Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1635/2022 28.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X5 iclas katibliyi ilə, X1 Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin 11.11.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin 11.11.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini, yol-nəqliyyat hadisəsinin araşdırılmasının səlahiyyətli orqana tapşırılmasını və Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru X4 barəsində xidməti təhqiqat aparılması barədə Azərbaycan Respublikası DİN-nə təqdimat verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, 06.11.2021-ci il tarixdə saat 14:40da Bakı şəhəri Ə.Salamzadə küçəsi ilə idarə etdiyi VAZ 21063 minik markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən Subaru Forester minik markalı **- OB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilini vurmuşdur. Bununla əlaqədar inzibati araşdırma aparılmış onun barəsində 10.10.2021-ci il tarixdə İXM-nin 469.1, 327.2. 327.6. 332.3-cü maddələrinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş lakin iştirakı olmadan 11.11.2021-ci il tarixdə TP ******* nömrəli X9 haqqında qərarla 200 manat məbləğində inzibati qaydada cərimə etmişdir. Aşağıdakı əsaslara görə Yasamal RPİ-nin DYPŞ-nin səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 11.11.2021ci il tarixli TP ******* saylı X9 haqqında Qərar ləğv edilməli iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Əvvəla barəsində tərtib edilmiş qərardan məlum olur ki, İXM-nin 469.1, 327.2, 327.6, 332.3-cü maddələrinə əsasən tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Maddənin tələbindən aydın olur daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ancaq tənbeh vermə haqqında 11.11.2021-ci il tarixli TP ******* nömrəli qərardan belə çıxır ki, 469.1 yəni icbari sığorta müqaviləsi bağlanmamasına görə, 327.2 əks istiqamətli hərəkət zolağına çıxmaqla, 327.6, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə- yiiz manat məbləğində cərimə edilir. 332.3 yəni bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən X9 haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. Kobud pozuntularla barəsində qanunsuz və əsassız tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsir hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. O, heç bir yol hərəkət qaydası pozmadığı halda barəsində qəbul edilmiş qərar ləğv edilməlidir. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilən inzibati xətanın tərkib əlamətləri mövcud olmadığından onun məsuliyyətə cəlb edilməyi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o. təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qanunun tələbindən də göründüyü kimi, onun həmin inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilməmiş və təqsirli olmağına dair heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli savılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda. səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Qanunun tələbindən göründüyü kimi, o, inzibati xəta hadisəsi ilə razılaşmadığı halda səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edərək onun inzibati qaydada cərimə olunmağı barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək;vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Lakin tərtib olunmuş protokoldan görünür ki. heç bir hüquqlar izah edilməmiş və qeyd vermək üçün şərait yaradılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Hesab edir ki, Yasamal RPİ-nin DYPŞ-nin səlahiyyətli vəzifəli şəxsi polis kapitanı Yaqubov Nəbati tərəfindən qanunla onlara verilmiş səlahiyyət həddini aşaraq Qanunların tələblərini pozduğuna görə barəsində xidməti təhqiqat aparılması üçün müvafiq səlahiyyətli orqana təqdimat verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 119-cu maddəsinə əsasən inzibati xəta haqqında işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə, müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə onların aradan qaldırılması üçün tədbirlər görmək haqqında təqdimat verir. Maddənin tələbindən göründüyü kimi, səlahiyyətli vəzifəli şəxs inzibati xətanın olmamasını, səbəblərini və şəraitini aradan qaldırmaq üçün tədbirlər görmək haqqında təqdimat vermədən yerində inzibati tənbeh haqqında qərar qəbul etmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin 11.11.2021-ci il tarixli, TP ******* saylı 11.11.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi, yol-nəqliyyat hadisəsinin araşdırılmasının səlahiyyətli orqana tapşırılması və Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru X4 barəsində xidməti təhqiqat aparılması barədə Azərbaycan Respublikası DİN-nə təqdimat verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru X7 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, şikayətin təmin edilməməsini və Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin 11.11.2021-ci il tarixli, TP ******* saylı X9 haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin 11.11.2021ci il tarixli, TP ******* saylı X9 haqqında iş üzrə qərara əsasən X6 İXM-in 469.1, 327.2, 327.6, 332.3-cü maddələri ilə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilmişdir. X2 şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin 11.11.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-1635/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1635/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver