Məhkəmə qərarları › İş №3(004)-1677/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1677/2020

05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1677/2020 05.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X5 iclas katibliyi ilə, Şikayətçi X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X8 İXP ******* saylı, xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş qərarının ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, o, koronavirus pandemiyası ilə bağlı xüsusi rejim dövründə fəaliyyətinə icazə verilən təşkilatda işləyən əməkdaş üçün qeydiyyatda olduğu yaşayış yerini tərk etməsi üçün icazəni xx.xx.2020-xx.xx.2020-ci il tarixinə almışdır. xx.xx.2020-ci il tarixində yoxlama postunda YPX inspektoru polis serjantı Abbasov A.S. tərəfindən yoxlama zamanı aşkar oldu ki, icazəsi ona xəbərdarlıq verilmədən dayandırılıb. İnspektor protokolu tərtib etdi, o dərhal araşdırıb təkrarən icazəni təsdiqlənmiş şəkildə birdə təqdim etdikdə, inpektor bildirdi ki, artıq gecdi və protokol yazılıb, şikayət etsin ləğv etsinlər. Həmin gün xx.xx.2020-ci il tarixdə o, Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X7 zəng edib şikayət etdi ki, ona inzibati xəta haqqında protokol tərtib edilib, halbuki onun icazəsi var. Xidməti-X6 şəxsi məlumatları götürüldü və deyildi ki, 10 gün ərzində onun məsələsi araşdırılıb baxılacaq. xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X10 tərəfindən xx.xx.2020-ci il tarixli, № 016- 34543A-4220 saylı məktub gəldi ki, inzibati məsuliyyətə cəlb edilir və narazı olduğu təqdirdə məhkəmə orqanlarına müraciət etmək hüququ var. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X10 tərəfindən xx.xx.2020-ci il tarixində yenə bir məktub gəldi, məktub №9/YP 046-21305-1220, xx.xx.2020-ci il tarixindən, burda da bildirilir ki, karantin rejimini pozduğuna görə, inzibati xəta haqqında protokol tərtib olunmuşdur və bildirildi ki, həmin protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan narazı olduğu halda məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd etmişdir ki, onun icazəsi xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi verilmişdir, xx.xx.2020-ci il tarixində isə ona xəbərdarlıq verilmədən və onun xəbəri olmadığından bu icazə dayandırılmışdır. O, bunu biləndən sonra icazəsini dərhal bərpa elədi və təsdiqləndirdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X8 İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən X2 xx.xx.2020-ci il tarixdə saat 11:24 radələrində Bakı şəhəri Ş.Bədəlbəyli küçəsi ilə Bülbül prospektinin kəsişməsindəepidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına dair inzibati xəta törətmişdir. Şikayətçinin məhkəməyə təqdim etdiyi İcazələrin alınması və monitorinq sistemindən çıxarılmış arayışa əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Abşeron rayonu ərazisində hərəkətinə icazə verilmişdir. Lakin protokoldan görünür ki, o həmin tarixdə Bakı şəhəri ərazisində olmuşdur, onun Bakı şəhəri ərazisində hərəkətinnə icazə verilməsinə dair hər hansı bir sübut yoxdur. Şikayətçinin göstərdiyi şəraitdə onun hərəkətlərində təqsirli bilindiyi İXM-nin həmin maddəsinin tərkibi vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X8 İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş qərarındanverdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar