Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1698/2024 10.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Erol Kazımlının, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs müdafiəçisi Nümayəndə1 iştirakları ilə, xx.xx.1979-cu ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" MMCnin rəhbəri, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi, ev 11A qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-396/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən 16 kv.m sahəsi olan 1 otaqlı mənzildə söküntü işlərinin aparılmasının qadağan edilməsi ilə bağlı icra sənədində göstərilən tələbi icra etməmişdir. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs borclu "xxxx" MMC-nın həmin qərarının icrasına məsul şəxs olan vəzifəli şəxs olaraq icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra Şöbəsinin icra məmuru Erol Kazımlı məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol və protokola əlavə tərtib edilmişdir ondan ötəri ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)- 396/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ərizəçi Zərərçəkmiş şəxs yaşadığı fərdi evdə hər hansı söküntü işlərinin aparılması "xxxx" MMC-yə qadağan edilmişdir. Beləliklə tikintiyə və söküntü aparmaq "xxxx" MMC-yə qadağan edildiyi halda onlar məhkəmə qərardadları ilə xəbərdarlığa baxmayaraq tikintiyə davam etmiş, tələbkarların evini sökmüşlər. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs müdafiəçisi Nümayəndə1 məhkəməyə verdiyi izahatında bildirdi ki, icra sənədlərində göstərilən tələblərin yerinə yetirilməməsi sübuta yetirilməlidir. Apellyasiya instansiyası məhkəməsi əvvəlki qərarı ləğv edərək Azərbaycan Respublikası FHN müvafiq rəyinə istnad etmişdir. Lakin bu rəy evin məhz müdafiə etdiyi şirkət tərəfindən sökülməsinə dəlalət edən sübut kimi qiymətləndirilə bilməz. Yekunda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, məhkəmə bu cür söküntünü aparmağa qadaqan edib, lakin onlar öz işlərini yene davam edirlər. Şəkillər məhkəməyə təqdim olunur. Görsənir ki, evin onlara aid hissədə dağıdılmışdır. Ona görə də ciddi tədbir görülməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)- 396/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən 16 kv.m sahəsi olan 1 otaqlı mənzildə söküntü işlərinin aparılmasının "xxxx" MMC-yə qadağan edilməsi barədə icra sənədində göstərilən tələbləri icra etməmişdir. İş materiallarında olan fotoşəkillərə əsasən həmin ünvanda söküntü işləri aparılmışdır. İcra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu bir neçə dəfə məlumatlandırılmış, həmçinin izahat verərək icra sənədi barəsində xəbərdar olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında evin bir hissəsinin tamamilə sökülməsi müşahidə edilmişdir. Həmçinin yaşayış evinin bir hissəsinin (qonşu sahələri) sökülməsi nəticəsində evin konstruksiyasının tamlığının pozulması və ərazidə hal-hazırda söküntü və tikinti-quraşdırma işlərinin aparılması ilə əlaqədar həmin yaşayış evinin istismarı təhlükəlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Bununla da "xxxx" MMC-nin rəhbəri Şəxs vəzifəli şəxs kimi həmin inzibati xətanı törətməsi, onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildiriş, yuxarıda istinad edilən sübut növləri ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-1698/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1698/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver