Məhkəmə qərarları › İş №3(004)-1628/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1628/2020

10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1628/2020 10.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Dövlət X12 etibarnamə üzrə nümayəndəsi X3, şikayətçi X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin yol patrul xidməti inspektoru polis kiçik serjantı X4 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X5 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin yol patrul xidməti inspektoru polis kiçik serjantı X4 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi X5 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2020-ci il tarixdə ona məxsus olan “Opel Astra” minik avtomobili ilə hərəkət edərkən polis əməkdaşları karantin ilə əlaqədar olaraq qurulmuş postda onu saxlayaraq sənədlərini yoxladıqda onun icazəsinin olmadığını qeyd edərək ona İXM-nin 211-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarar əsasən 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Polis əməkdaşlarına onun icaze.gov.az portalından keçdiyini və icazəsinin olduğunu bildirsə də, onlar icazənin olmadığını və sistemdə adının çıxmadığını bildirmişlər. Qeyd olunur ki, o şirkətdə çalışır və karantin elan olunduğu müddətdə şirkət işçilərini portaldan keçirərək adlarını sistemə qeyd etmişdir. Sistem avtomotik icazələrin bir qismini ləğv edərkən həmin ləğv olunan icazələr arasında onundaadı qeyd olunmuş, lakin onun bundan heç bir məlumatı evdən çıxmışdır. xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayətin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, baş mühasib vəzifəsində çalışdığı “xxx” MMC mebel istehsalı ilə məğuldur. Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin yol patrul xidməti inspektoru polis kiçik serjantı X4 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərar əsassız və qanunsuz olduğundan onu ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsi X8 şikayətin təmin olunub olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Əlavə olaraq bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə elektron sistemdə xəta baş vermişdir. Bu səbəbdən bəzi vətəndaşların karantin vaxtı hərəkət etmək üçün icazələri olduğu halda, sistem dayandırılmış kimi göstərməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin yol patrul xidməti inspektoru polis kiçik serjantı X4 tərəfindən qəbul edilmiş edilmiş xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərardan müəyyən edilir ki, X5 edilmiş xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan icaze.e-gov.az portalından çıxarışdan görünür ki, X5 “xxx” MMC-də baş mühasib vəzifəsində çalışır və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işlə bağlı ölkə ərazisi üzrə rəhbərliyin göstərişlərinin yerinə yetirilməsi məqsədilə hərəkətinə icazə verilmişdir. Lakin təsdiq statusu bölməsindən müəyyən edilir ki, icazə dayandırılmışdır. İş materiallarında olan icaze.e-gov.az portalından çıxarışdan görünür ki, X5 “xxx” MMC-də baş mühasib vəzifəsində çalışır və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işlə bağlı ölkə ərazisi üzrə rəhbərliyin göstərişlərinin yerinə yetirilməsi məqsədilə hərəkətinə icazə verilmiş və təsdiqlənmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin xx xxxxx 2020-ci il tarixdə qüvvədə olan 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərarı ilə Yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bir sıra məhdudiyyətlər o cümlədən hərəkət məhdudiyyəti tətbiq edilmişdir. Həmin qərarın 1.3-cü bəndinə əsasən Bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbə-könüllülərinin, Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əlavədə isə fəaliyyətinə icazə verilən sahələr öz əksini tapmışdırdır. Həmin əlavənin 4.16-cı bəndinə əsasən mebel istehsalı və təmiri fəaliyyətinə icazə verilən sahələrdəndir. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta haqqında qərar qəbul edilən zaman X2 ölkə üzrə hərəkət icazəsi mövcud olduğundan, X2 şikayəti təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin yol patrul xidməti inspektoru polis kiçik serjantı X4 tərəfindən qəbul edilmiş edilmiş xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Dövlət X14 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti qismən təmin olunsun. X5 barəsində qəbul edilmiş xx xxxx 2020-ci il tarixli TP seriyalı 37559223 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Bakı şəhər Dövlət X15 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar