Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1710/2021 10.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi, X3 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1kası X1 “Azərkontrakt” ATSC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İxracatçı Azərbaycan Respublikası X1 “Azərkontrakt” ATSC tərəfindən İran İslam Respublikası “İran Milli Qaz” şirkətinin ünvanına göndərilən təbii gaz malının rəsmiləşdirilməsi ilə bağlı 14.07.2021-ci il tarixdə **********6454 saylı ixrac gömrük bəyannaməsi təqdim edilmişdir. Lakin həmin bəyannamə üzrə “təbii gaz” malının ixracı cari ilin iyun ayında həyata keçirilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 293.6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2012-cü il tarixli 332 №li “Gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi gavdalan”-nın təsdig edilməsi haggında Qərarının 2.8-ci bəndinə əsasən bəyannaməçinin malların ixrac edildiyi zaman gömrük bəyannaməsini verə bilmədiyi hallarda natamam gömrük bəyannaməsinin verilməsi üçün səbəblər göstərilmişdir. Belə ki, **********6454 saylı ixrac gömrük bəyannaməsinin 31-ci qrafasına əsasən malların cari ilin iyun ayında ixrac edildiyi görünür. Buna baxmayarag həmin tarixlərdə hər hansı natamam gömrük bəyannaməsi gömrük organına təgdim edilməmiş, eyni zamanda sözügedən malların ixracına dair **********6454 saylı bəyannamə 14.07.2021-ci il tarixdə təqdim edilmişdir. Bununla da Azərbaycan Respublikası X1 “Azərkontrakt” ATSC İXM-in 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 22.07.2021-ci il tarixli, №13000-0557/21 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Azərbaycan Respublikası X1 “Azərkontrakt” ATSC-nin nümayəndəsi X2 təmsil etdiyi hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası X1 “Azərkontrakt” ATSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi qaydalarının pozulması bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası X1 “Azərkontrakt” ATSC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyannaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası X1 “Azərkontrakt” ATSC İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə təqsirli bilinərək, 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-1710/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1710/2021
10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver