Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1654/2022 08.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 20.12.2021-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, BNA-nin Bakı şəhərində quraşdırdığı kameralar vasitəsi ilə ona məxsus olan “Chevrolet Aveo” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dayanma və durma qaydasını pozduğuna görə (Bakı şəhəri A.M.Şərifzadə küç. BNA ******* 20.12.2021-ci il və Bakı şəhəri Yasamal r-n A.M.Şərifzadə küç. Ə. Əhmədov küç. BNA ******* 01.06.2021-ci il) tarixlərində elektron protokol tərtib olunmuşdur. Bu da, öz növbəsində inzibatı xətalar məcəlləsinin mad. 122.1, 124.5 və 124.6-cı maddələrinin tələblərini kobud şəkildə pozmuş olurlar. Həmin maddələrə əsasən dayanma durma qaydasını pozan sürücülər BNA və DYP əməkdaşları tərəfirdən bort kompüter vasitəsi ilə maşının yanında foto və video çəkmə hüququna malikdirlər. Onu da qeyd etmişdir ki, BNA-nın elektron qaydada protokol yazması Qanunla tənzimlənməyib. Elektron protokol BNA-inin çəkdiyi protokol hesab oluna bilməz, çünki həmin protokol BNA-nın əməkdaşları tərəfindən monitor arxasından şəhərdə quraşdırılmış kameralar vasitəsi ilə çəkilir. Belə olan təqrirdə elektron protokol sayılmır. Xüsusi quraşdırılmış kameraları əməkdaş idarə etdikdə qaydanı pozan sürücünün maşında olub-olmamasını görmək mümkün olmur. Bəlkə sürücü özünü pis hiss edib və yaxud maşında nasazlıq əmələ gəldiyi üçün məcburən dayanma durma qadağan olunmuş yerdə dayanmışdır. Qeyd olunan maddələrə əsasən əməkdaş maşına yaxınlaşmalı öndən arxadan və maşının salonun hətta dayanma durma işarəsi düşmək şərtilə foto və ya video çəkməli, sonra yazılmış elektron protokolu (yuxarıda qeyd etdiyi maddələrə əsasən) mərkəzi sistemə göndərməli protokol dərhal çap olumalı və avtomobilin ön şüşəsinə qoyulmalıdır. Mad.122.2. Onu da qeyd etmişdir ki, yuxarıda qeyd olunan protokolların heç birinin fotosunda dayanma durma işarəsi çəkilməmişdir. Onu da qeyd etmişdir ki, iş üçün mühüm əhəmiyyət kəsb edən inzibati xəta haqqında BNA tərəfindən (Bakı şəhəri A.M.Şərifzadə küç. BNA ******* 20.12.2021-ci il və Bakı şəhəri Yasamal r-n A.M. Şərifzadə küç. - Ə.Əhmədov küç. BNA ******* 01.06.2021-ci il tərtib olunan elektron protokolların eləcə də protokol əsasında tərtib edilmiş qərarların əsli və ya təsdiq olunmuş surəti BNA tərəfindən ona təqdim edilmədiyi üçün bizə təqdim edə bilməyəcək. Çünki tərtib olunmuş protokollar SMS radar proqramı vasitəsi ilə şəxsi kabinetdə öz əksini tapır. Bu günə qədərdə bu cür ödənilmiş protokollar BNA tərəfindən sürücüyə şəxsən deyil, kamera vasitəsi ilə yazılıb və SMS radar proqramında şəxsi kabinetə öz əksini tapıb. Bu barədə BNA-ə yazılı müraciət etmişdir. Amma qeyd etdiyi protokollar ləğv olunmadı. Göstərilənlərə əsasən qanun çərçivəsində BNA tərəfindən kamera vasitəsi ilə əməkdaş tərəfindən çəkilmiş **-KF-*** qeydiyyat nömrə nişanlı avtomobilə yazılmış protokolların ləğv olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X6 məhkəmə iclasında bildirdi ki, Bakı Nəqliyyat Agentliyinin qərarı qanunidir. X3 yaxınlığında dayanma durma qadağan işarəsinin altında saxlamışdır, bu səbəbdən də cərimələnmişdir. Həmçinin Agentlik tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 122-ci maddəsi əsasında deyil, məhz 124.5-ci və 124.6-cı maddələri üzrə aparılır. Qeyd edilən maddələr üzrə icraatın aparılmasının təmini ilə bağlı tərəfimizdən paytaxtın müxtəlif ərazilərində kameralar quraşdırılmış və Agentliyin əməkdaşları tərəfindən kameralar vasitəsi ilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir və bu Məcəllənin 124-cü maddəsinin tələbləri ilə birbaşa uzlaşır. İcraatın bu qaydada aparılması İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanına da uyğundur. İXM-nin 122.1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Yəni 122.1-ci maddə İXM-in digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəyin ki 122.1-ci maddə göstərilən İXM-in xüsusi hissəsinin maddələri üzrə hətta digər maddələr üzrə də inzibati xəta hadisələri aşkar edilərək, inzibati iş üzrə icraata başlanıla bilir. BNA-nın hazırkı qaydada icraat aparılması və inzibati tənbeh verilməsinə dair Bakı Apellyasiya Məhkəməsi tərəfindən də təsdiq edilmiş çoxsaylı qərarları mövcuddur. BNA-nın belə bir səlahiyyətinin olmamasına dair birinci instansiya məhkəməsi qərarlarından verilmiş şikayətlər Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmişdir və BNA-nın bu cür səlahiyyətinin olması Bakı Apellyasiya Məhkəməsinin qərarlarında da öz təsdiqini tapmışdır. Beləliklə şikayət əsassızdır və təmin edilməməlidir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 20.12.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X7 20 dekabr 2021-ci il tarixdə saat 15:21 radələrində “Chevrolet Aveo minik” markalı, **-KF- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, İnşaatçılar m-st yanında dayanma və durma qaydalarını pozduğu üçün İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbu ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərara və qərara əlavə edilmiş BNA-nın kameralarında qeydə alınmış inzibati xətanın törədildiyi yerdən çəkilmiş fotoşəkillərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Şikayətçi şikayətində onun barəsində qəbul edilmiş qərar üzrə İXM-nin tələbləri pozulmaqla icraat aparıldığını, həmin icraat qaydasında onun barəsində inzibati tənbehvermə qərarı çıxarılmasının şikayətində göstərilən İXM-nin tələblərinə zidd olduğunu qeyd etsə də, səlahiyyətli orqanın həmin işə baxmaq səlahiyyəti olmuşdur, buna görə də məhkəmə hesab edir ki, şikayətin bu hissəsi əsassızdır. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 20.12.2021-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1654/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1654/2022
08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver