Məhkəmə qərarları › İş №3(004)-1723/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1723/2020

05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1723/2020 05.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış fiziki şəxs X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış fiziki şəxs X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini və ödənilmiş cərimə məbləğinin geri ödənilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış fiziki şəxs ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2020-ci il tarixdə axşam saat 21:00-22:00 radələrində şəxsi avtomobilində ailə üzvü ilə birgə hərəkət edərkən Binəqədi rayonu ərazisində yerləşən karantin postunda yoxlanış məqsədi ilə saxlanılmışdır. Özünü təqdim etməyən polis əməkdaşı ona tibbi maskadan istifadə etmədiyinə görə cərimə yazmışdır. Şəxsi avtomobilində olduğunu bildirsə də polis nəfəri heç bir əhəmiyyət vermədən cəriməni yazmışdır. Həmçinin özünü təqdim etməyən polis nəfəri ona qərəz də nümayiş etdirdi. Belə ki, həmin polis əməkdaşı onu sorğu-sual edərkən digər nəqliyyat vasitələrini yoxlamadan buraxırdı. Bununla da polis əməkdaşı qanunun tələbini kobud sürətdə pozaraq ona qarşı qərəz nümayiş etdirməklə əsassız protokol tərtib edib. Protokola əsasən ona məlum oldu ki, əsassız qərarı yazan Bakı şəhəri Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşı inspektor polis leytinantı X1r. Pandemiya dövründə karantin rejimi ilə əlaqədar qəbul olunan qərar və qaydalara görə, şəxsi maşında maskanın taxılması məcburi deyil və inzibati məsuliyyət yaratmır. Maşında sürücünün tək olması və ya bir neçə şəxsin olmasının əhəmiyyəti yoxdur. Ailə üzvləri ilə birgə olanların maska taxmasının bir əhəmiyyəti yoxdur. Sadəcə öz şəxsi avtomobilinə ailə üzvlərindən kənar şəxsi götürənlərə tövsiyə olunur ki, maskadan istifadə etsinlər. Amma taxmamağa görə də heç kim cərimə olunmur. Yalnız ictimai nəqliyyatda maskalardan istifadə məcburidir və maska taxılmaması inzibati məsuliyyətə, cərimə olunmağa səbəb olur. Bundan əlavə avtomobilin texniki baxış vaxtı çatdığından ödənilməmiş cərimə olduğuna görə, baxışdan keçə bilmirdi və məcbur qalıb qanunsuz yazılan cəriməni ödəyib Qeyd etmək istəyir ki, karantin rejimi dövründə yuxarı tənəffüs yollarını qoruyan tibbi maskadan istifadə qaydaları Nazirlər Kabinetinin xx xxx 2020-ci il, 189 saylı qərarı ilə tənzimlənir. Göstərilənlərə əsasən Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini və ödənilmiş cərimə məbləğinin geri ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış fiziki şəxs R.R.Manafov şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nə lazmı qaydada məlumat verilsə də, Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, R.R.Manafov xx xxxx 2020-ci il tarixdə saat 21:32-də “Renault Tondar” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolunda hərəkətdə olan zaman epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, R.R.Manafov xx xxxx 2020-ci il tarixdə saat 21:32də “Renault Tondar” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolunda hərəkətdə olan zaman epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozduğuna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi və əsaslılığı yoxlanarkən məhkəmə iclasında müəyyən olundu ki, R.R.Manafov xx xxxx 2020-ci il tarixdə saat 21:32-də “Renault Tondar” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolunda hərəkətdə olan zaman epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuş və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış fiziki şəxs R.R.Manafovun əməli düzgün olaraq Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələbinin pozuntusu kimi qiymətləndirilərək onun barəsində 50 manat manat məbləğində inzibati cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış fiziki şəxs R.R.Manafovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar