Məhkəmə qərarları › İş №3(004)-1676/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1676/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1676/2020 21.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsisinin nümayəndəsi X2 iştrakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 14000-1561/20 nömrəli xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC xx xxxx 2020-ci il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********8721, **********8747, **********8762, **********8772, **********8782, **********8802, **********8811, **********8833, **********8848, **********8850, **********8868, **********8875, **********884, **********8898, **********8909, **********8913, **********8921, **********8924, **********8936, **********944, **********952, **********8962, **********8972 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən Çində yerləşən “X7., LTD” şirkətindən ünvanına 94330396 nömrəli vaqonla, 2 ədəd WWWU9712547 və MEDU4982716 nömrəli konteynerləri gələn motosikletləri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bayannaməsi verməli olduğu halda, xx xxxx 2020-ci il tarixdə “Böyük Kəsik” gömrük postundan keçirilməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş həmin motosikletlərə dair gömrük orqanına elektron formada qısa idxal bayannaməsi verilməmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı xx xxx 2016-cı il tarixli fərmanın 2.2-ci bəndinə əsasən qısa idxal bayannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Belə ki, Gömrük Əməliliyyatları İdarəsindəndaxil olmuş 34/012/006994 nömrəli xx.xx.2020-ci il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, Şəxs MMC-nin ünvanına 94330396 nömrəli vaqonla, 2 ədəd WWWU9712547 və MEDU4982716 nömrəli konteynerlərlə gələn **********8721, **********8747, **********8762, **********8772, **********8782, **********8802, **********8811, **********8833, **********8848, **********8850, **********8868, **********8875, **********884, **********8898, **********8909, **********8913, **********8921, **********8924, **********8936, **********944, **********952, **********8962, **********8972 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş, idxalatçı tərəfindən qısa idxal bayannaməsi tərtib edilmədiyi üçün **********8721, **********8747, **********8762, **********8772, **********8782, **********8802, **********8811, **********8833, **********8848, **********8850, **********8868, **********8875, **********884, **********8898, **********8909, **********8913, **********8921, **********8924, **********8936, **********944, **********952, **********8962, **********8972 sorğu nömrəli gömrük bəyannamələrinin 40-cı qrafasında da qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasi resursundan “dəmiryolu nəqliyyatı” barədə çıxarışından görünür ki, Şəxs MMC-nin ünvanına 94330396 nömrəli vaqonla, 2 ədəd WWWU9712547 və MEDU4982716 nömrəli konteynerlərlə gələn motosikletlər “Böyük Kəsik” gömrük postunu xx.xx.2020-ci il tarixdə keçmişdir. Bununla da Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və X4 Şöbəsinin təhqiqatçısı X3 protokolun dəlillərinə uyğun çıxış edərək hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14000-1561/20 nömrəli xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC xx xxxx 2020-ci il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********8721, **********8747, **********8762, **********8772, **********8782, **********8802, **********8811, **********8833, **********8848, **********8850, **********8868, **********8875, **********884, **********8898, **********8909, **********8913, **********8921, **********8924, **********8936, **********944, **********952, **********8962, **********8972 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən Çində yerləşən “X6, LTD” şirkətindən ünvanına 94330396 nömrəli vaqonla, 2 ədəd WWWU9712547 və MEDU4982716 nömrəli konteynerləri gələn motosikletləri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bayannaməsi verməli olduğu halda, xx xxxx 2020-ci il tarixdə “Böyük Kəsik” gömrük postundan keçirilməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş həmin motosikletlərə dair gömrük orqanına elektron formada qısa idxal bayannaməsi verilməmişdir. Gömrük Əməliyyatları İdarəsinin rəisi Toğrul Həbibbəyli tərəfindən verilmiş raportdan görünür ki, Şəxs MMC-nin ünvanına 94330396 nömrəli vaqonla gələn 2 ədəd WWWU9712547 və MEDU4982716 nömrəli konteynerlərlə gələn motosikletlər üşün qısa idxal bəyannaməsi təqdim edilməmiş və bununla da Gğmrük Məcəlləsinin 113-cü maddəsinin tələblərini pozulmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına nəqliyyat vaitəsilə daxil olmuş yüklər xx xxxx 2020-ci il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********8721, **********8747, **********8762, **********8772, **********8782, **********8802, **********8811, **********8833, **********8848, **********8850, **********8868, **********8875, **********884, **********8898, **********8909, **********8913, **********8921, **********8924, **********8936, **********944, **********952, **********8962, **********8972 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən Çində yerləşən “X6, LTD” şirkətindən ünvanına 94330396 nömrəli vaqonla, 2 ədəd WWWU9712547 və MEDU4982716 nömrəli konteynerləri gələn motosikletləri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bayannaməsi verməli olduğu halda, xx xxxx 2020-ci il tarixdə “Böyük Kəsik” gömrük postundan keçirilməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş həmin motosikletlərə dair gömrük orqanına elektron formada qısa idxal bayannaməsi verilməmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar