Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1715/2024 03.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyən etdİ: Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsi hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasının əsası hüquqi şəxs "xxxx" MMC" (VÖEN: **********) - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru X3 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs Zərərçəkmiş şəxs MMC-nin "Kalyon RSY X7 Ticari İşletmesi" Şirkəti ilə bağladığı müqaviləyə əsasən 2023-cü ilin oktyabr ayında Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolunun çəkilişində sürücü kimi yük daşınması işlərinin yerinə yetirilməsinə cəlb etməsi olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X6 bildirmişdir ki, inzibati xətanın törədilməsində onların təqsiri yoxdur, sürüçü X4 fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olduğundan onunla xidmət müqavilə bağlamışlar, lakin həmin şəxsin bank hesabı olmadığı üçün müqaviləni tam qaydada rəsmiləşdirə bilməmişlər. Zərərçəkmiş şəxs yeddi iş günü üçün 425 manat məbləğində ödəniş edilmişdir hazırda onun Şəxs MMC-dən heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alaraq başlanılmış inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. C.Talıbov şikayət əsasında ilkin araşdırma zamanı ona verilmiş suala cavab olaraq “Xeyir, Zərərçəkmiş şəxsla heç bir müqavilə bağlanmamışdır. Çünki, o, sənədlərini bizə tam təqdim etməmişdir.” kimi verdyi izahatını hazırda nə səbəbdən dəyişdirməsini və şikayətçi ilə aralarında xidməti müqavilənin olmasının bildirməsini tam, dolğun izah edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Yunis oğlu bildirmişdir ki, həqiqətən də onun tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edilmiş və Şəxs MMC barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir.Belə ki, o, sənədləşmə aparılmadan, müqavilə bağlanmadan işə cəlb edilmışdır və işlədiyi bir neçə günün əmək haqqısı ona verilməmişdir. Hal hazırda isə bildirir ki, 2023-cü ilin oktyabr ayında yükdaşıma xidməti göstərmişdir, E-qaimə bank rekvizitləri edilmədikdən ödəniş gecikdirilmişdir.Şirkət ilə aralarında rəsmi olaraq xidmət müqaviləsi bağlanmışdır, işlədiyi 7 günə görə ona 425 mamat məbləğində vəsait ödənilmişdir. Şirkətlə bağlı şikayətin geri çəkir, heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs Yunis oğlu ilkin araşdırma zamanı vermiş olduğu izahatında “MMCnin onunla müqavilə bağlamadığını bildirdiyi halda” hazırda aralarında xidmət müqaviləsinin mövcud olmasını bildirməsini nə ilə əlaqədar olmasını izah edə bilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC ilə Zərərçəkmiş şəxs Yunis oğlu arasında yaranan əmək münasibətləri əmək qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmədən, əmək müqaviləsi bağlanmadan işə cəlb edilmişdir. Qeyd edilmən hal aşkar edilməsinə görə «NAR Transport Services” MMC barəsində AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı qərar qəbul edilmişdir. Eyni zmanda məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iş materiallarına əlavə edilmiş xidməti müqavilə tərəflər arasında əmək münasibətləri yaranarkən mövcud olmamışdır, hətta fərz eləsək belə ki, mövcud olmuşdur bu halda belə xidməti müqavilənin rəsmiləşdirilməsi AR Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Belə ki, tərəflər arasındakı münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı olmuşdur. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin direktoru X6 izahatından görünür ki, MMC-nin əsas fəaliyyəti digər şirkətlərlə bağlanmış müqavilələr əsasında nəqliyyat xidmətləri göstərməkdən ibarətdir. Zərərçəkmiş şəxs isə 2023-cü ilin oktyabr ayında MMCnə iş üçün müraciət etmiş, sənədlər tələb olunmuş və öz avtomobili ilə “Kalyon RSY İnşaat” şirkəti üçün nəqliyyat xidməti göstərməkdən ötrü işğaldan azad olunmuş ərazilərdə işləmək təklif edilmişdir. Lakin Zərərçəkmiş şəxsla heç bir əmək və ya xidməti müqavilə bağlanmamış və sonuncu iş yerinə gönləndirilmişdir. İşğaldan azad edilmiş ərazilərə daxil ola bilməsi üçün Zərərçəkmiş şəxs adı portala daxil edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Yunis oğlunun izahatından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edilmiş və Şəxs MMC barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Belə ki, o, sənədləşmə aparılmadan müqavilə bağlanmadan işə cəlb edilmışdır və işlədiyi bir neçə günün əmək haqqı ona verilməmişdir. İş materiallarında olan Şəxs MMC-nin rəhbəri X5 ilə Zərərçəkmiş şəxs Yunis oğlu arasında bağlanmış 02 oktyabr 2023-cü il tarixli müqavilədən görünür ki, icraçı qismində Zərərçəkmiş şəxs sifarişçi qismində Şəxs MMC-nin müəyyən etdiyi qaydada nəqliyyat xidmətini göstərməyi öhdəsinə götürmüsdür. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Yunis oğlunun ərizəsindən görünür ki, o, Şəxs MMC-yə 2023-cü ilin oktyabr ayında yükdaşıma xidməti göstərmişdir, E-qaimə bank rekvizitləri edilmədikdən ödəniş gecikdirilmişdir. Şirkət ilə aralarında rəsmi olaraq xidmət müqaviləsi bağlanmışdır, işlədiyi 7 günə görə ona 425 mamat məbləğində vəsait ödənilmişdir.Şirkətlə bağlı şikayətin geri çəkir, heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş 31 oktyabr 2023-cü il tarixli AKT-dan görünür Şəxs MMC tərəfindən Zərərçəkmiş şəxs Yunis oğluna yük daşıma xidmətinə görə yeddi gün üçün 425 manat vəsait ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanıvə ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən “Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.” Həmin Məcəllənin 7-ci maddəsinin 2.3-4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda həmin münasibətlər əmək münasibətləri hesab edilir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən “Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.” Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən tərəflər arasında yaramış münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Əmək Məcəlləsinin qeyd edilən normasının məzmunundan irəli gələrək məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsi MMC-nin əsas fəaliyyət sahələrindən birinə aid işlərin yerinə yetirilməsi ilə bağlı olduğundan barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfidən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur və bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1715/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1715/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver