Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1680/2025 10.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında protokol üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qərarn ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 16:48-də özünə məxsus **-XR-*** dövlət qeydiyyat nömrə nişanlı BMW 328i markalı avtomobilini Bakı şəhər DYPİ-nin ypx inspektoru polis serjantı Rza-zadə Təbriz Şahin oğlu saxlayaraq duman əleyhinə olan işıqların olmamasına görə ona protokol tərtib etmədən avtomobili qanunsuz olaraq duracağa yerləşdirmişdir. Xətanın törədildiyi tarix xx.xx.2025-ci il tarix olsa da protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Həmin faktı avtonəqliyyat vasitəsinin saxlanılma qəbulu barədə akt da təsdiq edir. Belə ki, avtomobili xx.xx.2025-ci il tarixdə duracağa qoyulmuş, lakin onun avtomobili duracaqda olduğu müddətdə xx.xx.2025-ci il tarixdə barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətinə uyğun izahat verərək, Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 tərəfindən xx.xx.2025-ci il tarixdə 16:48 radələrində Yasamal rayonu ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan “avtonəqliyyat saxlanılma qəbulu barədə” xx.xx.2025-ci il tarixli aktdan görünür ki, **-XR-*** dövlət qeydiyyat nömrə nişanlı BMW 328i markalı avtomobil xx.xx.2025-ci il tarixdə saat 17:00-da öz hərəkəti ilə duracağa təmin edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, T.İsmayılov tərəfindən mübahisələndirilən xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarda İXM-nin 342.2.-ci maddəsinin bütün dispozitiv şərtləri əks etdirilmişdir, yəni həmin qərardan məlum deyildir ki, inzibati məsuliyyətə cəlb edilmiş şəxs normativ tələbləri pozmaqla avadanlıq quraşdırmasına və ya normativ tələbləri pozmaqla avadanlığın dəyişdirilməsinə görə məsuliyyətə cəlb edilmişdir. Digər tərəfdən iş materialları ilə müəyyən edilmişdir ki, hadisə xx.xx.2025-ci il tarixində baş vermiş və **-XR-*** dövlət qeydiyyat nömrə nişanlı BMW 328i markalı avtomobil həmin tarixdə duracağa təmin edilmişdir. Halbuki xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarda qeyd edilmişdir ki, hadisə xx.xx.2025-ci il tarixdə baş vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, avtomobil duracaqda olduğu halda onun hər hansı xəta törətməsi halı mövcud ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, bu hal özlüyündə inzibati xəta hadisəsinin baş verməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırılması zamanı X2 tərəfindən nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi öz təsdiqini tapmamışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda və həmin protokol əsasında qəbul edilmiş qərarda X2 tərəfindən nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla hansı avadanlığın quraşdırılması və ya hansı əhəmiyyətli parçasının dəyişdirilməsi barədə heç bir əsaslandırma mövcud deyildir. Bundan başqa inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib edilsə də, iş materiallarında olan “avtonəqliyyat saxlanılma qəbulu barədə” xx.xx.2025-ci il tarixli aktdan görünür ki, **-XR-*** dövlət qeydiyyat nömrə nişanlı BMW 328i markalı avtomobil xx.xx.2025-ci il tarixdə saat 17:00-da öz hərəkəti ilə duracağa təmin edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən qeyd edilən avtomobil duracaqda olmuşdur. Bununla da inzibati xəta hadisəsinin protokolda qeyd edilən tarixdə baş verməsi istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 oglunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X3 oglu barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1680/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1680/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver