Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1705/2024 29.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş - Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) – Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 29 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər daxil olduqdan sonra Bakı şəhər Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyev 29 mart 2024-cü il tarixli məktubla məhkəməyə müraciət edərək icra işi üzrə borclu Şəxs ilə tələbkar (zərər çəkmiş şəxs) Zərərçəkmiş şəxs arasında borcun ödənilməsi barədə razılıq yarandığını bildirərək Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolun geri qaytarılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, həmin protokol Yasamal rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs olan borcundan 1500 manatını 3 həftə müddətində, qalan hissəsini isə 01 ay ərzində ödəməyə söz verir və bu səbəbdən ona möhlət verilərək barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılmadan onu tərtib etmiş Yasamal rayon İcra şöbəsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Bundan başqa məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs ilə razılaşdığından, belə ki, ona olan borcundan 1500 manatını 3 həftə müddətində, qalan hissəsini isə 01 ay ərzində ödəməsinə möhlət verdiyindən protokolun geri qaytarılmasına etiraz etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozitiv şərtində qeyd olunduğu kimi məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməsi vəzifəsi olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərər çəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs olan borcunun ödənilməsi ilə bağlı onunla razılıq əldə etməsi və qeyd olunan səbəbdən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevin müraciəti nəzərə alınaraq protokol və ona əlavə edilmiş sənədlər icra şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş 29 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə geri qaytarılsın. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1705/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1705/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver