Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1671/2022 29.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1971-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Laçın rayonu Qazıdərə kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri Yaşıldərə yaşayış massivində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 29.03.2022-ci il tarixdə saat təxminən 09:15 radələrində Yasamal rayonu, “20 Yanvar” ərazisində “Opel” markalı, **-KL-*** dövlət nömrə nişanlı avtomobillə İXM-nin 327.2-ci maddəsinin tələbinin pozaraq işıqforun qadağanedici işığında hərəkətini davam etdirdiyi üçün DYP əməkdaşları onu saxlamışlar. Yoxlama zamanı həmin avtomobilin cərimə borcları, avtomobilin üzərində “həbs” olduğu aşkarlanmış və sürücüyə 1000 manata yaxın cərimə borcu olması barədə məlumat verilmiş, əks təqdirdə avtomobilin siqnal idarəsinin duracağına yerləşdiriləcəyi bildirilmişdir. Lakin sürücü qərəzli şəkildə nə ödəniş edəcəyini, nə də polis əməkdaşlarının qanuni tələblərinə tabe olacağını bildirmiş, avtomobilin duracağa aparılmasına maneə törətmiş, tabesizlik göstərmişdir. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi tərəfindən 29.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, 29.03.2022-ci il tarixdə saat təxminən 09:15 radələrində Yasamal rayonu, “20 Yanvar” ərazisində “Opel” markalı, **-KL- *** dövlət nömrə nişanlı avtomobillə İXM-nin 327.2-ci maddəsinin tələbinin pozaraq işıqforun qadağanedici işığında hərəkətini davam etdirdiyi üçün DYP əməkdaşları onu saxlamışlar. Yoxlama zamanı həmin avtomobilin cərimə borcları, avtomobilin üzərində “həbs” olduğunu aşkarladılar və sürücüyə 1000 manata yaxın cərimə olması barədə məlumat verdilər. Əks təqdirdə avtomobilin siqnal idarəsinin duracağına yerləşdiriləcəyini bildirdilər. Sürücü isə qərəzli şəkildə nə ödəniş edəcəyini, nə də polis əməkdaşlarının qanuni tələblərinə tabe olacağını bildirmiş, avtomobilin duracağa aparılmasına maneə törətmiş, tabesizlik göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BŞDYPİ-nin YPX Alayının inspektoru X2 bildirdi ki, Şəxs 29.03.2022-ci il tarixdə saat təxminən 09:15 radələrində Yasamal rayonu, “20 Yanvar” ərazisində “Opel” markalı, **-KL-*** dövlət nömrə nişanlı avtomobillə İXM-nin 327.2-ci maddəsinin tələbinin pozaraq işıqforun qadağanedici işığında hərəkətini davam etdirdiyi üçün DYP əməkdaşları onu saxlamışlar. Yoxlama zamanı həmin avtomobilin cərimə borcları, avtomobilin üzərində “həbs” olduğunu aşkarladılar və sürücüyə 1000 manata yaxın cərimə olması barədə məlumat verdilər. Əks təqdirdə avtomobilin siqnal idarəsinin duracağına yerləşdiriləcəyini bildirdilər. Sürücü isə qərəzli şəkildə nə ödəniş edəcəyini, nə də polis əməkdaşlarının qanuni tələblərinə tabe olacağını bildirmiş, avtomobilin duracağa aparılmasına maneə törətmiş, tabesizlik göstərmişdir. Sürücünün tabe olmadığını gördükdə, polis əməkdaşı PPX naryadını dəvət etdilər və onu Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gətirdilər. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin sahə inspektoru Sərxan Quliyev məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 29.03.2022-ci il tarixdə saat təxminən 09:15 radələrində Yasamal rayonu, “20 Yanvar” ərazisində “Opel” markalı, **-KL-*** dövlət nömrə nişanlı avtomobillə İXM-nin 327.2-ci maddəsinin tələbinin pozaraq işıqforun qadağanedici işığında hərəkətini davam etdirdiyi üçün DYP əməkdaşları onu saxlamışlar. Yoxlama zamanı həmin avtomobilin cərimə borcları, avtomobilin üzərində “həbs” olduğunu aşkarladılar və sürücüyə 1000 manata yaxın cərimə olması barədə məlumat verdilər. Əks təqdirdə avtomobilin siqnal idarəsinin duracağına yerləşdiriləcəyini bildirdilər. Sürücü isə qərəzli şəkildə nə ödəniş edəcəyini, nə də polis əməkdaşlarının qanuni tələblərinə tabe olacağını bildirmiş, avtomobilin duracağa aparılmasına maneə törətmiş, tabesizlik göstərmişdir. Sürücünün tabe olmadığını gördükdə, polis əməkdaşları onu Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gətirdilər. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinəaid edilmişdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının digər hüquqları ilə yanaşı, hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın 13.13-cü bəndinə əsasən qanun pozuntusunun sənədləşdirilməsi zamanı hərəkət iştirakçısı YPX inspektorunun qanuni tələbini icra etməkdən imtina etdikdə, habelə əsassız iddialar və tələblər irəli sürməklə konfliktli vəziyyət yaratdıqda rəhbər vəzifəli əməkdaşın hadisə yerinə dəvət olunması məqsədi ilə YPX inspektoru növbətçi hissəyə və birbaşa rəisinə məlumat verir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan YPX inspektorları Xəyyam Kəngərli və Natiq Səmədov tərəfindən tərtib edilmiş 29.03.2022-ci il tarixli Raportla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı 29.03.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 10:30 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 gün (on gün) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 29.03.2022-ci il tarixindən, saat 09:15 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1671/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1671/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver