Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1638/2020 26.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Carçalova Nuranə Həsrət qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhəri Dövlət X6 xx.xx.2020 tarixli TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 Bakı şəhəri Bakı şəhəri Dövlət Yol Polis Xidmətinin TP ******* xx.xx.2020 saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X5 "xxxxxxx" MMC-də fəhlə işləyir. İş fəaliyyəti ilə əlaqədar ünvan 1 ünvanında yerləşən iş yerinə hər gün getmişdir. xx.xx.2020ci il tarixində YPX inspektoru onun barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib etmişdir. Şikayətə əlavə olunmuş SMS-dən görünür ki, xx.xx.2020 tarixində TP ******* xx.xx.2020 saylı protokol üzrə icra qərarı qüvvəyə minmişdir. Azərbaycan Respublikası Nazirlər X3 Qərargahın Koronavirus (COV1D-19) infeksiyasının Azərbaycan Respubukasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx.xx.2020-ci il tarixli qərarında qeyd olunur ki, 3.1-ci bəndinə əsasən bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlərin, ərzaq mağazalarının və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla) üzrə fəaliyyət qadağan edilmişdir. İnzibati tənbeh protokolu tərtib olunan vaxt onun qanunvericilik əsasında evdən çıxmaq hüququ tam şəkildə olmuşdur. Belə ki, icaze.e-gov.az portalında " xxxxxxx” MMC-nin işçisi kimi qeydiyyatda olduğunu təsdiq edən sənəd, iş yerindən arayış və bunu təsdiq edən sistem məlumatları YPX inspektoruna təqdim olunmuşdur. Azərbaycan Respubükasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respubukası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2020-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Prezide ntinin 2020-ci il 17 mart tarixli 962 nömrəli və 19 mart tarixli 964 nömrəli fərmanları ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 2.2-ci və 2.4-cü bəndlərində “322.0.2” rəqəmlərindən əvvəl "211" rəqəmləri əlavə edilmişdir. X9 Patrul Xidməti əməkdaşının İXMin 211-ci maddəsinə əsasən tənbeh tətbiq etmək hüququ olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, xx.xx.2020 tarixində, xx.xx.2020 tarixli TP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmişşikayətçi və qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəmənin sorğusu əsasında təqdim olunmuş və iş materiallarına əlavə edilmiş Bakı şəhəri Dövlət Yol Polis Xidmətinin tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X7 oglu xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərini pozmaqla əlaqədar Azərbaycan Respublikası İXM-nin 211ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “əməkdaş barədə məlumatlar”dan görünür ki, X1 "xxxxxxx” MMC-nin əməkdaşı olmaqla, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhəri ərazisində hərəkət etməyə müvafiq icazəsi olmuşdur. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublıikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökümətin İnkişafı Mərkəzi” X8 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, X5 (Seriya: AZE 16007922, barədə sistemdə "xxxxxxx” MMC (**********) tərəfindən daxil edilmiş və Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənmiş xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli 2 icazə qüvvədədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırılması zamanı X7 oglu tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması öz təsdiqini tapmamışdır. Əksinə, məhkəməyə təqdim olunmuş sübutlar təsdiq edir ki, xx.xx.2020-ci il tarixində X7 oglunun Bakı şəhəri ərazisində hərəkəti üçün müvafiq icazəsi olmuşdur. Lakin buna baxmayaraq, səlahiyyətli orqan mübahisələndirilən qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də X7 oglunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri Dövlət Yol Polis Xidmətinin xx.xx.2020 tarixli TP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020 tarixli TP ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X7 oglunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri Dövlət Yol Polis Xidmətinin inzibati tənbeh vermə haqqında xx.xx.2020 tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1638/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1638/2020
26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver