Məhkəmə qərarları › İş №3(004)-1718/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1718/2021

27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1718/2021 27.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi (BPİ) X3 İdarəsinin (DYPİ) 27.07.2021-ci il tarixli 046-34261 nömrəli müşayiət məktubu ilə məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə matariallarını işin məhkəmə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-nin 27.07.2021-ci il tarixli 046-34261 nömrəli müşayiət məktubu ilə X1 Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında iş üzrə matariallar baxılması üçün həmin tarixdə məhkəməyə daxil olmuşdur. Həmin material işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, müşayiət məktubunda X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 332.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta protokolun və toplanmış materialın məhkəməyə göndərilməsi qeyd olunmasına baxmayaraq, tərtib edilmiş protokol faktiki olaraq məhkəməyə təqdim edilməmişdir. Eləcə də, məktubun qoşmaya dair qeyd hissəsində də protokol haqqında hər hansı məlumat göstərilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi nəzərdə tutulmasına baxmayaraq, barəsində protokol tərtib edilmiş X1 məhkəməyə gətirilməsi təmin edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlər nöqsanlar aradan qaldırılmadan və işin hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə məhkəmədə baxılması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikasının İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 Azərbaycan Respublikasının İXM-nin 327.1, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-i tərəfindən 27.07.2021-ci il tarixli 046-34261 nömrəli müşayiət məktubu ilə məhkəməyə təqdim edilən material natamam olduğundan, həmin materiala tərtib edilmiş inzibati xəta protokolun özü əlavə edilmədiyindən həmin material Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-yə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100-110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 Azərbaycan Respublikasının İXM-nin 327.1, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin 27.07.2021-ci il tarixli 046-34261 nömrəli müşayiət məktubu ilə məhkəməyə daxil olmuş material natamam olduğundan müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar