Məhkəmə qərarları › İş №3(004)-1649/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1649/2022

14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1649/2022 14.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlu, X1 Bakı Nəqliyyat Agentıiyinin xx.xx.2021-ci il tarixli, BNA ******* saylı və xx.xx.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentıiyinin xx.xx.2021-ci il tarixli, BNA ******* saylı və xx.xx.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə X2 şikayəti təmin edilməmiş və Bakı Nəqliyyat Agentıiyinin xx.xx.2021-ci il tarixli, BNA ******* saylı və xx.xx.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarları dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından narazı qalan X2 apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və ilkin iddia tələbinə uyğun olaraq yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı və xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya mərhələsinə, şikayətə baxmağa hazırlıq mərhələsinə göndərilmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş materialları nəzərdə keçirib, hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İş materiallarından müəyyən edilir ki, iki müxtəlif vaxtlarda törədilmiş inzibati xətalara görə X1 barəsində ayrı-ayrı inzibati xəta haqqında protokollar tərtib edilmiş və həmin protokollar əsasında ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, fərqli vaxtlarda törədilmiş iki müxtəlif inzibati xətaya görə X1 barəsində tərtib edilmiş protokollar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayətə bir icraatda baxıla bilməz. Belə ki, şəxs barəsində hər bir inzibati xətaya görə ayrıca inzibati xəta haqqında protokol tərtib edilərək ayrıca inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmiş, yəni ayrı-ayrı inzibati xəta haqqında icraat başlanılmış və aparılmışdır. Belə olan halda isə hər icraat üzrə qəbul edilmiş qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə ayrı-ayrılıqda şikayət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müxtəlif vaxtlarda törədilmiş inzibati xətalara görə X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayətinə bir icraatda baxılması qeyri-mümkün olduğundan şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentıiyinin xx.xx.2021-ci il tarixli, BNA ******* saylı və xx.xx.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayəti geri qaytarılsın. Hakim: Murad Məmmədov İş № 3(004)-1649/2022 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə PROTOKOL xx.xx.2022-ci il Bakı şəhəri Hakim Məmmədov Murad Akif oğlu, X1 Bakı Nəqliyyat Agentıiyinin xx.xx.2021-ci il tarixli, BNA ******* saylı və xx.xx.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayətinə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar