Məhkəmə qərarları › İş №3(004)-1720/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1720/2020

31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1720/2020 31.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X10 publik hüquqi şəxsinin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinin nümayəndəsi X3 iştirakları ilə, Dövlət X6 1 saylı Bakı ərazi şöbəsinin müdiri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2-1(81)-1436/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra sənədinin icrası ilə bağlı borclu Dövlət X6 Yasamal rayon şöbəsinin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MNseriyalı0391000nömrəli,xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1436/16 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən X1 əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi DSMF-nun Yasamal rayon şöbəsinə həvalə edilmişdir. Tələb tam təmin olunmayıb və bununla da bağlı Dövlət X6 Yasamal rayon şöbəsinin rəhbəri ŞəxsİXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X10 publik hüquqi şəxsinin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinin nümayəndəsi X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Sözü gedən pensiyasının yenidən hesablanaraq birdəfəlik ödənilməsi funksiyası Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X10 publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı səlahiyyətindədir. İcra işindən göründüyü kimi həmin iş üzrə icra məmurunun qərarı ilə eksptiza təyin edilmişdir, lakin qanunvericiliyə əsasən ümumiyyətlə ekspertiza təyin edilməsi icra məmurunun səlahiyyətində deyildir və hal məhkəmədə hal-hazırda mübahisələndirilir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X10 publik hüquqi şəxsinin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2-1(81)-1436/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, X1 2004- 2005-ci illərin əmək haqqısı son 24 ayın əmək haqqısı kimi qəbul edilərək “Əmək pensiyaları haqqında” Azərbaycan respublikası Qanununa əsasən 2010-cu ildən əvvəlki tələblərinə uyğun olaraq hesablanıb əmək pensiyasının yenidən hesablayaraq birdəfəlik ödənilməsi Dövlət X6 Yasamal rayon şöbəsinə həvalə edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx xxxxxx 2016-cı il tarixli “İcraata başlamaq haqqında” Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Dövlət X6 Yasamal rayon şöbəsinəicraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1436/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Belə ki, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X10 publik hüquqi şəxsinin İdarə Heyətinin xx xxxx 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X10 publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı haqqında əsasnaməyə əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X10 publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial siğorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsini mərkəzləşmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi sturuktur qurumudur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı icra işinin materiallarına əsasən müəyyən edilmişdir ki, borclu Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X10 publik hüquqi şəxsinin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinin rəhbəri Şəxs icra vərəqəsi üzrə göstərilən funksiyaları yerinə yetirən qurumun rəhbəri olmadığından hazırda həmin qurumdan öhdəliklərin icrası tələb edilə bilməz. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-in 528.1-ci maddəsindəki inzibati xətanı törədən subyekt deyildir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X10 publik hüquqi şəxsinin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinin rəhbəri Şəxs barəsində tərtib edilmiş İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X10 publik hüquqi şəxsinin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməyərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində BakıŞəhəriYasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar