Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1686/2022 31.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılzadə Turan Tahir qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis bölməsinin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Lənkəran rayonu, Şiləvar ərazi dairəsi, Şiləvar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Yasamal rayonu, Lənkəran rayonu, Şiləvar ərazi dairəsi, Şiləvar kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 31 mart 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 31 mart 2022-ci il tarixdə Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru X5 protokolu müdafiə edərək bildirmişdir ki, 31 mart 2022-ci il tarixdə Şıxəli Qurbanov küçəsi, “Nizami Mall” ticarət mərkəzinin qarşısında olan dilənçilik edən yaşlı qadını oradan uzaqlaşdırmaq istədikdə Şəxs və X8 polisin qanuni fəaliyyətinə müdaxilə edərək qadınla işlərinin olmamasını bildirmişlər. Polis əməkdaşları Qismət Talıbova və Şəxs onların fəaliyyətinə müdaxilə etməməklərini bildirsələrdə həmin şəxslər polisin qanuni tələbinə tabe olmayaraq polis ilə mübahisə etməyə başlamışlar. Qanunvericiliyin tələbləri həmin şəxslərə izah edilsədə onlar öz qanunsuz davranışlarına davam etmişlər. Polis bölməsinə dəvət etdikdə bununla razılaşmayaraq getməkdən imtina etmiş, lakin polis əməkdaşları Qismət Talıbova və Şəxs 27-ci polis bölməsinə təmin etmişlər. Göstərilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildir ki, Şəxs polis bölməsində olan zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, 31 mart 2022-ci il tarixdə Şəxs ilə birlikdə Şıxəli Qurbanov küçəsi, “Nizami Mall” ticarət mərkəzinin qarşısında olduqları zaman bir nəfər yaşlı dilənçi qadının polislər tərəfindən zorla uzaqlaşdırılmaq istədiyini görmüşlər. Bu zaman onların üz mimikaları dəyişmiş və polisin bu hərəkəti onların qınağına səbəb olmuşdur. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşaraq kobud rəftar etməyə başlamışlar. Onlar polsin hər hansı qanuni tələbinə tabesizlik göstərməmiş lakin polis əməkdaşları tərəfindən 27-ci polis bölməsinə dəvət edilmişlər. Polisin bu tələbinədə tabe olaraq polis bölməsinə getmişlər. Yekun olaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, o, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, 31 mart 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, “Nizami Mall” ticarət mərkəzinin qarşısında xirməti vəzifələrinin icrası ilə əlaqədar olarkən, bir nəfər qadının dilənçilik etdiyini görüb həmin şəxsi oradan uzaqlaşdırmaq istəmişdirlər. Bu zaman Şəxs və X8 onlara yaxınlaşarq “həmin qadınla işiniz yoxdur, gedin başqa iş tapın” deyərək onların qanuni fəaliyyətinə müdaxilə etmişlər. Həmin şəxslərə qanunvericiliyin tələbləri izah edilsədə həmin şəxslər onlarla mübahisə etməyə başlamışlar. Bundan sonra Qismət Talıbov və Şəxs 27-ci polis bölməsinə dəvət edilmiş lakin onlar bundanda imtina edərək polisin qanuni tələbinə tabe olmamışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və X7 digər şahid X6 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini hər biri özünə aid hissədə təsdiq etmişlər. İş materiallarında olan: Yasamal RPİ-nin PPXB-nin polis nəfələri Kərimli Təbriz və Məmmədov Tofiq tərəfindən 27-ci polis bölməsinin rəhbərliyinə ünvanlanmış 31.03.2022-ci il tarixli raportdan görünür ki, 31.03.2022-ci il tarixdə təxminən saat 09:40 radələrində Şıxəli Qurbanov küçəsi, “Nizami Mall” un qarşısında dilənçiliklə məşğul olan yaşlı qadına yaxınlaşıb həmin şəxsi oradan uzaqlaşdırmaq istəyərkən 2 (iki) nəfər şəxs onlara yaxınlaşaraq aqressiv şəkildə bildirmişdilər ki, “O qadınla işiniz olmasın, o çox yaşlıdır, gedin özünüzə başqa iş tapın” və bu sözlərlə polisin qanuni fəaliyyətinə müdaxilə edib onlarla mübahisə etməyə başlamışlar. Onlar həmin şəxsləri işlərinə müdaxilə etməməsini izah etmələrinə baxmayaraq onlarla mübahisə etdiklərinə görə radio stansiya vasitəsilə yaxınlıqda olan 5853 çağırışlı 27-ci PB dəvət edib növbətçi hissəyə təhvil vermişdilər. 27-ci PB-də məlum olmuşdur ki, həmin şəxslər X8 və Şəxsdurlar. İnzibati qaydada tutma haqqında 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 10:20-də inzibati qaydada tutulmuşdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, X3 atası Şəxsdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən yol polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını özü etiraf etməsə də, şahid izahatları və məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 31.03.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, “Nizami Mall” ticarət mərkəzinin qarşısında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, evli olmaqla himayəsində bir azyaşlı övladının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Q.Ş.Talıbov İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1686/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1686/2022
31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver