Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1628/2021 28.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin (ERDNBGİ) nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası Şəxs X12 Cəmiyyətinin (ATSC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 490-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası DGK Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsi, Təhqiqat Bölməsi tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ATSC-nin Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DGK Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsi, Təhqiqat bölməsinin böyük təhqiqatçısı X4 tərəfindən tərtib edilmiş 12 iyul 2021-ci il tarixli 13000- 0531/21 (DGK-A 117573) nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs ATSC tərəfindən İran İslam Respublikası “İran Milli QAZ” şirkətinin ünvanına göndərilən təbii qaz malının rəsmiləşdirilməsi ilə bağlı 02.07.2021-ci il tarixdə **********2813 saylı ixrac gömrük bəyannaməsi təqdim edilmişdir. Lakin həmin bəyannamə üzrə “təbii qaz” malının ixracı cari ilin aprel ayında həyata keçirilmişdir. Azərbaycan Respublikası Gğmrük Məcəlləsinin 293.6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2012-ci il tarixli 332 nöməli “Gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi” qaydalarının təsdiq edilməsi haqqında Qərarının 2.8-ci bəndinə əsaəsn bəyannaməçinin malların ixrac edildiyi zaman gömrük bəyannnaməsini verə bilmədiyi hallarda natamam gömrük bəyannaməsinin veilməsi üçün səbəblər göstərilmişdir. Belə ki, **********2813 saylı gömrük bəyannaməsinin 31-ci qrafasına əsasən malların cari ilin aprel ayında ixrac edildiyi görünür. Buna baxmayaraq həmin tarixlərdə hər hansı natamam gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməmiş, eyni zamanda sözügedən malların ixracına dair **********2813 saylı bəyannamə 02.07.2021-ci il tarixdə təqdim edilmişdir. Bununla da, Şəxs ATSC barəsində Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Azərbaycan Respublikası DGK Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərmişdir ki, Şəxs ATSC-nin tərəfindən törədilmiş əməldə həm gömrük qanunvericiliyində, həm də inzibati xətalar haqqında qanunvericilikdə təsbit olunmuş inzibati məsuliyyəti müəyyən edən hallar öz təsdiqini tapmış, bu səbəbdən hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsində müəyyən olunmuş inzibati xətanın tərkibi mövcud olduğundan protokol tərtib olunmuşdur. O, həmçinin qeyd etmişdir ki, başlanılmış icraat zamanı Cəmiyyətin nümayəndəsinin iştirakı təmin edilmiş və tərəflərindən qeyd olunan pozuntuya yol verilməklə xətanın törədilməsi etiraf edilmişdir. Odur ki, R.B.Balayev göstərilən hal nəzərə alınmaqla Şəxs ATSC barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ATSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ATSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses içtirakçısını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ATSC-nin Azərbaycan Respublikasının İXM-nin 490-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş İdarənin Gömrük əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin inspektoru X5 tərəfindən tərtib edilmiş 05.07.2021-ci il tarixli raportdan görünür ki, Şəxs ATSC tərəfindən “İran Milli Qaz İxrac” şirkətinin ünvanına 2021-ci ilin aprel ayında təbii qaz yükü ixrac edilmişdir. Lakin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 293.6-cı bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2012-ci il tarixli 332 saylı Qərarının 2.8-ci bəndinə əsasən natamam bəyannaməsi təqdim edilməmişdir. İş materiallarında olan 02 iyul 2021-ci il tarixli **********813 nömrəli gömrük bəyannaməsindən də iş materialları müəyyən edilmiş xüsusatlar öz təsdiqini tapır. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası DGK Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsi, Təhqiqat Bölməsində barəsində icraat aparılan zaman Şəxs ATSC-nin etibarnamə üzrə nümayəndəsinin iştirakı təmin edilmiş və cəmiyyət tərəfindən inzibati xətanın törədilməsi üzrə təqsirinin olması etiraf edilmişdir. Belə ki, nümayəndə X6 izahatında göstərmişdir ki, **********2813 nömrəli ixrac gömrük bəyannaməsi üzrə 2021-ci ilin aprel ayında ixrac edilmiş mala dair natamam gömrük bayannaməsinin təqdim edilməməsi həmin tarixlərdə Cəmiyyətdə aparılan struktur dəyişiklikləri ilə bağlı olmuşdur. Çünki, bundan öncə təbii qazın ixracı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi tərəfindən həyata keçirilmişdir. Yeni dəyişikliklərə görə isə təbii qazın ixracı prosesi Şəxs ATSC tərəfindən həyata keçirilir. Odur ki, mövcud struktur dəyişikliyi yuxarıda qeyd edilmiş malların ixracı ilə eyni dövrə təsadüf etməsi səbəbindən natamam gömrük bəyannaməsinin təqdim edilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ATSC İXM-nin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 490-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.19-cu maddəsinə görə gömrük rəsmiləşdirilməsi dedikdə bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər başa düşülür. Həmin Məcəllənin 40.1.-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını həmin Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər. Həmin Məcəllənin 40.2.-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının həmin Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 293.1-ci maddəsinə görə gömrük ərazisindən boru kəməri vasitəsilə aparılan və bu əraziyə gətirilən mallar gömrük bəyannaməsi təqdim edildikdən və seçilmiş gömrük prosedurunun tələblərinə uyğun olaraq buraxılışından sonra gömrük sərhədindən keçirilir. 293.2-ci maddəyə görə bəyannaməçi gömrük bəyannaməsini aşağıdakı səbəblərə görə verə bilmədiyi hallarda natamam bəyannamə təqdim edir: 1)gömrük orqanına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda; 2) gömrük bəyannaməsi verildiyi vaxt malların miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək mümkün olmadıqda. 293.6-cı maddəsinə əsasən gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2012-ci il tarixli 332 saylı Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.9-cu bəndinə görə natamam bəyannamədə gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar göstərilir. Çatmayan məlumatlar bəyannaməçi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə təqdim edilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs ATSC tərəfindən İran İslam Respublikasından “İran Milli QAZ” şirkətinin ünvanına göndərilən təbii qaz malının rəsmiləşdirilməsi ilə bağlı 02.07.2021-ci il tarixdə **********2813 saylı ixrac gömrük bəyannaməsi təqdim edilmişdir. Lakin həmin bəyannamə üzrə “təbii qaz” malının ixracı cari ilin aprel ayında həyata keçirilmiş, **********2813 saylı gömrük bəyannaməsinin 31-ci qrafasına əsasən malların cari ilin aprel ayında ixrac edildiyi görünür. Buna baxmayaraq həmin tarixlərdə hər hansı natamam gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Bununla da, Şəxs ATSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 490-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası Şəxs ATSC Azərbaycan Respublikasının İXM-nin 490-cı maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs ATSC-nin barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş onun məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ilk dəfə olaraq qeyd olunan xətaya görə məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası Şəxs X12 Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1628/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1628/2021
28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver