Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1684/2024 29.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 428.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş protokolu və ona əlavə olunmuş sənədləri işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 428.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 20 fevral 2024cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş protokoldan görünür ki, "xxxx" MMC tərəfindən mülkiyyətində olan “Mercedes” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində yerləşdirilmiş reklamın məzmunu ilə icazə sənədinə əsasən məzmunun uyğun olmaması müəyyən edilmişdir. Bununla da, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və nəqliyyat vasitələrində reklam yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitəsində reklam yayılmasına görə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 428.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş materialı araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan vergi ödəyicilərinin məlumatlarına dair elektron çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1dir ki, "xxxx" MMC barəsində İXM-nin 428.5-ci maddəsilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılmağa hazırlanması zamanı əgər həmin məsələyə baxılması hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 20 fevral 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1684/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1684/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver