Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1703/2020 17.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, x2 barəsində Azərbaycan Resppublikası Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi Şöbəsi (DYPŞ) tərəfindəntərtib edilmiş01 iyun 2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, EQ seriyalı ******* nömrəli, EQ seriyalı ******* nömrəli və EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri işin məhkəmədə baxılmasına hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : x1 Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Resppublikası DİNnin Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-nin inspektoru tərəfindəntərtib edilmiş01 iyun 2020ci il tarixli EQ seriyalı ******* nömrəli, EQ seriyalı ******* nömrəli, EQ seriyalı ******* nömrəli və EQ seriyalı ******* nömrəliinzibati xəta haqqında protokolların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron Məhkəmə Sistemi”ndən çıxarışdan və məhkəməyə təqdim edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x3 yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: x2 barəsində Azərbaycan Resppublikası DİN-nin Bakı şəhər Yasamal RPİ-nin DYPŞsi tərəfindəntərtib edilmiş01 iyun 2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, EQ seriyalı ******* nömrəli, EQ seriyalı ******* nömrəli və EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollardan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1703/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1703/2020
17.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver