Məhkəmə qərarları › İş №3(004)-1681/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1681/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1681/2024 29.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, X3 tərəfindən Azərbaycan Respublikası DİN Yasamal RPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, MÜƏYYƏN ETDİ : X3 xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası DİN Yasamal RPİ DYPŞ tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, X3 tərəfindən verilmiş şikayətin məzmundan müəyyən edilir ki, şikayət ərizəsi xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmişdir. Lakin şikayətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, həmin qərar X4 barəsində qəbul edilmişdir. Göründüyü kimi, hazırda qərardan şikayət verən şəxs barəsində tənbeh vermə haqqında qərar qəbul edilən şəxs deyildir. Dolayısı ilə şikayət verən şəxsin qeyd olunan qərarı mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilir ki, şikayətçi qismində proses iştirakçısı olaraq X4 qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, qeyd olunan anlaşılmazlıq məhkəmə hazırlıq iclası zamanı aradan qaldırılması mümkün deyildir. Həmçinin qərardan müəyyən edilir ki, onu qəbul etmiş səlahiyyətli vəzifəli şəxs DİN Yasamal RPİ DYPŞ-nin deyil, X8 Xidmətinin inspektoru vəzifəsində işləyir. Bundan başqa, iş materiallarına qərarın rəsmi qaydada nə vaxt təqdim edilməsi, qərardan qanunla müəyyən edilmiş 20 günlük prosessual müddətin ötürülübötürülməməsinə dair sübut əlavə edilməmişdir. Bundan başqa iş materiallarından və şikayətin məzmunundan görünür ki, X4 Azərbaycan Respublikası DİN YRPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında elektron qərarı ilə işıq cihazlarından istifadə qaydalarını pozmağa və nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edilməsinə görə İXM-nin 329.3 və 332.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 40 manat cərimə edilmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq, yəni inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Hazırkı şikayət və ona əlavə edilmiş sənədlərdən görünür ki, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. X1 tərəfindən şikayət 28 mart 2024-cü il tarixdə, yəni Azərbaycan Respublikası DİN Yasamal RPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra verilmişdir. Qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatət, eləcə də qərarın ona nə vaxt rəsmi qaydada təqdim edilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X7 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlər əsasında inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, şikayət baxılmadan geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, eyni zamanda barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlə inzibati xətanın törədildiyi yer və ya vəsatəti əsasında yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 109 və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN Yasamal RPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Qərardaddın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət vermək və ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlə müraciət etmək hüququnun olması şikayətçiyə izah edilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar