Məhkəmə qərarları › İş №3(004)-1635/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1635/2020

20.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1635/2020 20.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov Şikayətçi x1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət x4 inzibati xəta haqqında iş üzrə protokolundan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: x2 Adil oğlu inzibati xəta haqqında iş üzrə şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət x4 İXP ******* saylı, 03.07.2020-ci il tarixli inzibati xəta haqqında protokolunun qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, şikayətdən görünür ki, şikayətçi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan şikayət etmişdir və protokolun ləğv edilməsini xahiş edir. Barəsində şikayət edilən protokol əsasında qəbul edilmiş hər hansı bir qərar şikayətə əlavə edilməmişdir. İXM-in 129-cü maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yəni məhkəməyə İXM-in 129-cü maddəsinə əsasən şikayət verilirsə, qərar mövcud olmalıdır ki, şikayət verilə bilsin və məhkəmə həmin qərardan şikayətə baxa bilsin. İXM-in 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həll edilən məsələlərdən biri də İXM-in 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmamasını yoxlamaqdır. Bununla da protokoldan şikayətə baxmaq məhkəmənin səlahiyyətinə aid deyildir. Həmçinin şikayətdə qoyulmuş tələbə, yəni protokoldan şikayətə şikayət qaydasında baxmaq üçün İXM-də digər bir orqan da nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən hazırkı şikayətə baxılması mümkün olmadığından, şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: Şikayətçi x1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət x4 inzibati xəta haqqında iş üzrə protokolundan verdiyi şikayətvə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar