunun əksinə olaraq məhkəmə tərəfindən məyyən edilmişdir ki, sürücü Şəxs barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, TYP seriyalı133783 nömrəli “İnzibati xəta haqqında protokol” və eyni tarixli “Nəqliyyat vasitəsinə baxış haqqında Protokol” Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanuna zidd olaraq əldə edilmiş sübutlar məhkəmə tərəfindən qəbul edilə və istifadə oluna bilməz. Göstərilənlərə əsasən məhkəməyə təqdim edilmiş material əsasında ŞəxsAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədib-törətməməsini məhkəmə baxışı iclasında müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material tamamlanması üçün onu tərtib etmiş Azərbaycan Resblikası DİN-nin Bakı şəhəri BPİ-nin DYPİ-nə bir daha geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli TYP seriyalı 133783 nömrəli protokol və ona əlavə edilmiş material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət x4 geri qaytarılsın. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1625/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1625/2020
13.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver