Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1722/2022 22.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Şəxs direktoru Fərhad Əfəndiyevin iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küç, ev 8, m.3, M.5 ünvanında yerləşən Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şəxs 11800.00 Avro məbləğində vəsaiti 10 fevral 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 11800.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 11 fevral 2022ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 29.03.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs direktoru Fərhad Əfəndiyev protokola etiraz edərək bildirmişdir ki, Şəxs əsas fəaliyyəti xarici iqdisadi əlaqələr, kimya məhsullarının idxal- ixrac əməliyyatlarıdır. 2020-ci ilin fevralın 7-də Türkiyə Respublikasının GOKMEN KESAB şirkətilə bağlanmış müqaviləyə əsasən kimya xammalları almaq üçün 11800 avro məbləğində pul vəsaiti köçürmüşdürlər. Lakin həmin şirkət müxtəlif bəhanələr gətirərək müqavilə şərtlərini kobud surətdə pozmuş, nə xammaları göndərmiş nə də pullarını qaytarmışdır. Gokmen Kesab şirkətinə dəfələrlə müraciət etmiş, xəbərdarlıq məktubları yazmışdırlar. Bu məsələyə görə nümayəndələri də həmin şirkətə ezam edilmişdir. Gokmen Kesab şirkətinin rəhbərliyi yaranmış çətinlikləri, pandemiyanı, işlərinin dayandırıldığını əsas gətirmiş, köçürtdükləri vəsaitin tam qaytaracaqlarına söz vermiş, vaxt möhlətini istəmişlər. Həmin borcun 7474 avro məbləğini 15 aprel 2022-ci il tarixində bank hesablarına qaytarmışdırlar. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC-nin əməlində inzibati xətanın tərkibi olmadığından işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan 07.02.2020-ci il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs MMC tərəfindən 07.02.2020-ci ildə “Azer Pak Limited Liability Company” şirkətinin müvafiq hesabına qabaqcadan 11800 (On bir min səkkiz yüz) Avro məbləğində ödəniş edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati İcraat və Məhkəmə İşləri şöbəsinin səlahiyyətli əməkdaşı tərəfindən 29.03.2022-ci il tarixli, EP0032717 saylı inzibati xəta haqqında protokolla, 07.02.2020-ci il tarixli köçürmə ərizəsi ilə və "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanan 17.02.2022-ci il tarixli, 04-2225-2022 nömrəli məktubla tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək (EP0032717 saylı protokol üzrə) inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 11800 (On bir min səkkiz yüz) Avro məbləğinin 20 faizi miqdarında, yəni 2360 (iki min üç yüz altmış) Avro məbləğində (ödəniş gününə olan məzənnə üzrə manatla) cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1722/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1722/2022
22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver