Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1687/2021 23.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞnin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş 23 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs 21 iyul 2021-ci il tarixdə ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal RPİ-nin 29-cu PŞ-nin X8 izahatında bildirmişdir ki, 21 iyul 2021-ci il tarixdə xidmət etdiyi ərazinin sakinlərindən olan Namiq Abbasov sahə inspektoru X2 istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək övladı “Natiq” adlı şəxsin narkotik vasitə istifadə edərək yaşadıqları evdə münaqişə yaratmasını, təcili köməklik göstərilməsini və qanuni tədbir görülməsini xahiş etmişdir. Daxil olmuş məlumat əsasında sahə inspektoru Rövşən Məmmədov və əməliyyat müvəkkili Amir Ömərov birlikdə xidməti əraziyə daxil olan ünvana getmişlər. Orada olan zaman şikayətçi Namiq Abbasov bildirmişdir ki, övladı Natiq narkotik vasitənin təsiri altında olmaqla ona və qonşusuna küt alətlə vurub xəsarət yetirmişdir. Onlar araşdırma zərurəti ilə bağlı şikayətçinin övladı “Natiq” adlı şəxsə yaxınlaşıb özlərini təqdim edib sorğu-sual etmək istədikdə, sonuncu səs-küy salaraq qaçmağa başlamışdır. Onlar “Natiq” adlı şəxsdən dayanmasını və sakitliyə riayət etməsini tələb etmələrinə baxmayaraq, onların qanuni tələbinə tabe olmamışdır. Buna görə də həmin şəxs saxlanılaraq şöbəyə gətirilmiş və barəsində qanuni tədbir görülməsi üçün polis işçiləri raportla şöbənin rəhbərliyinə müraciət etmişdir. Şöbədə onun şəxsiyyəti yoxlanılaraq Şəxs olması müəyyən edilmişdir. Raportla inzibati xəta haqqında iş üzrə icraat aparılması ona həvalə edilmişdir. Göstərilənlərə əsasən polis işçisinin qanuni tələblərinə tabe olmamağa görə Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmiş və o, protokolla tanış olaraq imza etmişdir. X8 Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suallar əsasında X8 əlavə olaraq bildirmişdir ki, Şəxs atasına və qonşusuna, eləcə də qarşılıqlı olaraq sonuncuların onu vuraraq xəsarət yetirməsi faktına görə 29-cu PŞ-nin icraatında olan material üzrə təhqiqat araşdırması aparılır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bilərək göstərmişdir ki, 21 iyul 2021-ci il tarixdə yaşadığı məhəllədə qonşusu Yalçınla və öz atası Namiq Abbasovla aralarında söz mübahisəsi yaranmış, buna görə də əsəbləşib onu armaturla vurmuşdur. Bundan sonra atası və Yalçın Azərbaycan Respublikası DİN-nin “102” Zəng Xidmətinə zəng edərək şikayət etmiş, polislər onu şöbəyə dəvət etsələr də, o, qorxduğundan şöbəyə getməkdən imtina edib qaçmışdır. Şəxs verilmiş suallara əsasən əlavə olaraq bildirmişdir ki, hadisə vaxtı o, narkotik vasitənin təsiri altında olmuş, hazırda əməlindən səmimi peşmandır və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə rəisi X5 izahatında bildirmişdir ki, sahə rəisi kimi təhkim edildiyi xidməti ərazinin sakini olan “Natiq” adlı şəxsin atası 21 iyul 2021-ci il tarixdə onun istifadəsində olan mobil telefona zəng edərək oğlunun narkotik vasitə istifadə edərək yaşadıqları evdə münaqişə yaratması barədə məlumat vermişdir. O, sahənin əməliyyat müvəkkili Amir Ömərovla birlikdə hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda “Natiq” adlı şəxsin səs-küy salaraq qaçmasını görmüşlər və buna görə də həmin şəxs saxlanılaraq şöbəyə gətirilmişdir. Şöbədə onun şəxsiyyəti yoxlanılaraq Şəxs olması və yaranmış mübahisə zamanı onun armaturla qonşusuna və öz atasına, eləcə də qonşusunun onu vuraraq xəsarət yetirmələri müəyyən edilmişdir. Faktla bağlı araşdırma aparılması üçün o, raportla şöbənin rəhbərliyinə müraciət etmişdir. Araşdırma nəticəsində Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq protokol tərtib edilmiş, eyni zamanda döyülmə faktına görə şöbənin təhqiqatçısı tərəfindən müvafiq təhqiqat araşdırması davam etdirilir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirildiyindən o, təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri təyin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə rəisi Rövşən Məmmədov, əməliyyat müvəkkili Amir Ömərov və operator İftixar Şirinov tərəfindən tərtib edilmiş 22 iyul 2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə ünvan 2 ünvanında yaşayan X1 rəisi Rövşən Məmmədovun istifadəsində olan mobil telefona zəng edərək övladı X6 narkotik vasitə istifadəçisi olması, evdə münaqişə yaratması barədə məlumat verərək, ona təcili köməklik göstərilməsini və övladı barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir. Daxil olmuş məlumat əsasında dərhal ünvana gedilmiş, X9 şöbəyə dəvət edilsə də, o, bundan imtina edərək tabesizlik göstərmişdir. Belə ki, Şəxs hadisə yerindən qaçmağa cəhd göstərərək uzaqlaşmış, lakin tərəflərindən Şəxs qanunazidd əməllərinin qarşısının alınmasından ötrü o, saxlanılaraq 29-cu PŞ-nə gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzin 23 iyul 2021-ci il tarixli 507 nömrəli narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında aktından müəyyən edilir ki, Şəxs götürülmüş bioloji nümunədən OPİ və MOP (+) aşkar olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər üçün iki yüz manat məbləğində cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasının onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Bundan başqa iş materiallarında olan 22 iyul 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22 iyul 2021-ci il tarixdə saat 18:55-də tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs inzibati həbsdə saxlama müddətinin əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı andan, yəni 22 iyul 2021-ci il tarixdə saat 18:55-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 22 iyul 2021-ci il tarixdə saat 18:55-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1687/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1687/2021
23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver