Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1691/2020 17.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlu Şəxs Ali oğlu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 342.6 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədəBakı şəhər Baş Polis İdarəsi Dövlət x1 daxil olmuş inzibati xəta haqqında 09.07.2020-ci il tarixdə tərtib edilmiş İXP ******* saylı (tərtib edən inspektor E.Yaqubov) protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, təqdim edilmiş materiallar natamam olmuşdur. Ona görə ki, protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanmayıb. Halbuki, İXM-in 100.4-cü maddəsinə əsasən protokolu onu tərtib etmiş şəxs imzalamalıdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərBakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinəgeri qaytarılsın. Hakim Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1691/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1691/2020
17.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver