Məhkəmə qərarları › İş №3(004)-1642/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1642/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1642/2020 21.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsisinin nümayəndəsi X1 iştrakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-1802/19 nömrəli xx xxxxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC xx xxxxxx 2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsində **********5262 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmişləşdirilmiş İran İslam Respublikasından 97E17710 nömrə nişanlı nəqliyyat vasitəsi ilə göndərilmiş “biber” yükünü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, **********6594 sorğu nömrəli qısa idxal bəyannaməsini mallar xx xxxxxx 2019‑cu il tarixdə saat 12:57-də Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirlikdən sonra, xx xxxxxx 2019-cu il tarixdə saat 13:28-də gömrük orqanına elektron formada verərək həmin malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl elektron formada qısa idxal bayannaməsini verərək həmin malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsini verməmişdir. Belə ki Gömrük Prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/025/018434 nömrəli xx.xx.2019-cu il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına 97E17710 nömrə nişanlı nəqliyyat vasitəsi ilə gələn yüklər **********5262 sorğu nömrəli Gömrük bayannaməsi ilə bəyan edilmiş idxalatçı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl mallara dair qısa idxal bayannaməsi verilməmişdir. İş üzrə “Gömrük Xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinə xx xxxxxx 2019-cu il tarixli **********5262 sorğu nömrəli Gömrük bayannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər 97E17710 nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 12:57-də Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, yükə dair **********6594 sorğu nömrəli qısa idxal bayannaməsi xx xxxxxx 2019-cu il tarixdə saat 11:53-də tərtib edilərək xx.xx.2019-cu il tarixdə saat 13:28də gömrük elektron formada verilmişdir. Bununla da Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və X3 Şöbəsinin təhqiqatçısı X2 protokolun dəlillərinə uyğun çıxış edərək hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 00100-1719/19 nömrəli xx xxxxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC xx xxxxxx 2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsində **********5262 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmişləşdirilmiş İran İslam Respublikasından 97E17710 nömrə nişanlı nəqliyyat vasitəsi ilə göndərilmiş “biber” yükünü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, **********6594 sorğu nömrəli qısa idxal bəyannaməsini mallar xx xxxxxx 2019‑cu il tarixdə saat 12:57-də Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirlikdən sonra, xx xxxxxx 2019-cu il tarixdə saat 13:28-də gömrük orqanına elektron formada verərək həmin malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl elektron formada qısa idxal bayannaməsini verərək həmin malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsini verməmişdir. Xocasən gömrük postunun rəisi Mirələsgər Seyidəliyev tərəfindən verilmiş raportdan görünür ki, Şəxs MMC-nin ( VÖEN:**********) ünvanına İran İslam Respublikasından 97E17710 nömrəli avtomaşınla daxil olmuş və **********5262 saylı GB-si ilə bəyan olunmuş yük üçün qısa idaxl bəyannaməsi tərtib olunmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsində **********5262 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmişləşdirilmiş İran İslam Respublikasından 97E17710 nömrə nişanlı nəqliyyat vasitəsi ilə göndərilmiş “biber” yükünü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, **********6594 sorğu nömrəli qısa idxal bəyannaməsini mallar xx xxxxxx 2019‑cu il tarixdə saat 12:57-də Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirlikdən sonra, xx xxxxxx 2019-cu il tarixdə saat 13:28-də gömrük orqanına elektron formada verərək həmin malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl elektron formada qısa idxal bayannaməsini verərək həmin malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsini verməmişdir. “Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında” xx xxxxxxxx 2019cu il tarixli protokoldan görünür ki Şəxs MMC-nin nümayəndəsi X5 verilən suala cavab olaraq, Şəxs MMC 97E17710 nömrəli avtomaşınla “bibər” (rəngli) idxal etmişdir. Həmin yükü xx.xx.2019-cu il tarixli **********5262 nömrəli bəyannamə ilə rəsmiləşdirmişik. Yükə aid **********6594 nömrəli qısa idxal bəyannaməsini həmin gün gömrük orqanına vermişik. **********6594 nömrəli qısa idxal bəyannaməsi səhər saatlarında tərtib ediləsədə ödənişi gec həyata keçirilmişdi. Həmin mallara dair qısa idxal bəyannaməsini gömrük sərhədindən keçdikdən sonra ödəniş edərək, təsdiqləyərək göndərilib. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar