Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1632/2021 15.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X2, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxsn iştirakları ilə, xx xxxxx 1979-cu ildə Sabirabad rayonu Qalaqayın kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 bina 2 (7-ci mərtəbə) mənzil 115 ünvanında faktiki yaşayan Fərəcova (Mehdiyeva) Sevinc Süleyman qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Fərəcova (Mehdiyeva) Sevinc Süleyman qızının Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş 15 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 3(004)- 1632/2021 saylı qərarına əsasən Fərəcova (Mehdiyeva) Sevinc Süleyman qızının əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 3(004)- 1632/2021 saylı qərarının ləğv edilməsini və Fərəcova (Mehdiyeva) Sevinc Süleyman qızının inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 3(103)-2306/2021 saylı qərarına əsasən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 3(004)- 1632/2021 saylı qərarı ləğv edilmiş və yenidən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Fərəcova (Mehdiyeva) X1 rayon Məhkəməsinin 2(056)-1692/2019 saylı, 19 noyabr 2019-cu il tarixli icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırmış və icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, Fərəcova (Mehdiyeva) Sevinc Süleyman qızı barəsində Azərbaycan Respublikasının İXMnin 528.1-ci (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Fərəcova (Mehdiyeva) Sevinc Süleyman qızı protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Sabirabad rayon Məhkəməsinin 2(056)-1692/2019 saylı, 19 noyabr 2019-cu il tarixli icra sənədinə əsasən borclu Fərəcova (Mehdiyeva) Sevinc Süleyman qızından şifahi borc müqaviləsinə əsasən ödənilməmiş 6.000 (altı min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ümumilikdə isə 6030 manat pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi 19 yanvar 2021-ci il tarixdə Sabirabad rayon İcra şöbəsinin qərarı ilə aidiyyəti üzrə Yasamal rayon İcra şöbəsinə göndərilmiş, 03 fevral 2020-ci il tarixli qərarla icraata başlanılmış, eyni tarixdə borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş təqdim edilmişdir. Borclu Fərəcova (Mehdiyeva) Sevinc Süleyman qızı icra sənədini qanunla müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra etməməsinə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Borclu 17 fevral 2020-ci il tarixdə icra şöbəsində verdiyi izahatında məhkəmə qətnaməsi ilə razılaşmadığını və yuxarı instansiya məhkəməsində mübahisələndirəcəyini bildirmişdir. Lakin borclu tərəfindən hazıradək icra sənədi üzrə hər hansı məbləğdə ödəniş edilməmişdir. Borclu Fərəcova (Mehdiyeva) Sevinc Süleyman qızı həmçinin izahatlarında onkoloji xəstəlikdən əziyyət çəkməsi ilə əlaqədar borcu ödəyə bilmədiyini bildirmişdir. X3 göstərilən hallar nəzərə alınmaqla Fərəcova (Mehdiyeva) Sevinc Süleyman qızının barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbil edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs öz izahatında bildirmişdir ki, o, yalnız icra sənədinin icra edilməsində maraqlıdır Fərəcova (Mehdiyeva) Sevinc Süleyman qızı tərəfindən icra sənədinin icra olunmasını istəyir. Göstərilən halların nəzərə alınaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatını dinləyərək hesab edir ki, protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Yasamal rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sabirabad rayon Məhkəməsinin 2(056)-1692/2019 saylı, 19 noyabr 2019-cu il tarixli icra sənədinə əsasən borclu Fərəcova (Mehdiyeva) Sevinc Süleyman qızından şifahi borc müqaviləsinə əsasən ödənilməmiş 6.000 (altı min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ümumilikdə isə 6030 manat pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir İş icra şöbəsinin icraatına daxil olduqdan sonra borclunun gəlirləri və əmlak vəziyyəti barədə tam araşdırma aparılmamışdır. Protokolda borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınması qeyd edilsə də yayınmanın səbəbləri icra məmuru tərəfindən araşdırılmamışdır. Göstərilənlərə əsasən hazırki halda iş üzrə toplanmış materiallara əsasən Sabirabad rayon Məhkəməsinin 2(056)-1692/2019 saylı, 19 noyabr 2019-cu il tarixli icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Fərəcova (Mehdiyeva) Sevinc Süleyman qızı tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Fərəcova (Mehdiyeva) Sevinc Süleyman qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Fərəcova (Mehdiyeva) Sevinc Süleyman qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qaytarılsın. Hakim: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-1632/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1632/2021
15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver