Məhkəmə qərarları › İş №3(004)-1680/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1680/2020

17.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1680/2020 17.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 Üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 Üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki,xx xxxx 2020-ci il tarixdə saat 14:45-də Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 18x ünvanında fəaliyyət göstərən Şəxs mağazası epidemiya əleyhinə rejimin qaydalarının pozulması faktı aşkar edilmişdir. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə qadağan edilmiş fəaliyyət sahəsinə aid olduğu lakin fəaliyyət göstərməsi müəyyən edilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejiminin pozulmasına görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol düzgün tərtib edilməmiş vəona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də protokol və ona əlavə edilmiş material aşağıda qeyd edilən əsaslara görə geri qaytarılmalıdır. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə görə ölkə ərazisində elan edilmiş epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə məsuliyyət müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 nömrəli Qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi qaydaları müəyyən edilmiş, insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyətə müəyyən məhdudiyyətlər qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli Qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər müəyyən edilmişdir, ona xx xxxx 2020-ci il tarixli 236 nömrəli Qərarla edilmiş dəyişikliklərə əsasən sərtləşdirilmiş xüsusi karantin rejimi qaydaları xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Həmin qərarın 1-ci bəndinə əsasən Yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilmişdir: 1.1. Aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılsın: 1.1.1. nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti; 1.1.2. ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər; 1.1.3. muzey və sərgi zallarının fəaliyyəti; 1.1.4. bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət); 1.1.5. təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla); 1.1.6. açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əlavəyə görə fəaliyyətinə icazə verilən sahələr kimi aşağıdakılar qeyd edilmişdir:

1. Səhiyyə və sosial sahə üzrə: 1.1. elmi tədqiqat və laborator xidmətləri; 1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər; 1.3. baytarlıq xidmətləri; 1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı; 1.5. sosial xidmətlər; 1.6. sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti. 2. İnfrastruktur sahəsi üzrə: 2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması); 2.2. elektrik enerjisinin istehsalı və təchizatı; 2.3. su təsərrüfatı və meliorasiya; 2.4. telekommunikasiya və rabitə xidmətləri. 3. Nəqliyyat və logistika sahəsi üzrə: 3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları; 3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri; 3.3. logistika xidmətləri; 3.4. ictimai nəqliyyat və taksi xidmətləri. 4. Əsas istehsalat növləri: 4.1. müdafiə sənayesi məhsullarının istehsalı; 4.2. neft avadanlıqları və qurğularının istehsalı; 4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı; 4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı; 4.5. kimyəvi məhsulların istehsalı; 4.6. kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti; 4.7. əkinçilik, növbəli suvarma, bitki mühafizə xidməti və məhsul yığımı; 7 4.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı; 4.9. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi; 4.10. metallurgiya sənayesi üzrə fəaliyyət; 4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; 4.12. mühəndislik və layihələndirmə xidmətləri; 4.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri; 4.14. qablaşdırma məhsullarının istehsalı; 4.15. daş, metal və taxta məhsullarının istehsalı; 4.16. mebel istehsalı və təmiri; 4.17. diri heyvanların kəsimi. 5. Pərakəndə və topdan satış üzrə: 5.1. ərzaq məhsullarının satış məntəqələri; 5.2. apteklər; 5.3. yanacaqdoldurma məntəqələri; 5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri; 5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; 5.6. onlayn satışlar. 6. Məişət xidmətləri üzrə: 6.1. məişət tullantılarının yığılması və utilizasiyası; 6.2. kimyəvi təmizləmə; 6.3. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; 6.4. avtomobillərin təmiri; 6.5. avtomobil yuyulma məntəqələri; 6.6. heyvan sığınacaqları. 7. Kütləvi informasiya vasitələri. 8. Maliyyə təşkilatları üzrə: 8.1. banklar və bank olmayan kredit təşkilatları, lombardlar; 8.2. investisiya şirkətləri, fond birjaları; 8.3. sığorta təşkilatları; 8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar. 9. Xüsusi xidmət növləri üzrə: 9.1. çatdırılma xidmətləri; 9.2. tərcümə xidmətləri; 9.3. poçt xidmətləri; 9.4. dezinfeksiya xidmətləri. 10. Vəkillik fəaliyyəti. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6-cı bəndinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi adından Məcəllənin 211-ci maddəsi ilə (sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinlərinin baxmaq səlahiyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın Qeyd hissəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda nəzərdə tutulan vəzifəli şəxslər inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Azərbaycan Respublikası İXM-nin 99.2-ci maddəsinə görə isə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb olan məlumatlara iş üzrə icraat başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx xxxx 2020-ci il tarixli əmri ilə təsdiq edilmiş “Sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsinə dair Metodik Təlimat”ın yekun müddəalarından, yəni 3.1-ci bəndinə görə inzibati hüquq pozuntusunun aşkar edilərək rəsmiləşdirilməsi və bununla bağlı digər X2 Məcəlləsi və ona uyğun olaraq qəbul edilmiş aidiyyəti normativ hüquqi aktlar ilə müəyyən edilir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlər üzrə sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıya əsasən həmin işlərə baxmaq səlahiyyəti müəyyən edilmiş vəzifəli şəxslər (Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rayon vergilər şöbələrinin rəisləri və onların müavinləri) İXM-nin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olduğu qənaətinə gəldikdə hüquqi şəxs barəsində protokol tərtib edərək baxılmaq üçün məhkəməyə göndərilməlidir. Hazırki işin hallarından isə görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 Üzrə Baş İdarəsinin tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol idarənin buna səlahiyyəti olmayan əməkdaşı, yəni idarənin dövlət vergi müfəttişi X3 tərəfindən tərtib edilmişdir. Belə ki, həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli Yuxarıda göstərilənlər nəzərə alınaraq məhkəmə hesab edir ki, həmin hallar məhkəmənin hazırlıq mərhələsində aradan qaldırılmadan işə məhkəmədə baxılması mümkün deyildir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 Üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol onu tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 Üzrə Baş İdarəsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ :

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş material Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 Üzrə Baş İdarəsinə geri qaytarılsın.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar