Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1647/2020 10.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Dövlət X8 etibarnamə üzrə nümayəndəsi X2, şikayətçi X3 iştirakları ilə, X6 Abas oğlu tərəfindən Azərbaycan Respublikası Bakı şəhər Dövlət X8 TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Yuxarıda qeyd edilən şikayət məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında X6 Abas oğlu şikayətə baxılmasını tələb etmədiyini, şikayətin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Dövlət X8 nümayəndəsi X4 şikayətin geri qaytarılmasına etiraz etmədi. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə İXM-ə əsasən qərardan şikayətə baxılması həmin qərardan şikayət verən tərəfin iradəsində asılıdır. Bu səbəbdən də şikayətçi şikayətinin geri qaytarılmasını tələb etdiyindən şikayətə baxılmayaraq geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: Şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qəbul edilmiş qərar şikayət vermiş şəxsə və qərarında şikayət verilən orqana göndərilsin. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1647/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1647/2020
10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver