Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1712/2020 20.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, x2 iclas katibliyi ilə, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin polis sahə rəisi x5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxx 1979-cu ildə Salyan rayonunun Xalac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 5 saylı Şəhər Poliklinikasında ünvan 1 ünvanında mənzil 43 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Yasamal RPİ-nin 28-ci PB-si tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20 iyul 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal rayon Polis İdarəsinin 28ci PB-dən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 19 iyul 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu M.Şərifzadə küçəsində xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində (epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Şəxs barəsində tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin polis sahə rəisi x3 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, 19 yul 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində xidmət aparan Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşları həmin ərazidə 3 nəfər şəxsin ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını pozduğunu görüb həmin şəxslərə yaxınlaşmışlar. Həmin şəxslərdən birinin Şəxs olması müəyyən edilərək onun icazəe-gov.az saytında yaşayış yerini tərk etmək üçün müvafiq icazəsinin olub-olmaması yoxlanılmış və icazəsi olmadığı üçün o, bölməyə gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən x8 barəsində protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını pozduğu üçün, yəni yaşayış yerini tərk etməsi üçün müvafiq icazəsi olmaması əsası ilə Yasamal RPİ-nin 28-ci polis bölməsinə dəvət edilmişdir. Baxmayaraq ki, o, 5 saylı Şəhər Poliklinikasında həkim-stomatoloq vəzifəsində işləməklə onun icazəe-gov.az saytında yaşayış yerini tərk etmək üçün müvafiq icazəsi olmuşdur. Odur ki, onun tərəfindən xüsusi karantin rejimi qaydaları pozulmadığından və əməlində inzibati xətanın tərkib əlamətləri olmadığından barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 28-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkilləri tərəfindən tərtib edilmiş 19 iyul 2020-ci il tarixli raportdan müyyən edilir ki, 19 iyul 2020-ci il tarixdə inzibati əraziyə daxil olan Yasamal rayonu Şərifzadə küçəsi 75 ünvanının qarşısında xidmət aparan zaman 3 nəfər şəxsin xüsusi karantin rejiminin tələblərini pozmaları, yəni müvafiq icazə olmadan yaşayış yerini tərk etmələri aşkar edilmişdir. Həmin şəxslər 28-ci polis bölməsinə dəvət edilmiş və həmin şəxslərin Şəxs, x4 və x1 olması müəyyən edilmişdir. İş materiallarında olan 19 iyul 2020-ci il tarixli AZA seriyalı 003945 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19 iyul 2020-ci il tarixdə 17:00-da inzibati qaydada tutulmuşdur. Şəxs onun barəsində protokol tərtib edildiyi vaxt karantin rejimi qaydalarına müvafiq olaraq ölkə ərazisində sərbəst hərəkəti üçün xüsusi icazəsinin olub-olmamasının yoxlanılması məqsədilə məhkəməyə Yasamal RPİ-si tərəfindən təqdim edilmiş “İcazələrin Alınması və Monitorinqi Sistemi”nə girişi olan cihaz vasitəsilə onun şəxsi məlumatları Sistemə daxil edilib baxış keçirilərkən müəyyən edildi ki, Bakı şəhəri Baş Səhiyyə İdarəsi 5 saylı Şəhər Poliklinikasında stomatoloq vəzifəsində işləyən Şəxs onun protokol tərtib edildiyi tarixdə xüsusi icazəsi mövcud olmuş və həmin xüsusi icazə hazırda da qüvvədədir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs 19 iyul 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində hərəkətdə olarkən onun icazəe-gov.az saytında yaşayış yerini tərk etmək barədə icazəsi mövcud olduğundan hərəkətlərində xüsusi karantin rejim qaydalarını pozması halı hər-hansı bir mötəbər sübutlarla öz əksini tapmır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Həmin Qərarın 1.3-cü bəndinə əsasən 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbəkönüllülərinin, Azərbaycan Respublikası Əmək və x6 Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına Əlavədəfəaliyyətinə icazə verilən sahələr müəyyən edilir. Həmin əlavənin 1.2-ci bəndinə əsasən xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər fəaliyyətinə icazə verilən sahələrə siyahısına daxildir. Həmin Qərarın 1.5-ci bəndinə görə 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.5.1-ci təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.5.2-ci ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; 1.5.3-ci yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Həmin qərarın 1.6-cı bəndinə görə 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər (SMS – məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 2 (iki) saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir). Həmin qərarın 6-cı bəndinə görə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyul 2020-ci il tarixli 236 nömrəli Qərarına əsasən sərtləşdirilmiş xüsusi karantin rejimi 20 iyul 2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxshərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 20 iyul 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. İş materiallarında müəyyən edilir ki, Şəxs 19 iyul 2020-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, inzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 48- 51, 53, 114-117, 128-130, 211 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1712/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1712/2020
20.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver