Məhkəmə qərarları › İş №3(004)-165/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-165/2022

07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-165/2022 07.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-dən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 333.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxılmağa hazırlanması zamanı, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ Yol patrul Xidməti inspektoru polis mayoru X1 tərəfindən Şəxs barəsində onun 08.11.2021-ci il tarixdə saat 09:00 da Bakı şəhəri S.Salayev kücəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 333.3-cü maddələri ilə tərtib edilmiş 08.11.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2949/2022 nömrəli 16 noyabr 2022-ci il tarixli qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1, 332.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 08.11.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-nə geri qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ Yol patrul Xidməti inspektoru polis mayoru X1 tərəfindən Şəxs barəsində onun 08.11.2021-ci il tarixdə saat 09:00 da Bakı şəhəri S.Salayev kücəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində törətdiyi inzibati xətaya görə yenidən 11.12.2021-ci il tarıxli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə inzibati xəta törədildiyi qeyd edilməklə həmin protokol əsasında Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ Yol patrul Xidməti inspektoru polis mayoru X1 tərəfindən 21.12.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilərək Şəxs 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1, 332.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər BPİ DYPİ Yol patrul Xidmətinin 21.12.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs 08.11.2021-ci il tarixdə saat 09:00 da Bakı şəhəri S.Salayev kücəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Şəxs barəsində Yasamal rayon Məhkəməsinə daxil olmuş inzibati xətaya dair sənədlərdən görünür ki, şəxsin 08.11.2021-ci il tarixdə saat 09:00 da Bakı şəhəri S.Salayev kücəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində törətmiş olduğu istinad edilən inzibati xətalar Bakı şəhər BPİ DYPİ Yol patrul Xidməti tərəfindən ilkin olaraq AR İXM-nin 327.1, 332.1 və 333.3-cü maddələri ilə protokol tərtib edilməklə rəsmiləşdirilmiş, sonradan məhkəmə tərəfindən həmin sənədlər protokol tərtib etmiş orqana qaytarıldıqdan sonra (Yasamal Rayon Məhkəməsinin 3(004)-2949/2022 nömrəli 16 noyabr 2022-ci il tarixli qərardadı ilə) törədilmiş həmin inzibati xətaya dair yeni inzibati protokol tərtib edilməklə şəxsin AR İXM-nin 327.1 və 332.1-ci maddələrilə nəzərdə tutulmuş inzibati xətanın tərədildiyi müəyyən edilmiş və onun barəsində 21.12.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə Şəxs 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunculuq prinsipini özündə əks etdirən 6-cı maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddələri və sairələr göstərilir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206– 208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445- 1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 08.11.2021-ci il tarixdə saat 09:00 da Bakı şəhəri S.Salayev kücəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində törətmiş olduğu inzibati xətaya görə onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 və 332.1 cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 11.12.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edildiyindən (yəni protokol tərtib etmiş orqan Şəxs yalnız həmin inzibati xətaların törətdiyini müəyyən etdiyindən) və həmin protokol əsasında qanuni qüvvəsini almış 21.12.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar mövcud olduğundan həmin şəxs barəsində eyni inzibati xətaya dair sənədlər əsasında inzibati işə baxmaq qeyri mümkündür və ona görə də məhkəmə hesab edir ki, inzibati xətaya dair sənədlər Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-nə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1, 332.1 və 333.3-cü maddələri ilə və 327.1 və 332.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 08.11.2021-ci il tarixli, İXP ******* saylı və 11.12.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokollar və 21.12.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-nə geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar