Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1633/2020 18.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi ilə, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsi (BPİ) Dövlət X13 (DYPİ) etibarnamə üzrə nümayəndəsi X5 və şikayətçi X6 iştirakları ilə, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİNnin Bakı şəhəri BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X10 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxx 2020-ci il tarixdə saat 11:30 radələrində idarə etdiyi “Khazar LX” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Zərgərpalan küçəsi ilə hərəkətdə olarkən, ərazidə piyada halda duran və özünü təqdim etməyən Bakı şəhər DYPİ-nin YPX-nin adını bilmədiyi polis serjantı tərəfindən xüsusi karantin rejiminə əməl olunmamasına görə saxlanılmışdır. O, “189” Taxi şirkətində fəaliyyət göstərdiyini və sistemdə elekton icazəsinin olduğunu bildirsə də, YPX əməkdaşı planşetinə baxaraq heç bir sübut olmadan onun icazəsinin görünmədiyini söyləyib ona qanunsuz olaraq İXM-nin 211-ci maddəsi ilə xx xxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol tərtib etmiş, lakin protokolu ona təqdim etməmişdir. X10 göstərilən hallar nəzərə alınmaqla onun barəsində tərtib edilmiş protokol əsasında Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh edilməsinə dair Bakı şəhəri BPİ-nin DYPİ-si tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini və sistemdə yerləşdirilmiş cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X10 şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, o, ölkə ərazisində xüsusi karantin rejimi elan edilməmişdən öncə “189” Taxi şirkətində taksi sürücüsü işlədiyindən ona sərnişindaşıma fəaliyyəti ilə məşğul olması üçün fərqlənmə nişanı verilmişdir. Nazirlər Kabinetinin müvafiq qərarları ilə xx xxxxx 2020-ci il tarixdə qüvvədə olan xüsusi karantin rejimi dövründə isə taksi xidməti fəaliyyəti sahəsində çalışan şəxslərə hər hansı bir hərəkət məhdudiyyəti qoyulmamışdır. Şirkət tərəfindən ona verilmiş məlumata əsasən ölkə ərazisində onun sərbəst hərəkəti üçün anket məlumatları “icaze.e-gov.az” portalına daxil edilərək xüsusi icazə verilməsi təmin edilmişdir. O, xx xxxxx 2020-ci il tarixdə yaşayış yerini qeyd olunan səbəbə görə tərk etmiş, həmin tarixdə saat 11 radələrində yoxlama aparılarkən Bakı şəhər DYPİ-nin YPXnin əməkdaşı ona fərqlənmə nişanının olmaması və mövcud karantin rejimi qaydalarına görə sistemdə onun sərbəst hərəkəti üçün xüsusi icazəsinin olmamasını bildirib onun barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx xxxxx 2020-ci il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib etmişdir. O, protokolla razılaşmadığından barəsində dərhal qərar qəbul edilməmiş, yalnız sonradan onun xətanın törədilməsində təqsirli bilinərək barəsində xx xxxxx 2020-il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqında qərar qəbul edilməsini öyrənib bilmişdir. Şikayətçi X3 göstərilən hallar nəzərə alınmaqla onun barəsində Bakı şəhəri Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini və sistemdə yerləşdirilmiş cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq şikayətçi X10 məhkəmə icalasında əlavə olaraq bildirmişdir ki, o, barəsində protokol tərtib edildiyi vaxt ölkə ərazisində sərbəst hərəkəti üçün xüsusi icazəsinin olmasına dair ərizəsinə əlavə edilmiş fərqlənmə nişanının fotoşəklindən başqa hər hansı bir əlavə sübut təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BPİ-nin DYPİ-sinin nümayəndəsi X8X10 tərəfindən verilmiş şikayəti əsassız hesab edərək şikayətin rədd edilməsini və sonuncu barəsində qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli və X6 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə tənbeh tədbirinin təyin edilməsinə dair Bakı şəhəri BPİ-si DYPİ-si tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli qərar dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri BPİ-nin DYPİ-sinin polis katipanı X2 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli qərardan müəyyən edilir ki, xx xxxx 1997-ci il təvəllüdlü X10 xx xxxxx 2020-ci il tarixdə saat 11:30-da Bakı şəhəri Zərgərpalan küçəsi ərazisində Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində xx xxxxx 2020ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. X10 barəsində tərtib edilmiş protokol əsasında xətanın törədilməsində təqsirli bilinərək xx xxxxx 2020-ci il tarixli qərarla 100 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. Şikayətçi barəsində protokol tərtib edildiyi vaxt karantin rejimi qaydalarına müvafiq olaraq ölkə ərazisində sərbəst hərəkəti üçün elektron icazəsinin olub-olmamasının yoxlanılması məqsədilə məhkəməyə Yasamal RPİ-si tərəfindən təqdim edilmiş cihaz vasitəsilə onun şəxsi məlumatları “İcazələrin Alınması və Monitorinqi Sistemi”nə daxil edilib baxış keçirilərkən müəyyən edildi ki, “xxxxxxxxxxx” MMC-də taksi xidməti ilə məşğul olan X9 xüsusi icazənin verilməsi üçün müraciət edilmiş müddət xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixi əhatə etsə də, müvafiq icazə səlahiyyətli qurum tərəfindən xx xxxxx 2020-ci il tarixdə təsdiqlənmişdir. Yəni, şikayətçi X6 icazəsi xx xxxxx 2020-ci il tarixdə qüvvəyə minmişdir. İş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması məqsədilə məhkəmə tərəfindən Bakı Nəqliyyat Agentliyinə verilmiş sorğuya daxil olmuş cavab məktubundan müəyyən edilmişdir ki, Agentlik tərəfindən X9 “Khazar LX” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sərnişindaşımanı (taksi fəaliyyətini) həyata keçirməsi üçün iki dəfə, müvafiq olaraq xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək və xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək qüvvədə olan “Fərqlənmə Nişanı” (icazə) verilmişdir. Həmçinin qeyd edilmişdir ki, X1 üçün verilmiş icazələr xx xxxxx 2020-ci il tarixdə qüvvədə olmamışdır. Şikayətçi tərəfindən ərizəsinə əlavə edilmiş taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələri üçün DRV seriyalı 062203 nömrəli “Fərqlənmə nişanı”nın fotoşəklindən müəyyən edilir ki, VÖEN ********** olan X9 xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək “Khazar LX” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sərnişindaşımanı (taksi fəaliyyətini) həyata keçirməsi üçün icazə verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin xx xxxx 2020-ci il tarixədək qüvvədə olan 211-ci maddəsinin mətninəəsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslərin yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslərin min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 nömrəli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyətin xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılması və insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə tərk etməsi müəyyən edilmişdir. Həmin Qərarın 4-cü bəndində Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə müəyyən istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilmişdir ki, bu istiqamətlər sırasında nəqliyyat və logistika sahəsi üzrə ictimai nəqliyyat və taksi xidməti (4.4.4) də daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarına əsasən x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00dək ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən qaydalar çərçivəsində tətbiq edilmişdir. Qeyd olunan hərəkət məhdudiyyəti xx xxx 2020-ci il tarixədək, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 176 nömrəli qərarı ilə həmin tarixdən aradan qaldırılanadək qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarının 1.4-cü bəndinə görə 1.1-ci bənddə sadalanan şəxslərdən başqa bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilmişdir: 1) təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 2) ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; 3) yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Qərarın 1.5.1-ci yarım bəndinə görə 1.4-cü bəndində göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli (SMS məlumatlar ödənişsizdir), SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməli, 1 indeksi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2 indeksi ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 3 indeksi isə - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün nəzərdə tutulmuşdur. Qərarın 1.2.2-ci bəndinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçilərinin barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə icazə verilməsi müəyyən edilmişdir. Qərarın 1.7-ci bəndinə görə Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilmiş və qaydalara görə şəxsin yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk etməsi nəzərdə tutulmuşdur. Həmçinin Qərarın 1.10-cu bəndinə görə müvafiq dövlət qurumlarının və özəl hüquqi şəxslərin əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatlarının könüllülər barədə məlumatların “icaze.e-gov.az” portalına x xxxxx 2020-ci il saat 10:00-dan etibarən daxil edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq icazə verilən fəaliyyət istiqaməti üzrə, yəni taksi xidməti sahəsində fəaliyyət göstərən şikayətçi X6 barəsində məlumatlar “icaze.e-gov.az” portalına daxil edilməklə onun ölkə ərazisində maneəsiz hərəkəti üçün xüsusi icazə verilməsinə baxmayaraq həmin icazə xx xxxxx 2020-ci il tarixdə təsdiqlənərək qüvvəyə minmişdir. Lakin X10 müvafiq icazə səlahiyyətli qurum tərəfindən təsdiq edilmədən, yəni icazə qüvvəyə minmədən və ya sms icazəsi almadan xx xxxxx 2020-ci il tarixdə saat 11:30 radələrində yaşayış yerini tərk edib həmin tarixdə qüvvədə olan xüsusi karantin rejimi qaydalarına əsasən hərəkət məhdudiyyəti tələblərini pozmuşdur. Bundan əlavə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, şikayətçi X6 ümumiyyətlə inzibati xətanın törədildiyi vaxt sərnişindaşıma üçün səlahiyyətli orqan, yəni Bakı Nəqliyyat Agentliyi tərəfindən verilmiş və xx xxxxx 2020-ci il tarixdə qüvvədə olan fərqlənmə nişanı (icazəsi) mövcud olmamışdır. Bununla da o, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası İXM-nin 211-ci (köhnə redaksiyada) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Məcəllənin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədikdə qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ-si DYPİ-sinin polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəliinzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X6 şikayəti əsassız olduğundan və onun əməlində Azərbaycan Respublikası İXM-nin 211-ci (xx xxxx 2020-ci il tarixədək qüvvədə olan) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından təmin edilməməlidir. Həmçinin qəbul edilmiş qərarla inzibati xəta törətmiş X9 müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri təyin edilmiş, inzibati tənbeh tədbirinin yüngülləşdirilməsi və ya qərarın dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə tərəfindən hazırki iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu halı müəyyən edilmədi. Odur ki, barəsində şikayət verilmiş qərar qanuni olmaqla dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X6 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X13 polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəliinzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1633/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1633/2020
18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver