Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1638/2024 18.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Yasamal Rayon DYPİ baş inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Azərbaycan Respublikasının Sabirabad rayonu, Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olmaqla hazırda Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 22/11 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 26 yanvar 2024-cü il tarixdə, saat 03:20 radələrində idarə etdiyi “Mercedes” markalı, Az **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edən zaman saxlanılmış, yoxlama zamanı onun avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal Rayon DYPİ baş inspektoru X5 tərəfindən 26 yanvar 2024-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək bildirmişdir ki, həmin gün Qubadan qonaqları gəldiyi üçün həmin şəxslərə qonaqlıq vermək məqsədilə restorana getmiş geri qayıdarkən YPX əməkdaşları tərəfindən avtomobili saxlanılmış və ondan içkili olub-olmamasını soruşmuşlar. O da qonaqlıqdan gəldiyini və içkili olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı ona alkotester aparatına nəfəs verməyi təklif etmişdir və o da həmin aparat onun ağız boşluğuna daxil olmadan, təmas etmədən sadəcə beş santimetr məsafədən həmin qurğuya nəfəs vermişdir. Daha sonra polis əməkdaşları onun barəsində protokol tərtib etmiş və avtomobilini duracağa yerləşdirmişlər. Eyni zamanda bildirmişdir ki, bu işə bir dəfə Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə baxılmış və həmin vaxt hal şahidlərinin iştirakı təmin olunmadığına görə məhkəmə tərəfindən materiallar onu tərtib etmiş orqana geri qaytarılmışdır. Buna görə də hesab edir ki, məhkəmə artıq bu məsələyə münasibət bildirdiyinə görə yenidən bu işə baxılmasına lüzum yoxdur. Hazırda məhkəmədə iştirak edən “hal şahidləri” hadisə zamanı orada olmamışlar və onları ilk dəfədir görür. Bütün bunları nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Yasamal Rayon DYPİ baş inspektoru X5 protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞnin YPX inspektoru, polis baş serjantı X4 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 03:20 radələrində Yasamal rayon DYPŞ-nin **-YP-*** çağırışlı avtomaşınla xidmətdə olan zaman Yasamal rayonu ərazisində yerləşən H.Sultanov küçəsində “Mercedes” markalı **-LJ-*** d.q.n-lı avtomaşına işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxla işarəsi verilmiş və inspektor sürücüyə yaxınlaşaraq özünü təqdim edərək qayda pozuntusunu izah etmiş və sərxoş olub-olmamasını dəqiqləşdirmək məqsədilə sərxoşluq testindən keçməyə dəvət etmişdir. Yoxlanış zamanı sürücünün sərxoş olması məlum olmuşdur. Daha sonra sürücü inspektor tərəfindən sərxoşluqdan tibbi müayinə məntəqəsinə dəvət olunsa da sürücü inspektorun ilkin yoxlanışı ilə razılaşdığını bildirərək həkimə getməyə ehtiyac olmadığını qeyd edərək barəsində tərtib olunmuş protokolla razılaşdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində Yasamal rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olduğu üçün dayanmış və bu zaman YPX əməkdaşlarının “Mercedes” markalı **-LJ-*** d.q.n-lı avtomaşını saxladığını görüb. YPX əməkdaşı xanım sürücüyə yaxınlaşaraq içkili olubolmamasını soruşmuş və həmin şəxsi test etmişdir. Xanım sürücü içkili olmasını etiraf etmiş və həkimə getməyə ehtiyac olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur və hadisə baş verən gün həmin ərazidə olduğundan xanım sürücü saxlanıldıqda həmin ərazidə olmuşdur.Yol polisi avtomobili saxladığdan sonra orada mübahisə müşayət etdiyindən həmin yerə yaxınlaşmışdır. YPX əməkdaşı xanım sürücüyə yaxınlaşaraq içkili olub-olmamasını soruşmuş və həmin şəxsi test etmişdir. Xanım sürücü içkili olmasını etiraf etmiş və həkimə getməyə ehtiyac olmadığını bildirmişdir.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına əlavə edilmiş 26 yanvar 2024-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 yanvar 2024-cü il tarixdə, saat 03:20 radələrində idarə etdiyi “Mercedes” minik markalı, Az **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edən zaman saxlanılmış, yoxlama zamanı avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. İş materiallarında olan 26 yanvar 2024-cü il tarixli “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” çıxarışdan aydın olur ki, 26 yanvar 2024-cü il tarixdə, saat 03:17-də “Jupiter-X” markalı 93004306 seriya nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitə ilə müayinə edilmiş Şəxs sərxoş vəziyyətdə olması (0.631 promil) müəyyən olunmuşdur. İş materiallarında olan 26 yanvar 2024-cü il tarixli “Akt”dan görünür ki, YPX əməkdaşları hal şahidlərinin iştirakı ilə həmin aktı ondan ötərə tərtib etmişlər ki, qayda pozuntusu törətdiyinə görə saxlanılmış sürüçüyə yaxınlaşıb öncə özlərini təqdim edib törədilmiş qayda pozuntusu izah edildikdən sonra sürücü sərxoşluq testindən keçməyə dəvət edilmiş, yoxlanış zamanı sürücünün sərxoş olması müəyyən edilmiş, sürücü sərxoşluğun müəyyən edilməsi üçün tibbi müayinə məntəqəsinə dəvət ounmasına baxmayaraq o bundan imtina etmişdir və həkimə getməyə ehtiyac olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhər Yasamal Rayon DYPİ baş inspektoru X5 tərəfindən 26 yanvar 2024-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol, 26 yanvar 2024-cü il tarixli “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında çıxarış və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda onu da nəzərə alır ki, inzibati xətanın törədilməsi faktı xüsusi texniki vasitə olan alkotester vasitəsi ilə öz təsdiqini tapdığı halda Şəxs inzibati xəta törətməməsi ilə bağlı gətirdiyi dəlillər (spirtli içki qəbul etmədiyi) əsaslı və inandırıcı hesab edilə bilməz. Belə ki, həmin texniki vasitənin göstəriciləri yoxlanılan şəxs nəfəs verdikdən sonra dərhal, saatı və dəqiqəsi göstərilməklə çap edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuşəlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157 - 188, 190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 227- 1, 229, 249, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 296.2, 325.1, 326, 327.8, 332.4 - 332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 368 - 379, 381 - 383, 387-388-1, 394.0.5 (açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1-1, 398, 399, 401 - 404, 406 - 409, 410.3, 411- 1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 441, 442, 443.1, 445-1, 448, 449, 450.1, 451, 456, 459.1, 459.2, 459- 1, 462 (siyasi partiyalara münasibətdə) 464 - 466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479 - 481, 482.1, 496.2, 499.2, 502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 517-1, 520, 523, 525 - 535, 537.1, 538-1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 562.2, 563.2, 567 - 569, 571, 573, 574, 590 - 592, 592-1, 594 - 596, 598 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 599-602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, AR Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 329.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməli və Şəxs Azərbaycan Respublikasının İXM-nin 329.3-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qararı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə ilə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1638/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1638/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver