Məhkəmə qərarları › İş №3(004)-1687/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1687/2020

01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1687/2020 01.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, X2 və onun müdafiəçisi X4, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X10 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında” qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini törətməkdə təqsirli bilinərək barəsində 4.500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, inzibati xəta törətmiş fiziki şəxs tərəfindən inzibati xəta törədildiyinə görə onun əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci madddəsinin tərkibi vardır və ona görə də həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada cərimə edilməklə cəzalandırılmalıdır. İnzibati tənbeh tətbiq etmiş vəzifəli şəxsin iş üzrə qərarı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır, hər hansı bir araşdırılma aparılmamış, işin faktiki halları qərarda şərh edilməmiş, araşdırmanın yeri və vaxtı barədə onlara lazımi qaydada məlumat verilməmiş, işə onların iştirakı olmadan baxılmışdır, vəzifəli şəxsin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. Qərar X14 tərəfindən təqdim edilmiş yazılı müqavilə və onun izahatı ilə əsaslandırılmışdır. Onun ərizəsi əsasında əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin baş əmək müfəttişi Anar Rzaquliyev tərəfindən xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən maddi hüquq normalarının tələblərini pozmuş və düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmə inzibati xəta tərkibi kimi təsbit edilmişdir. X14 ilə aralarında hər hansı əmək müqaviləsi bağlanılmamış və hazırda əmək müqavilələri elektron qaydada bağlanlır və qanunvericiliyin həmin tələbləri işəgötürən kimi ona məlumdur. (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsi). Onunla əmək müqaviləsi bağlanılmadığından həmin əmək müqaviləsinin qüvvəyə minməsini gözləməyə də ehtiyac yoxdur. İnzibati protokolu tərtib etmiş vəzifəli şəxs sübutları hərtərəfli araşdırmamışdır, onun iştirakı təmin edilmədiyindən sübutları təqdim edə bilməmişdir. Həmin vəzifəli şəxsin tərtib etdiyi protokol onlara təqdim edilməmiş və hüquqi ünvanı məlum olmasına baxmayaraq ondan izahat alınmamış və digər sənədlər tələb edilməmişdir. İnzibati tənbeh tətbiq etmiş vəzifəli şəxs tərəfləri dinləmədən iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Hesab edir ki, vəzifəli şəxsin iş üzrə gəldiyi nəticə əsassızdır və mövcud qanunvericiliyin tələblərinə ziddir. Ona görə də iş üzrə qərar ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128.2.3, 129.1.3-130-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin rəisi X18 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı ‘‘inzibati tənbeh vermə haqqında" qərarın ləğv edilməsi və şikayətimizin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X12 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, X11 onun haqqında həqiqətə uyğun olmayan məlumat yazaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə şikayət etmişdir. Həmin şikayətdə qeyd olunmuşdur ki, Ləman İbrahimova guya onun işçisi olmuş və onunla aralarında 2017- 2018-ci ildə əmək müqaviləsi bağlanmış, lakin həmin əmək müqaviləsinin nə zaman hansı şəraitdə yazıldığı ona məlum deyildir. L.İbrahimova həmin saxta əmək müqaviləsini müfəttişliyə təqdim edib və müfəttişlik onun izahatını almadan, onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. X13 ümümiyyətlə işçisi olmayıb. L.İbrahimova özü müstəqil şəkildə dərzi fəaliyyəti ilə məşğul olub və bir neçə dəfə onun sifarişlərini yerinə yetirib. Bunlar hamısı ona qarşı olan yalan, həqiqətə uyğun olmayan məlumat olmasına baxmayaraq, müfəttişlik heç bir araşdırma aparmadan ona qarşı ədalətsiz və qanunsuz cəza tətbiq etmişdir. Yekun olaraq o Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə həmin icraatı aparan orqan tərəfindən nə məktub, nədəki telefon vasitəsi ilə məlumatlandırmamışdır. Məhkəmə iclasında X7 müdafiəçisi X9 çıxış edərək X12 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv olunmasını və inzibati iş üzrə icaata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X15 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq öz izahatında bildirmişdir ki, vətandaş X11 əmək haqqının ödənilməməsi barədə nazirliyə müraciət etmişdir. Şikayəti araşdırılan zaman müəyyən edilmişdir ki, Ləman İbrahimova ilə X12 arasında yazılı əmək müqaviləsi bağlanmış, lakin B.Abbasova tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq həmin əmək müqaviləsinin bağlanılması ilə bağlı məlumat elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməmiş və bunun nəticəsində əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində qeydiyyata alınmamışdır. Bu səbəbdən X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərar tam qanuni olduğu üçün B.Abbasova tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, X12 barəsində aparılan inzibati icraat barədə o idarənin əməkdaşları tərəfindən telefon vasitəsi ilə məlumatlandırılmışdır, lakin ona rəsmi məktubun göndərilməsi barədə xəbərnaməni, qəbzi və ya geri qayıtmış məktubu məhkəməyə təqdim edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, xx xxxx 2019-cu il tarixdə Bahar Abbasova onu aylıq 1000 manat maaş müqabilində rəhbərlik etdiyi “Dolunay” moda evinə dərzi (konstruktor) vəzifəsinə qəbul etmişdir. Onun işi biçmə, ölçü götürmək, parçaları kəsməkdən ibarət olmuşdur. Fakitiki olaraq xx xxxx 2019-cu il tarixdən işləməyinə baxmayaraq onlar arasında əmək müqaviləsi xx xxxx 2019-cu il tarixdə bağlanmış və xx xxxxxx 2019-cu il tarixədək orada işləmişdir. Birgə işləməmişdən əvvəl o X12 ilə yaxın münasibətləri olduğundan ona paltar tikmişdir. Onların aralarında bağlanan əmək müqaviləsi onun dəfələrlə etdiyi təkiddən sonra hər ikisini iştrakı ilə işdə tərtib olunmasına baxmayaraq şikayət edəndən sonra ona məlum olmuşdur ki, onun adı portalda yoxdur. Onun şikayətindən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin əməkdaşları tərəfindən Bahar Abbasova ilə telefon vasitəsi ilə əlaqə saxlanılaraq dəvət edilməsinə baxmarayaq o həmişəki kimi müəyyən bəhanələr gətirərək müfəttişliyə gəlməkdən imtina etmişdir. Göstərilənlərə əsasən qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan MN ******* saylı xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, vətandaş X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarında olan MN ******* saylı xx xxxxxx 2020-ci il tarixli protokola əsasən xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı qarar qəbul edilmişdir. Qərara əsasən X12 Azərbaycan Respublikasının İnzibati Xəttalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 4500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Baki Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1687/2020 saylı xx.xx.2020-ci il tarixli qərara əsasən X12 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilən MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərar ləğv edilmişdir. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə göndərilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1648/2020 saylı xx.xx.2020-ci il tarixli qərarında görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin X12 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilən MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materialların tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə göndərilməsinə dair Baki Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 1687/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmişdir. İş materiallarında olan Baki Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3820/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X11 ilə cavabdeh X12 arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı X8 2019-cu ilin dekabr ayı üzrə əmək haqqından ödənilməmiş qalan 730 manat, qadın paltarının tikilməsi üzrə xidmət haqqından ödənilməmiş qalan 150 manat, 2019-cu il üzrə istifadə edilməmiş əmək məzuniyyətinə görə (xx.xx.2019-xx.xx.2019 dövr üçün) ödənilməmiş 493,50 manat olmaqla, cəmi 1.373,50 (bir min üç yüz yetmiş üç manat əlli qəpik) manat pul cavabdeh (işəgötürən) X6 tutularaq iddiaçı (işçi) X8 ödənilməsi və cavabdeh X6 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən ünvanlanmış sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, cavabdeh X7 Bakı şəhər Yasama rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(004)-3820/2020 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün xx xxxxxx 2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Qətnamə qanuni qüvvəyə minməmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 haqq-hesabının ödənilməsi və ödənilməyən əmək haqqının faiz təminatını tələb etməklə bağlı şikayətlə müraciət etmiş, həmin müraciət əsasında əmək müfəttişliyi tərəfindən inzibati araşdırma aparılmışdır. Nəticədə əmək müfəttişliyi tərəfindən yalnız X5 şikayəti və izahatı əsas götürülərək, “Dolunay” moda evinin rəhbəri X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib, inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 hüquqları pozulmaqla barəsində inzibati protokol tərtib edilərək, daha sonra qərar qəbul edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə İXM-də nəzərdə tutulduğu qaydada məlumat verilməmiş, protokol tərtib edilməzdən əvvəl dəvət edilməmiş, bu barədə ona hər hansı bir bildiriş göndərilməmiş, hüquqları və vəzifələri izah edilməmiş, dəvət olunaraq izahat vermək, o cümlədən inzibati xətanın törədilib-törədilməməsi barədə mülahizələrini təqdim etmək imkanı verilməməklə, bu hüquqları təmin edilməmişdir. Bundan əlavə xx.xx.2020-ci il tarixli məktubdan göründüyü kimi cavabdeh X12 Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3820/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti verdiyindən qətnamə qanuni qüvvəyə minməmişdir. Ona görə də həmin qətnamədə qeyd edilən halların hazırki iş üzrə predusial əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 57.3-ci maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan; 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq, yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta, yaxud bu 63.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada yetərincə sübut olunmur və əlavə araşdırmanın aparılması inzibati xətanın törədilməsini tam müəyyən etmək üçün zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2- ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına törədəcək dərəcədə pozulmasına görə X7 şikayəti qismən təmin olunmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilən MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. X12 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilən MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərar ləğv edilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar