Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1699/2021 20.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X7 iclas katibliyi, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili X12 iştirakları ilə, xx xxxxxx 1958-ci ildə Daşkəsən rayonunun Muşavaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən tərtib edilmiş 26 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli, 2(004)-2515/2015 nömrəli icra sənədinə əsasən Dağlar MTK-dan 32000 (otuz iki min) manat məbləğində pul tutularaq X3 ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə icraata 14 iyul 2016-cı il tarixdən başlanmasına baxmayaraq borclu MTK-nın faktiki olaraq sədri vəzifəsini icra edən Şəxs tələbin könüllü icrasına dair bildirişin təqdim edilməsinə, icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə görə ona məsuliyyət barədə xəbərdarlıq olunmasına və bununla bağlı izahatının alınmasına baxmayaraq, o, icra sənədi üzrə 32.000 (otuz iki min) manat borcunu üzrsüz səbəbdən icra etməkdən və icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qəsdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli, 2(004)-2515/2015 nömrəli icra sənədinə əsasən "xxxx" MTK-dan 32.000 manat məbləğində pul tutularaq iddiaçı X3 verilməlidir. İcra sənədi üzrə Yasamal rayon İcra şöbəsində 14 iyul 2016-cı il tarixli qərarla icraata başlanılmış, eyni tarixdə borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra məmuru həmçinin qeyd etmişdir ki, icra sənədi üzrə tələbkar X4 vəfat etdiyindən hazırkı icra sənədi üzrə tələb hüququ onun vəsiyyətnamə üzrə vərəsəsi X1. Borclu "xxxx" MTK-nın sədri vəzifəsini icra edən Şəxs icra sənədini qanunla müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra etməməsinə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, tələbin könüllü icrası barədə bildiriş ona 14 iyul 2021-ci il tarixdə təqdim edilmişdir. Lakin borclu tərəfindən hazıradək icra sənədi üzrə hər hansı bir ödəniş həyata keçirilməmişdir. Şəxs ilk dəfə 14 iyul 2021-ci il tarixdə Yasamal rayon İcra şöbəsində olmuş, elə həmin vaxt ona tələbin könüllü icrasına dair bildiriş təqdim edilmiş və yazılı izahatı alınmışdır. MTK-nın sədri vəzifəsini icra edən Şəxs izahatında borcun ödənilməməsi səbəbini isə onunla izah etmişdir ki, "xxxx" MTK hazırda öz fəaliyyətini dayandırmışdır. Lakin verilmiş sorğudan da müəyyən edilir ki, MTK öz fəaliyyətini dayandırmamışdır. Göründüyü kimi, icra sənədi üzrə borclu "xxxx" MTK-nın sədri vəzifəsini icra edən Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməkdən boyun qaçırmışdır. Odur ki, icra məmuru X8 göstərilən hallar nəzərə alınmaqla Dağlar MTK-nın sədri vəzifəsini icra edən Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, icra sənədi üzrə borclu "xxxx" MTK-nın sədri və qanuni təmsilçisi X6r. O, yalnız MTKnın sədri tərəfindən verilmiş etibarnamə əsasında müəyyən vəzifələri yerinə yetirir. Beləliklə də o, borclu MTK-nın vəzifəli şəxsi olmadığından Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə törədilmiş inzibati xətanın subyekti ola bilməz. Bundan başqa, hazırki işin hallarından görünür ki, icra sənədi üzrə icraata 14 iyul 2016-cı il tarixdən başlanmasına baxmayaraq, hazıradək onun ünvanına Yasamal rayon İcra Şöbəsi tərəfindən hər-hansı bir icra sənədi və digər rəsmi sənədlər daxil olmamış və şəxsən ona təqdim edilməmişdir. Yalnız, 5 il sonra, yəni 14 iyul 2021-ci il tarixdə o, şöbəyə dəvət edilərək izahatı alınmışdır. Bununla yanaşı hazıradək qeyd olunan icra sənədi üzrə ona hər-hansı bir vəzifəsi izah edilməmişdir. İcra şöbəsində olarkən onun imzaladığı tələbin könüllü icrasına dair bildiriş isə nə ona, nə də MTK ilə hüquqi bağlılığı olan şəxsə ünvanlanmış, əksinə MTK ilə hər-hansı bir hüquqi bağlılığı olmayan bir şəxsə ünvanlandığından həmin sənədi ona münasibətdə hüquqi nəticələr yarada bilməz. Odur ki, göstərilən hallar nəzərə alınaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Mənzil Tikinti Kooperativinin sədri vəzifəsini icra edən Şəxs müdafiəçisi “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili X17 məhkəməyə yazılı vəsatət ilə müraciət edərək bildirmişdir ki, iddiaçı X10 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və X3 qarşı müqavilənin etibarsız sayılması və mənzildən çıxarma tələbinə dair 2(004)- 2515/2015 saylı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.06.2015-ci il tarixli qətnaməsi ilə 32.000 manat məbləğində pul vəsaitinin "xxxx" MTK-dan tutularaq Nailə Əsgərovaya ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə 17.06.2016-cı il tarixdə icra vərəqəsi verilmişdir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əsgərovun 14.07.2016-cı il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Həmin şöbənin icra məmuru Aslan Aslanbəyli tərəfindən "xxxx" MTK-nın sədri vəzifəsini icra edən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 26.07.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. O, aşağıda qeyd edilən səbəb və əsaslara görə hesab edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki əvvəla Şəxs onun tərəfindən törədilməsi iddia edilən inzibati xətanın subyekti olmadığı üçün barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ola bilməz. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən, həmin maddədə nəzərdə tutulan inzibati xətanın subyektləri fiziki, vəzifəli və ya hüquqi şəxslər ola bilərlər. İşin hallarından müəyyən edildiyi kimi "xxxx" MTK-nın sədri vəzifəsini icra edən Şəxs barəsində də inzibati xəta haqqında protokol həmin MTK-nın vəzifəli şəxsi qismində tərtib edilmişdir. Lakin Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş protokol tamamilə əsassızdır. Çünki, İXM-nin "Vəzifəli şəxslərin inzibati məsuliyyəti" adlanan 17-ci maddəsinə görə, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmçinin maddənin "Qeyd" hissəsinə əsasən, şəxs o halda vəzifəli şəxs hesab olunur ki, o, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləsin və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirsin. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 308-ci maddəsinin "Qeyd" hissəsində nəzərdə tutulmuş "vəzifəli şəxs" anlayışının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.07.2013-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, "Xüsusi səlahiyyətləri buna hüququ olan orqan, vəzifəli şəxs, əmək kollektivi verir. Xüsusi səlahiyyətlər qanunla, normativ aktla, əmrlə, əmək kollektivinin qərarı və s. ilə rəsmiləşdirilir". "xxxx" MTK-nın 08.06.2004-cü ildə qeydə alınmış Nizamnaməsinə və 11.07.2018-ci il tarixdə verilmiş kommersiya qurumunun dövlət reyestrindən Çıxarışa əsasən MTK-nın qanuni təmsilçisi və sədri X6r, Şəxs isə onunla birlikdə MTK-nın sadəcə hər biri bərabər paylara malik (20%) 5 həmtəsisçisindən biridir və dövlət qeydiyyatına alındığı 08.06.2004-cü ildən indiyədək heç vaxt MTK-nın sədri vəzifəsini icra etməmişdir. Eləcə də, o, MTK-da hər hansı digər təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifəsində işləməmiş və ona həmin vəzifələri həyata keçirməyə dair xüsusi səlahiyyətlər verilməmişdir. Əgər belə bir hal olsaydı, həmin xüsusi səlahiyyətlər ona buna hüququ olan orqan və ya vəzifəli şəxs tərəfindən verilməli və müvafiq əmrlə və ya qərarla rəsmiləşdirilməli idi. Çünki, MTK-nın Nizamnaməsinə (bənd 7) əsasən, kooperativin sədrini seçmək və səlahiyyətlərinə xitam vermək onun ali idarəetmə orqanı olan Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olan məsələdir və bu barədə qərar üçdə iki səs çoxluğu ilə qəbul edilməlidir. İcra məmuru isə əsassız olaraq Şəxs icra şöbəsinə verdiyi 14.07.2021-ci il tarixli izahatına və İntiqam Abbasov tərəfindən MTK-nın adından Şəxs MTK-nı bütün idarə və təşkilatlarda, dövlət və qeyridövlət orqanlarında təmsil etməyə, qanuni təmsilçiyə aid bütün hüquqları həyata keçirməyə və s. səlahiyyətləri yerinə yetirməyə dair verilmiş notarial təsdiqli 20.12.2018-ci il tarixli etibarnaməyə istinadən Şəxs hazırda MTK-nın sədri vəzifəsini icra edən şəxs olması qənaətinə gəlmişdir. Nəzərə alınmamışdır ki, bu etibarnamə Şəxs avtomatik olaraq MTK-nın "xxxx" etmir, çünki onun MTK-nın qanuni təmsilçisi (sədri) olmasına və sədrin hüquq və vəzifələrinin, təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarının ona həvalə edilməsinə dair nə Kooperativ üzvlərinin ümumi yığıncağının müvafiq qərarı var, nə də o, qanuni təmsilçi kimi kommersiya qurumunun dövlət reyestrində qeydiyyatdan keçmişdir və bu etibarnamə birtərəfli əqd olduğu üçün MTK-nın Nizamnaməsinə uyğun olaraq kooperativin bütün üzvlərinin deyil, yalnız İntiqam Abbasovun iradə ifadəsini özündə əks etdirir. Məsələyə icra məmurunun məntiqi ilə yanaşılsa, belə çıxır ki, İntiqam Abbasov gələcəkdə başqa kimə (və ya kimlərəsə) də eyni məzmunlu etibarnamə verərsə, onda onların da hamısını eyni qaydada MTK-nın "xxxx" kimi inzibati məsuliyyətə cəlb etmək olar ki, bu da tamamilə absurd bir məsələdir. Şəxs onun tərəfindən törədildiyi iddia edilən inzibati xətanın subyekti hesab edilsə belə, əməlində həmin inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən, şəxs yalnız o halda inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir ki, bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilsin və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş olsun. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məcəllənin 75.0.1-ci və 75.0.3-cü maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən və sübut edilməlidir. 385.0.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hallardan biri inzibati xəta törətməkdə şəxsin təqsiridir. Şəxs istinad olunan İXM-in 528.1-ci maddəsinə əsasən, həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibi o halda yaranır ki, a) məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri yerinə yetirilməsin; b) və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrsüz səbəbdən icra edilməsin. Lakin hazırkı inzibati xəta haqqında işdə bu hallardan hər hansı biri yoxdur. İş materiallarından görünür ki, icra məmuru tərəfindən 14.07.2016-cı il tarixli qərarla icra sənədi üzrə icraata başlanıldıqdan sonra, həmin qərarda icra sənədində göstərilmiş tələbin borclu tərəfindən könüllü icrası üçün 10 günlük müddət təyin etsə də, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci və 8.3-cü maddələrinin tələbləri pozularaq, bu barədə borclu "xxxx" MTK-ya müvafiq bildiriş verilməmiş və icraata başlamaq haqqında qərarın surəti ona göndərilməmişdir. Belə ki, işdə buna dair heç bir sübut yoxdur. Şəxs icra orqanına verdiyi 14.07.2021-ci il tarixli izahatdan da görünür ki, o, sözügedən icra sənədi barədə məlumatlı olmamışdır. Eləcə də, könüllü icra üçün təyin edilmiş 10 günlük müddət keçdikdən sonra Şəxs yazılı izahatının alındığı 14.07.2021-ci il tarixədək ötən 5 il ərzində, həmçinin bu tarixdən inzibati xəta prokolunun tərtib edildiyi 26.07.2021-ci il tarixədək olan müddətdə icra məmuru tərəfindən "İcra haqqında" Qanunun 43-cü maddəsində dairəsi müəyyən edilən məcburi icra tədbirlərinin tətbiq edilməsi istiqamətində heç bir iş görülməmişdir. Digər tərəfdən, "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.09.2018-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, "məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər." Belə olan halda, borclu tərəfindən icra məmurunun hansı tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilər. Borclu tələbdən ümumiyyətlə xəbərdar olmamışdır. Bundan başqa, əgər fərz edilsə ki, borclu icra sənədindən xəbərdar idi, işdə onun icra sənədini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməməsini təsdiq edən sübutlar da yoxdur. Məlum olduğu kimi, qanunverici "İcra haqqında" Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Göründüyü kimi, bu halda inzibati məsuliyyətin yaranmasının başlıca əsası icra sənədinin müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsidir. Lakin icra məmuru tərəfindən məhkəməyə borclunun icra sənədini icra etmək iqtidarında olduğu halda, onu üzrsüz səbəbdən icra etmədiyinə dair hər hansı sübut təqdim edilməmiş, inzibati xəta protokolunda inzibati xata tərkibinin sübutu kimi yalnız icra sənədinin bu günədək icra olunmamasına istinad edilmişdir. Əksinə, Şəxs icra orqanına verdiyi 14.07.2021-ci il tarixli izahatından bəlli olur ki, MTK hazırda fəaliyyət göstərmədiyindən heç bir vəsaiti olmadığı üçün icra sənədində göstərilən məbləğin ödənilməsi mümkün olmamışdır və əgər fəaliyyət göstərsəydi (hər hansı gəlir əldə etsəydi), ödənişlər də ola bilərdi. Göstərilənlərlə yanaşı tərtib edilmiş protokol tərtibi zamanı İXM-nin 100-cü maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, hazırkı inzibati xəta protokolundan görünür ki, icra məmuru tərəfindən qanunvericiliyin bu tələblərinə riayət edilməyərək, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kimi protokolun tərtib olunmasına dəvət edilməmiş, onun törədilməsində təqsirləndirildiyi inzibati xəta ilə bağlı izahatı alınmamış, ona hüquqları və vəzifələri izah edilməmiş, protokolun surəti verilməmiş, protokol onun tərəfindən imzalanmamış və bununla o, izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanından məhrum edilmiş, bu azmış kimi, icra məmuru qanunsuz olaraq protokola Şəxs "izahatını" qeyd etmiş və guya ona hüquq və vəzifələrinin izah edilməsi, protokolun surətinin ona verilməsi barədə müvafiq qeydlər aparmışdır. Bundan başqa, İXM-in 101-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda isə, inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilməli olduğu halda, qanunvericiliyin bu tələbləri də pozularaq, protokol Şəxs izahatının alındığı 14.07.2021-ci il tarixdən 12 gün sonra, 26.07.2021-ci il tarixdə tərtib edilmişdir. Beləliklə, yuxarıda şərh edilənlərdən göründüyü kimi, Şəxs hazırkı iş üzrə ona istinad olunan inzibati xətanın subyekti deyildir və subyekti hesab edilsə belə, həmin inzibati xətanın törədilməsində təqsirli olması sübuta yetmədiyi üçün əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, İXM-nin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hallar nəzərə alınaraq müdafiəçisi “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili X17 hüquqlarını müdafiə etdiyi Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) mərhum X2 vəsiyyətnamə üzrə vərəsəsi X15 borclu Şəxs və onun müdafiəçisinin dəlilləri ilə razılaşmayaraq bildirmişdir ki, MTK tam şəkildə fəaliyyət göstərir, habelə yaşayış binasında yerləşən bütün mənzil sahiblərindən aylıq kommunal ödənişlər toplanılır. Bundan başqa, rəsmi sənədlərdə MTK-nın sədrinin digər şəxs olmasına baxmayaraq, MTK ilə bağlı olan bütün təşkilati və sərəncamverici qərarlar Şəxs tərəfindən qəbul edilir. Hətta, MTK ilə bağlı zəruri sənədlər lazım olduqda müəyyən etmişdir ki, MTK-nın möhürü Şəxs saxlanılır. Bu isə ona dəlalət edir ki, MTK-nın fəaliyyətinə faktiki olaraq Şəxs özü rəhbərlik edir. Sədiyar Sarıyev icra sənədi üzrə borcun tam şəkildə ödənilməsini tələb etməklə borclu MTK-nın vəzifəli şəxsi olan Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri, eyni zamanda icra işini nəzərdən keçirib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli, 2(004)-2515/2015 nömrəli icra sənədinə əsasən Dağlar Mənzil Tikinti Kooperativindən 32.000 manat məbləğində pul tutularaq, iddiaçı X3 verilməsi müəyyən edilmişdir. İş materiallarında olan 05.12.2017-ci il tarixli vəsiyyətnamə üzrə vərəsilik hüququ haqqında şəhadətnamədən görünür ki, 29.07.2016-cı il tarixdə ölmüş X2 vəsiyyətnamədə göstərilən əmlakının vəsiyyətnamə üzrə vərəsəsi X11r İcra işi materiallarından müəyyən edilir ki, 2(004)-2515/2015 nömrəli, 10 iyun 2015-ci nömrəli icra sənədinə əsasən Dağlar Mənzil Tikinti Kooperativindən 32.000 manat məbləğində pul tutularaq, iddiaçı X3 verilməlidir. İcra sənədinə əsasən 14 iyul 2016-cı il tarixli qərarla icraata başlanılmışdır. Lakin icra işi materialları məhkəmə tərəfindən tədqiq edildikdə müəyyən edildi ki, tələbin könüllü icrasına dair bildirişin, eləcə də icraata başlanılma haqqında qərarın borclu MTK-ya və ya hər hansı səlahiyyətli nümayəndəsinə, eləcə də sədr vəzifəsini icra edən Şəxs təqdim edilməsinə dair iş materiallarına hər hansı bir təsdiqedici sənəd əlavə edilməmişdir. İş materiallarında olan Şəxs 14 iyul 2021-ci il tarixli izahatından da görünür ki, o, ilk dəfə həmin tarixdə İcra şöbəsində olmuş və ondan izahatı alınmışdır. Lakin həmin vaxt ona tələbin könüllü icrasına dair bildirişin təqdim edilməsinə dair heç bir sənəd əlavə edilməmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən edilir ki, Şəxs qeyd olunan tarixdə izahatı alınarkən borclu MTK-ya, ona və ya MTK-ilə hər hansi hüquqi bağlılığı olan şəxs ünvanlanmış rəsmi sənəd ona təqdim edilməmişdir. Şəxs yalnız 14 iyul 2021-ci il tarixdə mərhum X3 ünvanlanmış tələbin könüllü icrasına dair bildirişi imzalamışdır. Qeyd olunan sənədin imzalanması isə Şəxs üçün hər hansı bir məsuliyyətə səbəb ola bilməz. Beləliklə məhkəmə tərəfindən müəyyən edilir ki, icra sənədi üzrə icraata 5 ildən artıq müddətdir ki, balanılmasına baxmayaraq MTK-nin sədri vəzifəsini icra edən Şəxs yalnız 14 iyul 2021-ci il tarixdə şöbəyə dəvət edildikdən sonra icra işindən məlumatlı olmuşdur. Belə olan halda isə, onun əməlində hər hansı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hal müəyyən edilə bilməz. Məhkəmə həmçinin, barəsində inzibati protokol tərtib edən şəxsin müdafiəçisinin Şəxs vəzifəli şəxs olmamasına dair gətirdiyi arqumentləri əsassız hesab edir. Belə ki, işin faktiki hallarından da aşkar şəkildə görünür ki, Şəxs ona MTK-nın sədri tərəfindən verilmiş etibarnamə əsasında faktiki olaraq vəzifəli şəxs kimi sərəncamverici və təşkilatı funksiyaları icra edir. Azərbaycan Respublikasının İXM-nin 17.1-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1- 18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. İXM-nin 17 və 18-ci maddələrindən göründüyü kimi Şəxs həm MTK-nin həmtəmsilçisi kimi, həm də ona MTK-nı adından bütün hərəkətləri etmək səlahiyyəti verildiyi üçün vəzifəli şəxs olaraq məsuliyyətə cəlb oluna bilər. Lakin qeyd olunan icra sənədi üzrə icraat 14.07.2016-ci ildə başlanılmış, Şəxs tələbin könüllü icrası barədə bildiriş nə ünvanlanmamış nədə göndərilməmişdir. Çünki tələbin könüllü icrası barədə bildiriş yalnız X2 adına tərtib edilmişdir. İş materiallarına borcluya tələbin könüllü icrası barədə bildirişin rəsmi qaydada təqdim edilməsinə dair hər hansı bir sənəd əlavə edilməmişdir Şəxs qeyd olunan icra vərəqəsindən 14.07.2021-ci ildə məlumatı olmuşdur. Eləcə də, könüllü icra üçün təyin edilmiş 10 günlük müddət keçdikdən sonra Şəxs yazılı izahatının alındığı 14.07.2021-ci il tarixədək ötən 5 il ərzində, həmçinin bu tarixdən inzibati xəta prokolunun tərtib edildiyi 26.07.2021-ci il tarixədək olan müddətdə icra məmuru tərəfindən "İcra haqqında" Qanunun 43-cü maddəsində dairəsi müəyyən edilən məcburi icra tədbirlərinin tətbiq edilməsi istiqamətində heç bir iş görülməmişdir. Beləliklə, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən yerinə yetirməməsi halı, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilməmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. barədə bildirişin rəsmi qaydada təqdim edilməsinə dair hər hansı bir sənəd əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, şəxsin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1699/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1699/2021
20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver