Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1715/2020 06.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) X5, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2 iştirakları ilə, xx xxxxx 1981-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs MMC-nin qanuni təmsilçisi X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin qanuni təmsilçisi X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında icra məmuru S.F.Allahverdiyev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası Alı Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7665/2019 saylı icra vərəqəsinə əsasən Şəxs MMC-dən 31100 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X7 ödənilməlidir. İcra sənədinin icrasına xx xxxxxx 2020-ci il tarixli qərarla başlanılmış və borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş təqdim olunmuşdur. Buna baxmayaraq borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsini bu günədək icra etməməsi, əmlak və gəlirləri barədə dəqiq məlumat verməməsi, Şəxs MMC-nin qanuni təmsilçisi A.B.Hüseynquliyevin icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Bununla da Şəxs MMC-nin qanuni təmsilçisi A.B.Hüseynquliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Göstərilənlərə əsasən A.B.Hüseynquliyevin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən icra məmuruna əlavə sübutların təqdim edilməsi təklif edilsə də icra məmuru əlində olan sübutların yalnız inzibati xəta haqqında protokol tərtib edilərkən həmin protokola əlavə edilərək məhkəməyə təqdim edilmiş sənədlərdən ibarət olmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs A.B.Hüseynquliyev izahatında göstərmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır, lakin indiki halda icra sənədinin icra edilib-edilməməsi məsələsi ondan asılı deyil. Belə ki, onun qanuni təmsilçisi olduğu şirkət hazırda qeyd olunan pul mübahisəsi ilə bağlı digər məhkəmədə mülki qaydada iddia qaldırmışdır. Hazırda onun inzibati məsulliyyətə cəlb olunaraq barəsində məhkəmə tərəfindən hər hansı inzibati tənbeh tədbiq edilməsi də məqsədəmüvafiq deyildir. Belə ki, onun rəhbərlik etdiyi Şəxs MMC-nin adına qeydiyyata alınmış hər hansı daşınmaz və ya daşınar əmlak da yoxdur. İcra məmuru tərəfindən onun icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırması qeyd olunsa da, lakin bu halı təsdiq edən sənədlər nə onların özlərinə, nə də məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən onlara möhlət verilsə icra işi tezliklə öz həllini tapacaqdır. Göstərilənlərə əsasən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X.Q.Musayev izahatında göstərmişdir ki, onlar məhkəmə qərarına hörmətlə yanaşırlar, lakin indiki halda icra sənədinin icra edilibedilməməsi məsələsi onlardan asılı deyil. Belə ki, A.B.Hüseynquliyevin qanuni təmsilçisi olduğu şirkət hazırda qeyd olunan pul mübahisəsi ilə bağlı digər məhkəmədə mülki qaydada iddia qaldırmışdır. Hazırda A.B.Hüseynquliyevin inzibati məsulliyyətə cəlb olunaraq barəsində məhkəmə tərəfindən hər hansı inzibati tənbeh tədbiq edilməsi də məqsədəmüvafiq deyildir. Belə ki, A.B.Hüseynquliyev rəhbərlik etdiyi Şəxs MMC-nin adına qeydiyyata alınmış hər hansı daşınmaz və ya daşınar əmlak da yoxdur. İcra məmuru tərəfindən onun icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırması qeyd olunsa da, lakin bu halı təsdiq edən sənədlər nə onların özlərinə, nə də məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən onlara möhlət verilsə icra işi tezliklə öz həllini tapacaqdır. Göstərilənlərə əsasən A.B.Hüseynquliyev barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) F.C.Əkbərli izahatında göstərmişdir ki, borclu A.B.Hüseynquliyev müxtəlif bəhanələrlə icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Göstərilənlərə əsasən Şəxs MMC-nin qanuni təmsilçisi A.B.Hüseynquliyevin barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Yasamal rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi icra şöbəsinin icraatına daxil olduqdan sonra borclunun gəlirləri və əmlak vəziyyəti barədə tam araşdırma aparılmamışdır. Protokolda borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınması qeyd edilsə də yayınmanın səbəbləri icra məmuru tərəfindən araşdırılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yalnız borclunun əmlak vəziyyəti öyrənildikdən sonra icra sənədinin qərəzli icra edilib-edilməməsi məsələsini araşdırmaq mümkündür. İndiki halda isə borclunun əmlak vəziyyəti ilə bağlı araşdırma aparılmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs A.B.Hüseynquliyev tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat başlayan şəxs, yəni icra məmuru məhkəməyə A.B.Hüseynquliyevin müvafiq inzibati xətanı törətməsini təsdiq edən biləcək kifayət qədər sübut təqdim edə bilməmişdir. Qeyd edilməlidir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi məsələsinə (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi) yalnız borclu hüquqi şəxsin əmlak vəziyyəti və gəlirləri tam müəyyən edildikdən qiymət vermək mümkündür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi A.B.Hüseynquliyevin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material əlavə araşdırma aparılması üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-1715/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1715/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver