Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1710/2020 07.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsi (BPİ) Dövlət X9 (DYPİ) etibarnamə üzrə nümayəndəsi X1, şikayətçi X2 iştirakları ilə, X2 barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair qəbul edilmiş eyni tarixli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair qəbul edilmiş eyni tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ŞikayətçiX6 ərizəsini onunla əsaslandırmışdır ki, o, “xxxxxxxxxxxxxxxxxxx” MMC-də inzibatçı vəzifəsində işləyir. İş fəaliyyəti ilə əlaqədar olaraq Bakı şəhəri Bakıxanov ərazisində yerləşən iş yerinə gündəlik olaraq getmişdir. xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-nin YPX-nin inspektoru onun barəsində icazənin olub-olmamasını yoxlayarkən icazəsinin ləğv edildiyini əsas gətirərək Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib etmiş və həmin protokol əsasında cərimə edilməsinə dair qəbul edilmiş qərar sonradan onun istifadəsində olan mobil telefon nömrəsinə sms vasitəsi ilə göndərilmişdir. İşəgötürən “xxxxxxxxxxxxxxxxxxx” MMC onun xüsusi karantin rejimi dövründə sərbəst hərəkət etməsi üçün icaze.e-gov.az portalında qeydiyyata salmışdır. Buna baxmayaraq ona heç bir məlumat verilmədən portaldakı icazəsi ləğv olunmuş və bu səbəbdən də yaşayış yerinin tərk etməsinin inzibati xəta olması bildirilməklə barəsində əvvəlcə inzibati xəta haqqında protokol tərtib olunmuş, sonra da, həmin inzibati protokol əsasında qərar qəbul olunmuşdur. O, yaşayış yerini tərk edərkən icazəsinin ləğv olunduğunu bilə bilməzdi. X6 göstərilənlərə əsasən barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair qəbul edilmiş eyni tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq izahatında bildirmişdir ki, portalda yerləşdirilmiş icazəsinin ləğv edilməsinə dair ona hər hansı bir rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi X7 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş eyni tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair X2 şikayət ərizəsinin dəlillərinə münasibətdə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, şikayətçi tərəfindən iş materiallarına əlavə edilmiş “Elektron Hökümətin İnkişafı Mərkəzi”nin (9108) icaze-e-gov.az portalından çıxarılmış əməkdaş barədə məlumatdan görünür ki, X6 “xxxxxxxxxxxxxxxxxxx” MMC-də monitorinq üzrə aparıcı mütəxəssis vəzifəsində işləməklə, onun barəsində məlumatlar portala daxil edilmiş və xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan dövr ərzində ölkə ərazisində sərbəst hərəkəti üçün icazəsi olmuşdur. İş materiallarında olan asanpay.az internet informasiya portalından çıxarışdan müəyyən edilir ki, X6 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş qərarla o, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə baxışı zamanı X2 barəsində protokol tərtib edildiyi vaxt karantin rejimi qaydalarına müvafiq olaraq ölkə ərazisində sərbəst hərəkəti üçün xüsusi icazəsinin olubolmamasının yoxlanılması məqsədilə məhkəməyə Yasamal RPİ-si tərəfindən təqdim edilmiş “İcazələrin Alınması və Monitorinqi Sistemi”nə girişi olan cihaz vasitəsilə onun şəxsi məlumatları sistemə daxil edilib baxış keçirilərkən müəyyən edildi ki, sistemdə şikayətçi barəsində bir-biri ilə uyğunluq təşkil etməyən bir neçə məlumat mövcuddur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli Qərarı ilə ölkə ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi elan edilməklə hərəkət məhdudiyyəti müəyyən edildikdən sonrakı dövr ərzində onun barəsində ilkin məlumatlar xx xxxx 2020-ci il tarixdə saat 20:23-də sistemə daxil edilmiş icazə müddəti 21 iyun – xx xxxx 2020-ci il tarixədək olan dövrü əhatə etmiş, xx xxxx 2020-ci il tarixdə saat 02:43-də isə həmin icazə ləğv edilmiş və ləğv edilmə əsası kimi Nazirlər Kabinetinin qərarına əsasən azalma kimi qeyd edilmişdir. Lakin icazənin ləğv edilməsi barədə X3 məlumat verilib-verilməməsi haqqında hər hansı bir qeydiyyat aparılmamışdır. Sistemdəki digər 2 qeydə əsasən X6 haqqında məlumatlar xx xxxx 2020-ci il tarixdə saat 16:27-də portala daxil edilmiş, qeyd edilən eyni bir icazənin ləğv edilməsinin iki müxtəlif tarixləri, yəni xx xxxx 2020-ci il saat 22:03 və xx xxxx 2020-ci il saat 02:46, eyni zamanda iki müxtəlif əsasları, yəni “redaktə edilərkən əvvəlki datanın xitam verilməsi” və “Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmayan icazə” kimi qeydiyyat aparılmışdır. Daha bir qeydə əsasən isə X6 haqqında məlumatlar xx xxxx 2020-ci il tarixdə saat 16:27-də portala daxil edilmişdir ki, qeyd edilən icazənin 30 iyun – 20 iyul tarixləri əhatə etməsi və həmin icazənin də xx xxxx 2020-ci il saat 02:46-da “Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmayan icazə” əsasın ilə ləğv edilməsi müəyyən edilmişdir. Göründüyü kimi, X6 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən tarix daxil olmaqla iş üzrə əhəmiyyət kəsb edən dövr ərzində yəni xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan dövr ərzində ona ölkə ərazisində sərbəst hərəkəti üçün verilmiş icazələrin müddətləri, ləğv edilməsi tarixləri və əsasları arasında kifayət qədər ziddiyyətlər mövcuddur. İşin faktiki hallarından həmçinin müəyyən edilir ki, şikayətçi X6 barəsində xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib edildikdən sonra onun protokolla razılaşmaması nəzərə alınmadan, dinlənilmədən, tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması təmin edilmədən o, eyni tarixdə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə növündə tənbeh edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinəəsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Qeyd edilir ki, Azərbaycan Respublikası İXM-nə x xxxx 2020-ci il tarixli 124-VİQD nömrəli Qanunla edilmiş dəyişikliklərə əsasən 211-ci maddənin mətni 211.1-ci maddə hesab edilmiş və maddənin məzmunda 211.2-ci və 211.3-cü maddələr əlavə edilmişdir. Məcəllənin 211.1-ci maddəsinin xx xxxx 2020-ci il tarixədək qüvvədə olan mətninə görə isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması, hüquqi şəxslərin isə dörd min manatdan on min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Həmin Qərarın 1.3-cü bəndinə əsasən 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbəkönüllülərinin, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarın 1.5-ci bəndinə görə 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilmişdir: 1.5.1-ci təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.5.2-ci ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; 1.5.3-ci yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Həmin qərarın 1.6-cı bəndinə görə 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməsi (SMS – məlumatlar ödənişsizdir), SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməsi, 1 indeksi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2 indeksi - ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 2 (iki) saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir) nəzərdə tutulmuşdur. Həmin Qərarın 6-cı bəndinə görə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 236 nömrəli Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” xx xxxx 2020-ci il tarixli 256 nömrəli qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə sərtləşdirilmiş xüsusi karantin rejimi müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmış və yaşayış yerini tərk etməklə bağlı qoyulmuş hərəkət məhdudiyyəti qüvvədə saxlanılmışdır. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, şikayətçiX6 işəgötürən “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən onun sərbəst hərəkət etməsi üçün icaze.e-gov.az portalında onu qeydiyyata salmış, lakin ləğv edilmiş icazənin detalları barədə şikayətçiyə məlumat verməmişdir. Bu səbəbdən barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-si tərəfindən xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməklə həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X2 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-si tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Bakı şəhəri BPİ-nin DYPİ-nə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X8 Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti qismən təmin olunsun. X6 barəsində xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi Dövlət X12 göndərilsin. Bakı şəhər Baş Polis İdarəsi Dövlət X9 xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X8 Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə və ona hesablanmış dəbbə pulu silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1710/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1710/2020
07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver