Məhkəmə qərarları › İş №3(004)-1721/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1721/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1721/2020 21.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, Şikayətçi X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin İXP ******* saylı, xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında iş üzrəprotokol üzrə qərarından şikayət verərək, məhkəmədən onun xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 200 manat cərimə olunmağı barədə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətdə və şikayətçinin məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, “X9” X1 (əvvəlki adı “xxxxxxxxx” Şirkəti) mühasib vəzifəsində işləyir. İşlədiyi MMC stasionar tibbi xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğuldur. xx.xx.2020-ci il tarixdə istifadəsində olan avtomobil ilə hərəkətdə olarkən onu Dövlət Yol Polisi Xidmətinin əməkdaşları saxladılar və bildirdilər ki, karantin dövründə onun hərəkəti ilə bağlı icazə sistemdə mövcud deyil və onun barəsində protokol tərtib ediləcəkdir. O, iş yerinin tibb müəssisəsi olmasını, onun icazəsinin olmasını bildirsə də heç bir nəticəsi olmayıb. Lakin ona heç bir protokol təqdim edilməyib. O, iş yerinə gəlib sistemə baxdıqda icazənin qüvvədə olmasını dəqiqləşdirdikdən sonra, qayıdıb həmin əməkdaşlara müraciət etsə də, ona kömək edə bilməyəcəklərini bildirdilər. Sonradan isə Daxili İşlər Nazirliyinin internet saytının cərimələr bölməsinə baxdıqda ona xx.xx.2020-ci il tarixli İXP3374349 nömrəli protokolla Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə olunmağı barədə protokol tərtib olunmasını görüb. Hesab edir ki, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə olunmağı barədə qərar tam qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, o, “X9” MMCnin mühasib vəzifəsində işləyir. Məlum olduğu kimi, “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli Qərarının 4.2.1, 4.2.2-ci bəndlərinə əsasən laborator xidmətlərinin, xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələrinin fəaliyyətinin davam etdirilməsinə icazə verilmişdir. Qeyd edilən qərarın tələbinə uyğun olaraq, əməkdaşı olduğu tibbi klinika öz işini davam etdirmiş və o, həmin MMC-nin işçisi kimi əmək fəaliyyətini davam etdirərək gündəlik işə gedib-gəlir. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Lakin onun inzibati məsuliyyətə cəlb edilməyi ilə bağlı protokolun tərtib edilməsindən məlumatı olmamış, bu barədə ona məlumat verilməmiş, həmin protokolda onun öz qeydlərini və izahatını göstərmək və inzibati qaydada tərtib olunmuş protokolun surətini almaq kimi hüquqları təmin edilməmişdir. Bununla da qanunun yuxarıda göstərilən tələbləri kobud şəkildə pozulmuş və nəticədə tamamilə qanunsuz bir qərar qəbul olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən onun əməlində Azərbaycan Respublikası 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud olmadığından barəmdə inzibati məsuliyyətə cəlb edilməyi barədə qərar ləğv edilməlidir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olanAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ Dövlət X7 İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokola əsasən X5 xx.xx.2020-ci il tarixdə **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə ölkə ərazisində müəyyən edilmiş rejim qaydalarını pozduğuna görə eyni tarixli və nömrəli qərara əsasən İXM-in 211-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət X7 X3 ünvanladığı xx.xx.2020-ci il tarixli məktubuna əsasən o, xx.xx.2020-ci il tarixdə xüsusi karantin rejimi dövründəki ölkə ərazisində hərəkət məhdudiyyətinin tətbiq edilməsi ilə bağlı məhdudiyyətə xx.xx.2020-ci il tarixdə riayyət etmədiyinə görə barəsində İXM-nin 211-ci maddəsinə əsasən İXP ******* saylı protokol tərtib edilmişdir. İş materiallarında olan ödənilməmiş cərimələr barədə elektron sistemdən çıxarışa əsasən qeyd edilən inzibati xəta haqqında protokol üzrə xx.xx.2020-ci il tarixli qərarı əsasən X5 İXM-nin 211-ci maddəsi ilə 200 manat cərimə edilmişdir. Lakin şikayətə əlavə edilmiş iş materiallarında olan X2 elektron sistemdən çıxarışdakı məlumatlarına əsasən o, “X9” MMC-nin mühasib vəzifəsində işləyir, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhərində hərəkətinə icazə verilmişdir, qeydiyyat təsdiq edilmişdir. Bununla da şəxs xx.xx.2020-ci il tarixdə xüsusi karantin rejimi dövründəki ölkə ərazisində hərəkət məhdudiyyətinin tələblərini pozaraq SMS sistemdə icazəsi olmadan hərəkət etdiyinə görə təqsirli bilinsə də, həmin tarixdə onun hərəkətinə icazəsi olmuşdur və bununla da qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilinsə də, həmin tarixdə onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmamışdır və təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestəbaxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şikayətçi X5 barəsində İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinməsinə və inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X7 qəbul edilmiş İXP ******* saylı, xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında işüzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar