Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1626/2024 04.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 07 mart 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin 07 mart 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambiq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 06 noyabr 2017-ci il tarixli Fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Bunda sonra, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin törəmə müəssisəsi olan “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC adlanacaq) təsis edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə MN ******* saylı, 29 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X12 tərəfindən MN ******* saylı, 07 mart 2024-cü il tarixli inzibati tənbeh vernə haqqında qərar qəbul edilərək "xxxx" MMC-nin vəzifəli şəxsi kimi barəmdə 4000 (dörd min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, vətəndaş X8 24 yanvar 2020-ci il tarixdə "xxxx" MMC-de əlaqələndirici (ərazi nümayəndəsi) vəzifəsinə qəbul olunmuş, onun rəsmi əmək müqaviləsinə 30 may 2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Eyni zamanda İ.Səfərov xx.xx.2023-cü il tarixindən müəssisənin fəaliyyət istiqamətinə aid olan eyni vəzifəyə xidməti müqavilə əsasında cəlb olunmuşdur. Müvafiq vergi orqanında qeydiyyata alınmış fəaliyyət koduna əsasən "xxxx" MMC-nin əsas fəaliyyət istiqaməti pambığın becərilməsindən ibarətdir. X8 ilə bağlanmış əmək müqaviləsinə 30 may 2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, yəni şəxsin öz arzusu ilə xitam verilmişdir. Şəxsə qarşı hər hansı təzyiq və ya digər neqativ hala tərəfimizdən yol verilməmişdir. Daha sonra X8 "xxxx" MMC-yə müraciət edərək yenidən onlarla çalışmaq istədiyini və işlərin görülməsi haqqında xidmət müqaviləsi əsasında onlarla çalışmaq istədiyini bildirmişdir. Bundan sonra "xxxx" MMC ilə X8 arasında işlərin görülməsi haqqında 01xx-xx/2023/XM saylı, 01 iyun 2023-cü il tarixli işlərin görülməsi haqqında xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilənin giriş hissəsinə nəzər saldıqda da aydın görünür ki, X15 rayonu, Şənlik kəndi sakinidir və həmin yaşayış yerlərinə yaxın ərazilərdə pambıq akini ilə məşğul olan bütün fermerləri tanıyır və onlarla əlaqəsi mövcuddur, "xxxx" MMC-nin (müvafiq vergi orqanında qeydiyyata alınmış fəaliyyət koduna əsasən) sas fəaliyyəti pambığın becərilməsindən ibarətdir və İlqar Səfərovun "xxxx" MMC-yə göstərəcəyi xidmət "xxxx" MMC-nin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı deyildir. Qeyd olunan eyni halla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 oktyabr 2023-cü il tarixli qərarı mövcuddur. X8 ilə bağlanmış əmək müqaviləsinə 30 may 2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, yeni şəxsin öz arzusu ilə xitam verilmişdir. Şəxsə qarşı hər hansı təzyiq və ya digər neqativ hala yol verilməmişdir. Daha sonra, X8 "xxxx" MMC-yə müraciət edərək yenidən onlarla çalışmaq istədiyini və işlərin görülməsi haqqında xidmət müqaviləsi əsasında onlarla çalışmaq istədiyini bildirmişdir. İlqar Səfərovun göstərmiş olduğu xidmət müvafiq vergi orqanında qeydiyyata alınmış fəaliyyət koduna əsasən "xxxx" MMC-nin esas fəaliyyət istiqamətindən tamamilə ayrı və fərqli olmuşdur. İlqar Səfərovun göstərmiş olduğu xidmət mütəmadi, sistematik və davamlı xarakter daşımayaraq, "xxxx" MMC-nin nəzarəti altında həyata keçirilməmiş və İlqar Səfərovun göstermiş olduğu xidmət qeyri-mütəmadi olmuşdur. Bununla belə, vətəndaş X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə şikayəti esas əmək münasibətləri ilə bağlı deyil, əmək haqqının ödənilməməsi ilə bağlı olmuşdur. Vətəndaşın müraciəti hissəsində araşdırılma aparılmış və heç bir qanun pozuntusu müəyyən edilməmişdir. Yuxarıda qeyd olunan iş materiallları və təqdim olunmuş sübutlar əsasında müəyyən edilir ki, "xxxx" MMC-nin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi qüvvədə olan qanunvericiliyə zidd və qanunvericiliklə yolverilməz olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 07 mart 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqana və şikayət vermiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 07 mart 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən vətəndaş X8 xx.xx.2020-ci il tarixində "xxxx" MMC-də əlaqələndirici (ərazi nümayəndəsi) vəzifəsinə qəbul olunmuş, onun rəsmi əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Eyni zamanda İ.Səfərov xx.xx.2023-cü il tarixində müəssisənin fəaliyyət istiqamətinə aid olan eyni vəzifəyə xidməti müqavilə əsasında cəlb olunmuşdur. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzbati xətanı törətdiyinə görə X7 barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 3(004)- 1364/2024 nömrəli qərarına əsasən "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 3(103)-1145/2024 nömrəli qərarına əsasən “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan əmək müqaviləsi bildirişinə əsasən X6 əmək müqaviləsinə 30 may 2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan 01xx-xx/2023 saylı, 01 iyun 2023-cü il tarixli xidmət müqaviləsinə əsasən "X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X8 arasında eyni vəzifə üzrə yenidən xidməti müqavilə bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 20 oktyabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2- 3- cü və 2-4-cü hissələr əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İXM-nin 192.1 -ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu əmək münasibətlərinə və mülki-hüquqi münasibətlərə geniş və ətraflı izah vermiş, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlərinin bir qayda olaraq əmək münasibətləri olaraq çıxış etməsini göstərmişdir. Məhkəmə, hazırda tərəflər arasında münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək münasibətlərin mülki deyil, əmək münasibətlərinə aid olduğunu müəyyən edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Səfərov İlqar "X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsi üzrə əlaqələndirici (ərazi nümayəndəsi) vəzifəsində çalışmış, sonradan əmək müqaviləsinə xitam verilərək şirkətlə işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı xidmət müqaviləsi bağlanmışdır. Həmin xidmət müqaviləsi ilə görülən işlər əvvəllər əmək müqaviləsi üzrə görülən işlərlə eynilik təşkil edir. Ona görə də "X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəfin izahatından məlum oldu ki, X8 ilə əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 192.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin 07 mart 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X7in verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin 07 mart 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1626/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1626/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver