Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1626/2021 29.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC(VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 491.3 və 492.1 -cü maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-1296/21 nömrəli 06 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs QSC-nin ünvanına Almaniyadan 35BG858/35ZA060 nömrə nişanlı yük avtomaşını ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********0433 sorğu nömrəli 15.06.2021-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və mallara daha ətraflı gömrük nəzarətini həyata keçirmək üçün yük avtomaşınları təyinatı üzrə sözügedən şirkətin Bakı şəhəri, Yasamal rayonu, Alatava 2 ünvanında yerləşən anbarına göndərilmiş, lakin həmin anbarda 35BG858/35ZA060 nömrə nişanlı yük avtomaşının yük yerinə vurulmuş gömrük təminatı gömrük orqanının icazəsi olmadan məhv edilmiş və həmin nəqliyyat vasitəsində gömrük nəzarəti altında olan mallar özbaşına boşaldılmışdır. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı 35BG858/35ZA060 nömrə nişanlı yük avtomaşını, “İpək yolu” gömrük postuna təyinat almış, lakin Şəxs QSC-nin anbarına gedərək orada gömrük təminatı qırılaraq boşaldılmışdır. Beləliklə, Şəxs QSC tərəfindən 35BG858/35ZA060 nömrə nişanlı nəqliyyat vasitələrinin yük yerinə vurulmuş gömrük təminatlarının gömrük orqanının icazəsi olmadan məhv edildiyi və gömrük nəzarəti altında olan malların sözügedən yük avtomaşınından boşaldıldığı müəyyən edilmişdir. Nəticədə Şəxs QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla da Şəxs QSC barəsində İXM-in 491.3 və 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək təmin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 00100-1296/21 nömrəli 06 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs QSC-nin ünvanına Almaniyadan 35BG858/35ZA060 nömrə nişanlı yük avtomaşını ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********0433 sorğu nömrəli 15.06.2021-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və mallara daha ətraflı gömrük nəzarətini həyata keçirmək üçün yük avtomaşınları təyinatı üzrə sözügedən şirkətin Bakı şəhəri, Yasamal rayonu, Alatava 2 ünvanında yerləşən anbarına göndərilmiş, lakin həmin anbarda 35BG858/35ZA060 nömrə nişanlı yük avtomaşının yük yerinə vurulmuş gömrük təminatı gömrük orqanının icazəsi olmadan məhv edilmiş və həmin nəqliyyat vasitəsində gömrük nəzarəti altında olan mallar özbaşına boşaldılmışdır. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı 35BG858/35ZA060 nömrə nişanlı yük avtomaşını, “İpək yolu” gömrük postuna təyinat almış, lakin Şəxs QSC-nin anbarına gedərək orada gömrük təminatı qırılaraq boşaldılmışdır. Beləliklə, Şəxs QSC tərəfindən 35BG858/35ZA060 nömrə nişanlı nəqliyyat vasitələrinin yük yerinə vurulmuş gömrük təminatlarının gömrük orqanının icazəsi olmadan məhv edildiyi və gömrük nəzarəti altında olan malların sözügedən yük avtomaşınından boşaldıldığı müəyyən edilmişdir. “İpək Yolu” GP-nun rəisi Faiq Məmmədov tərəfindən verilmiş raportdan görünür ki, Gürcüstan Respublikasından 35BG858/35ZA060 nömrə nişanlı avtomaşınla "xxxx" MMCnin, "xxxx" QSC-nin və Şəxs QSC-nin ünvanlarına daxil olmuş və BBGİ-də **********0450 saylı 15.06.2021-ci il tarixli GB-lə rəsmiləşdirilmiş "xxxx" MMC, **********1113 saylı 16.06.2021-ci il tarixli GB-lə rəsmiləşdirilmiş "xxxx" QSC və **********0433 saylı 15.06.2021-ci il tarixli GB-lə rəsmiləşdirilmiş Şəxs QSC. "xxxx" MMC və "xxxx" QSC-nin təyinatı öz anbarları olduğu halda Şəxs QSC-nin təyinat anbarı 0 olduğundan nəqliyyat vasitəsi “İpək Yolu” gömrük postuna gəlməli olduğu halda öz anbarında gömrük təminatı pozularaq yük boşaldılmışdır. “İpək Yolu” gömrük postunun inspektoru Rəhimli Araz və Şəxs QSC-nin nümayəndələri tərəfindən tərtib edilmiş 24.06.2021-ci il tarixli aktdan görünür ki, Gürcüstan Respublikasından Şəxs QSC-nin ünvanına 35BG858/35ZA060 nömrə nişanlı nəqliyyat vasitəsilə gələn və BBGİ də **********0433 saylı 15.06.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan yükə baxış keçirilmişdir. Baxış zamanı yükün gömrük təminatının pozularaq boşaldılmasına baxmayaraq yüklərin anbarda olduğu və istifadə olunmadığı müəyyən olunmuşdur. 06 iyul 2021-ci il tarixli izahatdan görünür ki, Şəxs QSC-nin nümayəndəsi X3 bildirmişdir ki, Şəxs QSC tərəfindən verilən tapşırıq əsasında 35BG858/35ZA060 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatı qırılmış və sözügedən yük avtomaşınında olan mallar boşaldılmışdır. Belə ki, Şəxs QSC yaşıl dəhliz iştirakçısı olduğundan adətən yüklər birbaşa öz anbarlarına boşaldılır, təyinatın “İpək yolu” gömrük postuna verildiyini bilməmişlər və buna görə də nəqliyyat vasitəsinin şirkətin anbarına gəlməsini tapşırmışlar, bu səbəbdən də nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatı qırılmış və gömrük orqanının icazəsi olmadan mallar boşaldılmışdır. Gömrük qaydalarının pozulduğunu etiraf edərək, qanunvericilikdə nəzərdə tutulmuş cəriməni ödəməyə hazır olduqlarını bildirmişlər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs QSC-nin ünvanına Almaniyadan 35BG858/35ZA060 nömrə nişanlı yük avtomaşını ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********0433 sorğu nömrəli 15.06.2021-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və mallara daha ətraflı gömrük nəzarətini həyata keçirmək üçün yük avtomaşınları təyinatı üzrə sözügedən şirkətin Bakı şəhəri, Yasamal rayonu, Alatava 2 ünvanında yerləşən anbarına göndərilmiş, lakin həmin anbarda 35BG858/35ZA060 nömrə nişanlı yük avtomaşının yük yerinə vurulmuş gömrük təminatı gömrük orqanının icazəsi olmadan məhv edilmiş və həmin nəqliyyat vasitəsində gömrük nəzarəti altında olan mallar özbaşına boşaldılmışdır. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı 35BG858/35ZA060 nömrə nişanlı yük avtomaşını, “İpək yolu” gömrük postuna təyinat almış, lakin Şəxs QSC-nin anbarına gedərək orada gömrük təminatı qırılaraq boşaldılmışdır. Beləliklə, Şəxs QSC tərəfindən 35BG858/35ZA060 nömrə nişanlı nəqliyyat vasitələrinin yük yerinə vurulmuş gömrük təminatlarının gömrük orqanının icazəsi olmadan məhv edildiyi və gömrük nəzarəti altında olan malların sözügedən yük avtomaşınından boşaldıldığı müəyyən edilmişdir. Nəticədə Şəxs QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 491.3 maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 492.1-ci maddəsinə əsasən Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs QSC əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs QSC İXM-in 491.3 və 492.1-ci maddələri ilə təqsirli bilinərək ona həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1626/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1626/2021
29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver